BHM Law Firm

BHM Law Firm Azərbaycanın ən böyük və aparıcı hüquq şirkətlərindən biri olan BHM Hüquq Şirkətinin (əvvəlki "Bakı Hüquq Mərkəzi") əsası 2001-ci ildə qoyulmuşdur.

Son paylaşımımızda “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Valyut...
10/08/2026

Son paylaşımımızda “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş dəyişikliklər barəsində qısa məlumat verilmişdir. Qanunla işçilərin pay (səhm) iştirakı planlarının tətbiqi ilə yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavə və dəyişikliklər vasitəsilə korporativ və investisiya münasibətlərinin tənzimlənməsinə dair mühüm yeniliklər müəyyən edilmişdir.

Bu çərçivədə, mühüm dəyişikliklərdən biri Məcəlləyə korporativ müqavilə ilə əlaqədar yeni müddəaların əlavə edilməsidir. Yeni tənzimləməyə əsasən, məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları və səhmdar cəmiyyətinin səhmdarları, habelə müəyyən hallarda cəmiyyətin özü korporativ hüquqlarının həyata keçirilməsi qaydasını, eləcə də cəmiyyətin fəaliyyətinin təmin edilməsi və idarə edilməsi ilə bağlı məsələləri həll etmək məqsədilə öz aralarında korporativ müqavilə bağlaya bilərlər. Bununla yanaşı, korporativ müqavilə çərçivəsində iştirakçılar və ya səhmdarlar üçün fərqli səsvermə, dividend və cəmiyyətin ləğvi ilə bağlı xüsusi hüquqların müəyyən edilməsi imkanları də nəzərdə tutulmuşdur.

Əlavə olaraq, Məcəlləyə payın (səhmin) özgəninkiləşdirilməsi ilə bağlı xüsusi hüquqlar (birgə satış hüququ, məcburi satış hüququ və ilk imtina hüququ), məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının hüquqlarına dair yeni müddəalar, habelə konvertasiya edilən borc müqaviləsi, gələcək iştirak payı (səhm) haqqında müqavilə və işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə ilə bağlı yeni tənzimləmələr əlavə edilmişdir.

Nəticə etibarilə, qəbul edilmiş dəyişikliklər korporativ münasibətlərin daha ətraflı tənzimlənməsinə, iştirakçı və səhmdarların hüquqlarının həyata keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsinə, eləcə də investisiya münasibətləri üzrə yeni hüquqi tənzimləmələrin müəyyən edilməsinə xidmət edir.

Qanunla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 12-ci, 13-cü, 15-ci, 16-cı, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

03/08/2026

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 27 iyul tarixində imzalanmış “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə işçilərin pay (səhm) iştirakı planının tətbiqi məqsədilə Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarına qarşılıqlı əlaqəli dəyişikliklər edilmişdir.

Dəyişikliklərə əsasən, işəgötürən (və ya şirkətin təsisçisi) ilə işçi arasında ayrıca “işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə” bağlanılması mümkündür. Bu müqavilə əsasında işçiyə şirkətin payları (səhmləri) güzəştli şərtlərlə və ya ödənişsiz əsasla verilməsi və ya gələcəkdə onları əldə etmək (almaq) hüququnun tanınması nəzərdə tutulur.

Yeni tənzimləmə payların (səhmlərin) işçinin mülkiyyətinə keçməsini müəyyən müddətin keçməsi və ya konkret biznes hədəflərinə nail olunması kimi şərtlərlə əlaqələndirməyə imkan verir. Eyni zamanda, əmək münasibətlərinə xitam verilməsinin əsaslarından asılı olaraq işçinin pay hüquqlarının saxlanılması, itirilməsi və ya payların geri alınması mexanizmləri də qanunvericilik səviyyəsində müəyyən edilmişdir.

Bundan əlavə, Əmək Məcəlləsində açıq şəkildə təsbit edilmişdir ki, işçinin pay (səhm) iştirakı planı çərçivəsində əldə etdiyi paylar (səhmlər) əmək haqqına daxil edilmir və əmək haqqının əvəzi hesab olunmur.

Qəbul edilmiş dəyişikliklər xüsusilə startaplar, innovativ şirkətlər və investisiya cəlb edən bizneslər üçün mühüm əhəmiyyət daşıyır. Yeni hüquqi çərçivə şirkətlərə yüksək ixtisaslı əməkdaşların uzunmüddətli motivasiyası və şirkətdə saxlanılması məqsədilə beynəlxalq praktikada geniş tətbiq olunan pay əsaslı həvəsləndirmə mexanizmlərindən daha effektiv istifadə etmək imkanı yaradır.

Qanunla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 12-ci, 13-cü, 15-ci, 16-cı, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

24 iyul 2026-cı il tarixində “Kraudfandinq haqqında” Azərbaycan Respublikasının Qanunu rəsmi dərc edilmişdir. Yeni Qanun...
28/07/2026

24 iyul 2026-cı il tarixində “Kraudfandinq haqqında” Azərbaycan Respublikasının Qanunu rəsmi dərc edilmişdir. Yeni Qanun Azərbaycan Respublikasında səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət nəzarəti məsələlərini tənzimləyir.

Kraudfandinq dedikdə investorlardan pul vəsaitlərinin cəlb edilməsi yolu ilə müəyyən layihələrin kraudfandinq platforması vasitəsilə kütləvi maliyyələşdirilməsini nəzərdə tutan mexanizm başa düşülür. Qanunda kraudfandinqin səhm və borc əsaslı formaları nəzərdə tutulmuşdur. Belə ki, səhm əsaslı kraudfandinq çərçivəsində layihə sahibinin səhmlərinin investorlar tərəfindən alınması yolu ilə maliyyə vəsaitlərinin cəlb edilməsi, borc əsaslı kraudfandinqdə isə maliyyələşdirmənin istiqrazların buraxılması vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Yeni Qanunun qəbul edilməsi kraudfandinq münasibətlərinin hüquqi çərçivəyə salınması, xüsusilə startaplar, mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün alternativ maliyyələşmə kanallarına çıxış imkanlarının yaradılması və investorların hüquqlarının müdafiəsi baxımından əhəmiyyətli hesab edilir.

Son olaraq qeyd edilməlidir ki, bu Qanun rəsmi dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minəcəkdir.

25 iyun 2026-cı il tarixində "Maliyyə icarəsi haqqında" Azərbaycan Respublikasının Qanunu rəsmi dərc edilmişdir. Yeni Qa...
29/06/2026

25 iyun 2026-cı il tarixində "Maliyyə icarəsi haqqında" Azərbaycan Respublikasının Qanunu rəsmi dərc edilmişdir. Yeni Qanun maliyyə icarəsi (lizinq) münasibətlərinə vahid hüquqi tənzimləmə gətirir.

Maliyyə icarəsi dedikdə, icarəyə verənin müəyyən əmlakı satın alaraq onu müqavilə əsasında istifadə üçün icarəçiyə təqdim etməsi başa düşülür. Bu mexanizm xüsusilə yüksək dəyərə malik avadanlıqların, nəqliyyat vasitələrinin və digər əsas vəsaitlərin əldə edilməsini maliyyələşdirmək üçün geniş istifadə olunur. Bank kreditindən fərqli olaraq, maliyyə icarəsində maliyyələşdirmənin predmeti pul vəsaiti deyil, konkret əmlakdır.

Qanunda maliyyə icarəsinin müəyyən edilməsi üçün konkret meyarlar da təsbit edilmişdir. Belə ki, maliyyə icarəsi müqaviləsində müddət başa çatdıqdan sonra icarə obyektinin icarəçinin mülkiyyətinə keçməsinin və ya əvvəlcədən müəyyən edilmiş qiymətlə əldə edilməsi hüququnun nəzərdə tutulması belə meyarlardan biridir. Digər meyarlara isə maliyyə icarəsi müddətinin obyektin istismar müddətinin 75 faizindən çoxunu əhatə etməsi, müddətin sonunda obyektin qalıq dəyərinin ilkin bazar dəyərinin 20 faizindən az olması və maliyyə icarəsi müddəti ərzində ödənilən məbləğin obyektin ilkin bazar dəyərinin azı 90 faizini təşkil etməsini aid etmək olar.

Yeni Qanunun qəbul edilməsi lizinq bazarında hüquqi münasibətlərin daha aydın tənzimlənməsinə, maliyyələşdirmə alətlərinin genişlənməsinə və investisiya mühitinin inkişafına töhfə verəcək mühüm addım kimi qiymətləndirilə bilər.

Son olaraq qeyd edilməlidir ki, bu Qanun rəsmi dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minəcəkdir.

Fəaliyyətimizin 25 illik yubileyində bizimlə olan və sevincimizi bölüşən dəyərli qonaqlarımıza, tərəfdaşlarımıza və həmk...
19/05/2026

Fəaliyyətimizin 25 illik yubileyində bizimlə olan və sevincimizi bölüşən dəyərli qonaqlarımıza, tərəfdaşlarımıza və həmkarlarımıza dərindən təşəkkürlərimizi bildiririk.
Birlikdə daha neçə uğurlu illərə!

______________________________________

We express our deep gratitude to our valued guests, partners and colleagues who were with us and shared our joy on the 25th anniversary of our activities.
To many more successful years together!

25 İL BİRLİKDƏ!Bu gün şirkətimizin peşəkar fəaliyyətinin 25 illiyini qeyd edirik!Bu illər ərzində qazandığımız təcrübə, ...
02/04/2026

25 İL BİRLİKDƏ!

Bu gün şirkətimizin peşəkar fəaliyyətinin 25 illiyini qeyd edirik!
Bu illər ərzində qazandığımız təcrübə, qurduğumuz güclü tərəfdaşlıqlar və əldə etdiyimiz nəticələr bizim üçün qürur mənbəyidir.

Bu yolda bizimlə olan bütün müştərilərimizə və əməkdaşlarımıza təşəkkür edirik.

Qarşıdakı illərdə də eyni əzmlə daha böyük hədəflərə doğru irəliləməyə davam edəcəyik.
_________________________________________________________________

25 YEARS TOGETHER!

Today we celebrate the 25th anniversary of our company’s professional activity.

Over these years, the experience we have gained, the strong partnerships we have built and the results we have achieved have been a source of great pride for us.

We would like to express our sincere gratitude to all our clients and partners who have been with us on this journey.

In the years ahead, we will continue to move forward with the same determination toward greater goals.

Natig Mammadovun şirkətimizdəki fəaliyyətini dayandırması səbəbilə, 10 il ərzində göstərdiyi əvəzsiz töhfə və peşəkarlığ...
01/04/2026

Natig Mammadovun şirkətimizdəki fəaliyyətini dayandırması səbəbilə, 10 il ərzində göstərdiyi əvəzsiz töhfə və peşəkarlığına görə ona dərin minnətdarlığımızı bildirir, həmkarlarımız və rəhbərlik adından gələcək işlərində uğurlarının davamını arzulayırıq!

Novruz və Ramazan bayramları münasibətilə hər kəsi səmimi qəlbdən təbrik edirik.Bu mübarək günlərin hər birinizə sağlaml...
20/03/2026

Novruz və Ramazan bayramları münasibətilə hər kəsi səmimi qəlbdən təbrik edirik.
Bu mübarək günlərin hər birinizə sağlamlıq, rifah, bərəkət və uğur gətirməsini arzulayırıq.
Bayramlarınız mübarək!

AZE 5 mart 2026-cı il tarixində “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklər...
18/03/2026

AZE
5 mart 2026-cı il tarixində “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklər strateji əhəmiyyətə malik investisiyalarla bağlı hüquqi çərçivəyə əhəmiyyətli yeniliklər gətirmişdir.

Qanuna edilən yeniliklərə əsasən, müəyyən müstəsna hallarda – xüsusilə dövlətin və cəmiyyətin maraqlarına zərər vurulması və ya milli maraqlara zidd vəziyyətlərin qarşısının alınması məqsədilə – strateji investisiyaların investorun razılığı olmadan alınması və ya milliləşdirilməsi mümkün hesab edilir. Eyni zamanda, belə müdaxilələrin artıq hüquqi baxımdan ayrı-seçkilik kimi qiymətləndirilməməsi ayrıca vurğulanır.

Dəyişikliklər kompensasiya məsələsinə də toxunur və formal olaraq investorlara ədalətli bazar dəyərinə uyğun, gecikdirilmədən ödəniş təmin edilməsini nəzərdə tutur. Sözügedən dəyərin qiymətləndirilməsi isə müvafiq qərarın qəbul edildiyi və ya açıqlanmasından dərhal əvvəlki dövrə istinadən aparılır.

Ümumilikdə, investisiya mühitinə təsir göstərə biləcək mühüm hüquqi yeniliklər gətirməklə yanaşı, bu dəyişikliklər dövlətin strateji maraqlarının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

ENG
On 5th March 2026, amendments to the Law of the Republic of Azerbaijan “On Investment Activity” were adopted, introducing significant changes to the legal framework governing strategically important investments.

Under the new provisions, in certain exceptional circumstances—particularly where necessary to prevent harm to the interests of the state and society or to address situations contrary to national interests—strategic investments may be expropriated or nationalized without the investor’s consent. It is also expressly clarified that such measures shall no longer be regarded as discriminatory from a legal standpoint.

The amendments further address compensation, providing that investors are entitled to prompt payment corresponding to the fair market value of the investment. Such value is determined based on the period immediately preceding either the decision to expropriate or its public announcement.

Overall, while these changes introduce important legal developments that may impact the investment climate, they reflect a strengthened emphasis on safeguarding the strategic interests of the state.

16 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 332-VIIQD nömrəli Qanunu ilə Əmək...
29/01/2026

16 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 332-VIIQD nömrəli Qanunu ilə Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilmişdir.

Hazırkı bələdçi müştərilərimiz üçün əmək qanunvericiliyindəki əsas yeniliklərin qısa icmalını təqdim edir. Sənədə nəzər yetirdikdən sonra hər hansı sualınız yaranarsa, bizimlə əlaqə saxlaya bilərsiniz.

BHM Hüquq Şirkətinin əmək hüququ üzrə ixtisaslaşmış ekspert komandası sizə tam peşəkar dəstək göstərməyə hazırdır.

16 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 332-VIIQD nömrəli Qanunu ilə Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilmişdir. Hazırkı bələdçi müştərilərimiz üçün əmək qanunvericiliyindəki əsas yeniliklərin qısa icmalını...

Address

Bakı, Füzuli (keçmiş Basin) Küçəsi 49
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when BHM Law Firm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to BHM Law Firm:

Shortcuts

Share