10/02/2026
“Sirius” Vəkil Bürosunun təsisçisi və müdiri, hüquq elmləri doktoru, BDU Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru, konstitusiya hüququ üzrə tanınmış alim Sübhan Əliyev və Büromuzun vəkili, Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi və BDU-nun doktorantı Lalə Məmmədli tərəfindən birgə müəllifliklə hazırlanmış “İnzibati aktın anlayışı və xüsusiyyətləri” adlı elmi məqalə dərc edilmişdir.
Məqalə Azərbaycan Respublikası Ali Məhkəməsinin yanaşmaları, eləcə də Almaniya və Türkiyə hüquq təcrübəsi fonunda geniş təhlil edilərək inzibati hüququn nəzəri və praktiki aspektlərini birləşdirir.
Qeyd etməliyik ki, bu elmi iş inzibati hüquq sahəsində çalışan hüquqşünaslar, hakimlər, dövlət qulluqçuları və tədqiqatçılar üçün mühüm elmi-praktik əhəmiyyət daşıyır.
“Sirius” Vəkil Bürosu öz fəaliyyətində müasir hüquq doktrinasına və məhkəmə təcrübəsinə söykənən peşəkar yanaşmanı əsas prinsip kimi qəbul edir və hüquq elminin inkişafına töhfə verməyi davam etdirir.
📚 Məqalə ilə daha ətraflı tanış olmaq üçün: https://www.e-huquq.az/az/news/maariflendirme/115333.html