12/08/2024
Bəzi hallarda müqavilənin tərəflərdən birinin şərtləri əsasında imzalanması təklif edilir. Məsələn, bank kreditini rəsmiləşdirərkən siz şərtlərinizi diktə edə bilmirsiniz və təklif edilən sənədi imzalamağa məcbur olursunuz. Gələcəkdə yaranan problemlərin və son dərəcə ağır şərtlərin qarşısını almaq məqsədilə müqavilənin hüquqi ekspertizası aparılır. Müqavilənin mətnini hüquqşünasımıza təqdim etməklə siz onun qüvvədə olan qanunvericiliyə uyğunluğundan əmin ola bilərsiniz. Bundan başqa, mütəxəssisimiz təqdim edilən müqaviləyə dair aşağıdakı işləri aparacaqdır:
✅Müştəri üçün problemli məqamları aşkar edəcək;
✅Müştəri üçün həddən artıq əlverişsiz şərtləri göstərəcək (“şərtlərin ağırlıq” dərəcəsini müəyyən edəcək);
✅Müqavilələrə müştərinin maraqlarına xidmət etməyə imkan yaradan dəyişikliklərin edilməsi üzrə tövsiyələr verəcək.
Yüksək keyfiyyətli və operativ ekspertiza aparıldıqdan sonra müştəri məhz nəyi imzaladığından, hansı şərtlərə razı olduğundan əmin ola bilər. Bu isə gələcəyə əminlik və öz şəxsi maraqlarına xidmət edilməsi deməkdir. "Hüquq 24" kollektivi olaraq sizə istənilən an kömək etməyə hazırıq. Bunun üçün aşağıda göstərilən telefon nömrəsi ilə və ya direct vasitəsilə məsləhətçimizlə əlaqə saxlamağınız kifayətdir.
📞 Telefon: 077 603 00 99 (WhatsApp aktivdir)