Ağ-Qara

Ağ-Qara “Ağ-Qara” blogu məhz bu iki rəngin kəsişməsində dayanır. Burada sözlər ya ağ kimi açıqdır, ya da qara kimi kəskin. Ortada bozluğa yer yoxdur.

Cəmiyyət, ədalət, insan və həqiqət…
Hər mövzuya iki tərəfdən baxırıq.
Çünki həqiqət ya ağdır, ya qara.

25/05/2026

Masallıda “şəxsi kamera” qalmaqalı iddiası – sürücü icra başçısına müraciət etdi

Masallı rayon sakini Eldar Talışlı Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ünvanına şikayət ərizəsi ilə müraciət edib.
Şikayətdə iddia olunur ki, Masallı şəhəri H.Əliyev prospektində tətbiq edilən bəzi elektron cərimələr dövlətə məxsus rəsmi texniki vasitələr vasitəsilə deyil, qeyri-rəsmi şəkildə quraşdırıldığı deyilən kameralar üzərindən rəsmiləşdirilir.

Vətəndaşın bildirdiyinə görə, ona 20 may 2026-cı il tarixində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə bağlı 20 manat məbləğində EQ-36196152 nömrəli elektron qərar göndərilib. Eldar Talışlı iddia edir ki, həmin görüntü dövlətin rəsmi radar və ya sertifikatlaşdırılmış müşahidə sistemi ilə deyil, Masallı RPŞ-nin DYPB rəisi, polis mayoru Asəf Mustafayev tərəfindən quraşdırıldığı deyilən kamera vasitəsilə əldə olunub.

Şikayətdə qeyd edilir ki, xüsusi texniki vasitələrin quraşdırılması və tətbiqi qanunvericiliyə uyğun şəkildə həyata keçirilməli, sertifikatlaşdırılmış və aidiyyəti dövlət informasiya sistemlərinə inteqrasiya olunmalıdır. Müraciət müəllifi həmin kameraların hüquqi əsaslarının araşdırılmasını tələb edir.

Bununla yanaşı, vətəndaş daha bir narahatedici məqama diqqət çəkib. İddiaya görə, prospektdə yerləşdirilən bəzi kameralar çoxillik ağacların gövdəsinə dəmir konstruksiyalar və mismarlar vasitəsilə bərkidilib. Sakin hesab edir ki, bu hal yaşıllıqlara ciddi ziyan vurur və ekoloji baxımdan araşdırılmalıdır.

Eldar Talışlı Masallı Rayon İcra Hakimiyyətindən aşağıdakı məsələlərin araşdırılmasını istəyib:
* H.Əliyev prospektində yerləşdirilən kameraların qanuniliyinin yoxlanılması;
* Həmin texniki vasitələrin sertifikatlaşdırılıb-sertifikatlaşdırılmadığının müəyyən edilməsi;
* Ağaclara vurulan konstruksiyaların ekoloji zərərinin qiymətləndirilməsi;
* EQ-36196152 nömrəli elektron qərarın qanuniliyinə hüquqi qiymət verilməsi;
* Qanun pozuntusu aşkarlanacağı halda məsul şəxslər barədə tədbir görülməsi.

Ağ-Qara olaraq, Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, yollarda foto və video qeydiyyat funksiyalı xüsusi texniki vasitələrin tətbiqi aidiyyəti dövlət qurumlarının müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilməlidir.

23/05/2026

Masallıda Şəxsi Radar Tələsi: Vətəndaş Eldar Talışlının Şikayəti və Mayor Asəf Mustafayevin Hüquq Pozuntuları.

Dövlətin verdiyi rəsmi səlahiyyətlərdən və mundirdən istifadə edərək vətəndaşları qanunsuz cərimə mexanizmləri ilə sıxışdırmaq həm hüquqi, həm də mənəvi cinayətdir. Masallı rayon sakini, sürücü Talışlı Eldar Arif oğlu tərəfindən təqdim edilən rəsmi sənədlər və onun şikayəti, rayonun Dövlət Yol Polisi Bölməsində (DYPB) görünməmiş bir korrupsiya və qanunsuzluq şəbəkəsinin qurulduğunu açıq şəkildə ifşa edir.Hadisə və Vətəndaşın Şikayəti:Vətəndaş Eldar Talışlının müraciətinə əsasən, ona 20.05.2026-cı il tarixində, Masallı şəhəri, H.Əliyev prospektində guya İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsini (Dayanma-durma qaydalarının pozulması) pozduğu iddiası ilə 20 manat məbləğində qanunsuz cərimə qərarı (Elektron qərar: EQ-36196152) göndərilmişdir.Lakin vətəndaşın araşdırması və şikayəti nəticəsində məlum olub ki, bu cərimə dövlətin rəsmi radarı tərəfindən qeydə alınmayıb. Bu görüntü, Masallı RPŞ-nin DYPB rəisi, polis mayoru Asəf Mustafayevin dövlətdən icazəsiz, tamamilə qeyri-qanuni olaraq öz şəxsi vəsaiti hesabına prospektə yerləşdirdiyi gizli kameradan götürülmüşdür. Bu "şəxsi biznes" layihəsinin arxasında duran yeganə məqsəd isə hər yazılan protokoldan köçəcək 25%-lik cərimə payını mənimsəmək və vətəndaşların cibindən şəxsi qazanc əldə etməkdir.Polis Mayoru Asəf Mustafayevin Pozduğu Konkret Qanun Bəndləri:Bu əməl fərdi bir qayda pozuntusu deyil, Azərbaycan Respublikasının qanunvericiliyinə qarşı törədilmiş ağır hüquq pozuntusudur və aşağıdakı bəndləri kobud şəkildə tapdalayır:

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu (Maddə 9):Yollarda hərəkətin təşkili, texniki vasitələrin, o cümlədən foto və video qeydiyyat funksiyalı xüsusi kameraların (radarların) quraşdırılması yalnız Daxili İşlər Nazirliyi (DİN) tərəfindən mərkəzləşdirilmiş qaydada, dövlət layihələri əsasında və dövlət büdcəsi hesabına həyata keçirilə bilər. Bir polis rəisinin fərdi şəkildə, öz cibinin pulu ilə yola nəzarət kamerası qoymaq səlahiyyəti yoxdur və bu, birbaşa qanunsuz fəaliyyətdir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsi (Vəzifə səlahiyyətlərindən sui-istifadə):Mayor Asəf Mustafayev dövlətin ona verdiyi vəzifə statusundan və xidməti imkanlarından istifadə edərək, özü üçün qanunsuz maddi üstünlük (cərimələrin 25%-lik gəlir payını) əldə etmək məqsədilə hərəkət etmişdir. Bu, vəzifə səlahiyyətlərindən qulluq mənafelərinə zidd olaraq istifadə edilməsidir və birbaşa cinayət tərkibi yaradır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309-cu maddəsi (Vəzifə səlahiyyətlərini aşma):Dövlət məmurunun qanunla ona verilməyən, yalnız yuxarı dövlət instansiyalarına aid olan səlahiyyətləri (kamera şəbəkəsi qurmaq və idarə etmək) özbaşına icra etməsi və vətəndaş Eldar Talışlının hüquqlarına, maddi durumuna zərər vurması vəzifə səlahiyyətlərinin aşılmasıdır.

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu (Maddə 9):Vəzifəli şəxslərə xidməti fəaliyyəti dövründə birbaşa və ya dolayısı ilə maddi mənfəət əldə etmək, dövlət resurslarını şəxsi gəlir mənbəyinə çevirmək qəti qadağandır. Şəxsi kamera vasitəsilə "cərimə ovu" təşkil etmək korrupsiya hüquqpozuntusudur.Nəticə və Tələb:Vətəndaş Eldar Talışlının qarşılaşdığı bu qanunsuzluq dövlət orqanlarına olan inamı sarsıdır. Biz, vətəndaşın şikayətini əsas götürərək, Daxili İşlər Nazirliyinin rəhbərliyindən və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən tələb edirik:Vətəndaş Talışlı Eldar Arif oğlunun adına çıxarılan EQ-36196152 nömrəli qanunsuz elektron qərar dərhal ləğv edilsin.Masallı şəhəri, H.Əliyev prospektində quraşdırılan qeyri-qanuni "özəl" kamera yoxlanılsın və sökülsün.Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək şəxsi qazanc şəbəkəsi quran polis mayoru Asəf Mustafayevin fəaliyyəti barədə ciddi xidməti təhqiqat aparılsın və cinayət işi açılsın.Qanun hər kəs üçündür – mundir geyinən məmurlar qanundan üstün deyillər!

Sumqayıt şəhərində yerləşən məktəblərdən biri ətrafında səsləndirilən iddialar ciddi araşdırma mövzusu kimi diqqət çəkir...
17/05/2026

Sumqayıt şəhərində yerləşən məktəblərdən biri ətrafında səsləndirilən iddialar ciddi araşdırma mövzusu kimi diqqət çəkir.Redaksiyamıza daxil olan məlumatlara görə, 11 nömrəli tam orta məktəb-də son dövrlər idarəçilik problemləri, texniki çatışmazlıqlar və valideyn narazılığı artmaqdadır. İddialara görə, məktəbdə internetin uzun müddət işləməməsi, su təchizatında yaranmış problemlər, davamiyyətə təsir edən təşkilati boşluqlar və məktəb daxilində yaranan münaqişələrin həllində zəif idarəçilik müşahidə olunub. Mediatvaz.com xəbər verir ki,ən ciddi iddia isə “Son zəng” tədbiri ilə bağlıdır. Valideynlərin bildirdiyinə görə, məktəb rəhbərliyi tərəfindən şagirdlərdən müəyyən məbləğdə vəsait toplanması həyata keçirilir və bu proses könüllülük prinsipi ilə deyil, məcburi xarakter daşıyır. Hətta bəzi valideynlərin övladlarının tədbirdən kənarda qala biləcəyi ilə bağlı dolayı təzyiqlərlə üzləşdiyi iddia edilir.Bəs görəsən İlhamə Abdullayevanın rəhbərlik etdiyi qurum bu narazılıqlara vaxtında niyə reaksiya vermir? Məktəbdə idarəçilik problemləri, texniki çatışmazlıqlar və “Son zəng” adı altında pul yığımı iddiaları varsa, bunların araşdırılmaması ictimai narazılığı daha da artırır. Təhsil müəssisələrində baş verən proseslərə nəzarət regional idarələrin birbaşa məsuliyyət sahəsinə daxildir. İddialar araşdırılmırsa, bu, “göz yumma” görüntüsü yarada bilər və şəffaflıqla bağlı sualları dərinləşdirər.Əgər bu iddialar təsdiqini taparsa, məsələ təkcə etik yox, həm də hüquqi məsuliyyət yarada bilər. Azərbaycan qanunvericiliyinə əsasən, dövlət məktəblərində təhsil ödənişsizdir və şagirdlərdən məcburi şəkildə pul yığılması qanunla yolverilməz hesab olunur. Təhsil müəssisələrində ianələr yalnız könüllü xarakter daşıya bilər və heç bir halda şagirdin hüquqları ilə əlaqələndirilə bilməz.“Son zəng” tədbiri adı altında pul yığılması, valideynlərə təzyiq göstərilməsi və şagirdlərin tədbirdən kənarlaşdırılması ilə hədələnməsi təsdiqlənərsə, bu, vəzifə səlahiyyətlərindən sui-istifadə, təhsil hüquqlarının pozulması və inzibati araşdırma predmetinə çevrilə biləcək məsələdir. Valideynləri narahat edən başqa məqam isə məktəbin böyük kontingentə malik olmasına baxmayaraq idarəetmədə sabitliyin yaranmamasıdır. Təhsil müəssisəsi şəxsi idarəçilik modeli ilə deyil, qanun və normativ qaydalarla idarə olunmalıdır. Məktəb rəhbərliyinin əsas vəzifəsi pul toplamaq deyil, təhlükəsiz, şəffaf və keyfiyyətli təhsil mühiti yaratmaqdır.
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatvaz.com

Şimal bölgəsində fəaliyyət göstərən dövlət qurumlarının bir çoxu digər bölgələrlə müqayisədə daha operativ və aktiv mövq...
12/05/2026

Şimal bölgəsində fəaliyyət göstərən dövlət qurumlarının bir çoxu digər bölgələrlə müqayisədə daha operativ və aktiv mövqe nümayiş etdirir. Ən azından ictimailəşdirilən problemlərə münasibət bildirilir, açıqlamalar verilir və əksər hallarda məsələlər yerində araşdırılaraq qısa müddətdə aradan qaldırılır.

Bu həssas yanaşmaya və operativ reaksiyaya görə Quba Rayon İcra Hakimiyyəti və Xaçmaz Rayon İcra Hakimiyyəti rəhbərliyinə "Ağ-Qara" komandası adından təşəkkürümüzü bildiririk.

07/05/2026

BAĞÇA QARŞISINDA “GÖLMƏÇƏ” REALLIĞI – VALİDEYNLƏR NARAHATDIR

Quba rayonunun Alekseyevka kəndində yerləşən 17 nömrəli uşaq baxçası-körpələr evinin qarşısındakı vəziyyət narazılığa səbəb olub. Sosial şəbəkə istifadəçisi Aydın Fətiyev özünə məxsus “Facebook” hesabında ərazinin görüntülərini paylaşaraq problemin uzun müddətdir davam etdiyini bildirib.

Onun paylaşımında qeyd olunur:

"Quba Rayon İcra Hakimiyyəti hörmətli Ilqar Mahmudov Quba rayonu Alekseyevka kənd 17 saylı bağçanın qarşısı bərbad vəziyyətdədir. Yolun sıradan çıxması valideyinlər və uşaqlar üçün çətin vəziyyət yaradır. Eyni zamanda maşınların sıradan çıxmasına səbəb olur. Yağışdan sonra günlərlə su çəkilmir. Sizdən xahiş edirəm, yolun təmirinə və yenidən bərpası üçün adiyyati üzrə tapşırıq verəsiniz."

İddialara görə, yağışlı havalarda bağçanın qarşısında iri su yığıntıları yaranır, uşaqları bağçaya aparıb-gətirən valideynlər isə ciddi çətinliklə üzləşirlər. Ərazidə hərəkətin çətinləşdiyi, nəqliyyat vasitələrinin də zərər gördüyü bildirilir.

Ağ-qaraya müraciət edən sakinlər aidiyyəti qurumların məsələ ilə bağlı operativ tədbir görəcəyinə ümid edirlər. Xüsusilə uşaqların hər gün istifadə etdiyi ərazidə təhlükəsiz və normal şəraitin yaradılmasının vacibliyi vurğulanır.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

06/05/2026

✅Xaçmazda icra başçısı operativ tapşırıq verdi – məsul qurum problemi dərhal aradan qaldırdı

2 gün əvvəl Xaçmaz şəhəri, Səid Qurbanov küçəsindən Mərdanov Qardaşları küçəsi istiqamətində, yolun sol tərəfində yerləşən əlillər binasının qarşısında iki ədəd üstü açıq kanalizasiya quyusu ilə bağlı narahatlığımı rəsmi şəkildə diqqətinizə çatdırmışdım. Mənim bu məsələ ilə bağlı etdiyim ictimai paylaşım nəticəsində problem diqqət mərkəzinə gətirildi və operativ reaksiya məsul qurumdan deyil, məhz Xaçmaz Rayon İcra Hakimiyyətindən gəldi. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı cənab Elnur Rzayev birbaşa tapşırığı əsasında aidiyyəti qurumlara göstəriş verildi və məsələ nəzarətə götürüldü.

İcra hakimiyyətindən paylaşımda verilən rəyə əsasən bildirildi ki, Səid Qurbanov küçəsi ərazisində, piyada səkisindən kənarda yerləşən açıq kanalizasiya quyusunun bərpası ilə bağlı artıq müvafiq quruma məlumat təqdim olunub və yaxın günlərdə problemin tam şəkildə aradan qaldırılması təmin ediləcək.

Qeyd etmək lazımdır ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin operativ tapşırığından sonra məsul qurum tərəfindən məsələ qısa zamanda icra olunmuş, açıq kanalizasiya quyuları bərpa edilərək yaranmış təhlükə dərhal aradan qaldırılmışdır. Bu, operativ idarəetmə və nəzarətin real nəticə verdiyini bir daha təsdiq edir.

Sonda bir daha qeyd etmək istəyirəm ki, hər bir aidiyyəti qurum üzərinə düşən vəzifələri vaxtında və məsuliyyətlə yerinə yetirməlidir. Bu kimi məsələlərin həlli üçün hər dəfə icra hakimiyyətinin xüsusi tapşırığını gözləmək doğru yanaşma deyil. Yerli problemlərin operativ şəkildə aradan qaldırılması birbaşa məsul qurumların funksional öhdəliklərinə daxildir və bütün yükün icra hakimiyyətinin üzərinə yönəldilməsi qəbuledilməzdir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

06/05/2026

MASA ARXASINDAN BAŞLAYAN İDDİALAR – PUL TƏLƏBİ, TƏZYİQ VƏ NÜFUZUN HƏDƏFƏ ALINMASI

Bir masa arxasında başlayan söhbətin, iddialara görə, sonradan təzyiq və pul tələbi ilə davam etdiyi bildirilir.

Məsələ Pərvin Abışova və İfadə Cəfərzadə ilə sahibkar Gülbadə Abdullayeva arasında baş verdiyi iddia olunan hadisə ilə bağlıdır.

Sahibkarın sözlərinə görə, təxminən bir ay əvvəl rayon ərazisində keçirilən görüş zamanı ondan pul tələb olunub. İddia edilir ki, bu tələbə əməl edilmədiyi halda şəxsi həyatına dair məlumatların yayılacağı bildirilib. Abdullayeva qeyd edir ki, proses bir dəfəlik deyil, davamlı xarakter alıb və o, dəfələrlə müxtəlif məbləğlər ödəməyə məcbur qalıb.

İddialara əsasən, sonuncu dəfə onun kart hesabına 200 manat köçürülüb. Lakin bu ödəniş tələblərin dayanması ilə yox, əksinə daha da artması ilə nəticələnib.

Sahibkar bildirir ki, tələb olunan məbləğ verilmədikdə sosial şəbəkələrdə onunla bağlı həqiqətə uyğun olmayan səs yazıları və şəxsi görüntülər yayılıb. Bu addımların onun işgüzar nüfuzuna zərbə vurduğu vurğulanır.

Təqdim edilən təhlükəsizlik kamerası görüntülərində isə çöldən video çəkən və özlərini “jurnalist” kimi təqdim edən şəxslərin olduğu görünür. İddialara görə, bu şəxslər vasitəsilə sahibkara psixoloji təzyiq göstərilib. Eyni zamanda qeyd olunur ki, İfadə Cəfərzadənin tək halda içəri daxil olduğu gün, məhz 200 manatın kart hesabına köçürüldüyü tarixlə üst-üstə düşür.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyi hələlik açıqlanmayıb.

“Ağ-qara” olaraq, iddiaların arxa planını araşdırmaqda davam edəcəyik. Çünki bəzən bir masa arxasında deyilən sözlər sonradan cəmiyyət qarşısında çox daha ağır suallar doğurur: burada tələb varmı, yoxsa ittiham? Təzyiq varmı, yoxsa təsadüf?

Həqiqətin rəngi isə – ya ağ olacaq, ya da qara.

04/05/2026

Xaçmaz şəhərində açıq kanalizasiya quyuları ciddi təhlükə yaradır – məsul qurum hərəkətsiz qalır

Xaçmaz şəhəri, Səid Qurbanov küçəsindən Mərdanov Qardaşları küçəsi istiqamətində, yolun sol tərəfində yerləşən əlillər binasının qarşısında iki ədəd üstü açıq kanalizasiya quyusunun mövcudluğu ilə bağlı ciddi narahatlığımı rəsmi şəkildə diqqətə çatdırıram.

Qeyd olunan quyular uzun müddətdir açıq vəziyyətdə saxlanılır və bu hal həm nəqliyyat vasitələri, həm də piyadalar, xüsusilə azyaşlı uşaqlar üçün ciddi təhlükə mənbəyinə çevrilib. Gecə saatlarında isə risk daha da artır və istənilən an xoşagəlməz hadisələrin baş verməsi ehtimalı yüksəkdir.

Məsələ ilə bağlı daha əvvəl ADSEA-nın Xaçmaz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Kamil Əliyevə şəxsi müraciət etmişəm və “tezliklə aradan qaldırılacaq” cavabını almışam. Lakin üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, bu günədək heç bir tədbir görülməyib.

Bu cür məsuliyyətsiz yanaşma qəbulolunmazdır. Dövlət vəsaiti hesabına fəaliyyət göstərən qurumların əsas vəzifəsi vətəndaşların təhlükəsizliyini təmin etməkdir. Əgər hər hansı bədbəxt hadisə baş verərsə, sonradan məsuliyyətdən yayınmaq cəhdləri vəziyyəti dəyişməyəcək.

Məsul şəxslərdən tələb olunur ki, üzərlərinə düşən vəzifəni dərhal və lazımi səviyyədə icra etsinlər. Əks halda, vəzifə kreslolarında bu işi bacaran şəxslərin əyləşməyinə şərait yaradılmalıdır.

Məsələnin təcili şəkildə həll olunması gözlənilir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

01/05/2026

Bir müddətdir ki, “Dr. Gülbadə” kimi tanınan Gülbadə Abdullayeva barəsində həqiqəti əks etdirməyən məlumatlar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən geniş şəkildə tirajlanır.

Məsələ ilə bağlı yayılan iddiaları araşdırmaq məqsədilə həm Gülbadə Abdullayeva, həm də Fatimə Mahmudova ilə əlaqə saxlamağa çalışdıq.

Fatimə Mahmudova açıqlamasında bildirib ki, yayılan məlumatlarda onun Gülbadə Abdullayevanı şantaj və hədə-qorxu yolu ilə müəyyən addımlar atmağa məcbur etdiyi iddia olunur. Lakin o, bu məsələyə birbaşa münasibət bildirmək istəmədiyini vurğulayaraq qeyd edib ki, əvvəlcə əsas açıqlama Gülbadə Abdullayeva tərəfindən verilməlidir:

“Bu məsələ ilə bağlı ilkin açıqlamanı Gülbadə xanım versin ki, sonradan mənim özümü müdafiə etmək məqsədilə danışdığım görüntüsü yaranmasın. Əgər yayılan məlumatlarda mənim bu xanımla bağlı hər hansı qanunsuz hərəkətim təsdiqini tapsa, şəxsən özüm hüquq-mühafizə orqanlarına müraciət edərək barəmdə tədbir görülməsini tələb edəcəyəm. Əks halda isə bu xəbərləri yayan şəxslərə qarşı sonadək hüquqi mübarizə aparacağam”.

Daha sonra Gülbadə Abdullayeva ilə əlaqə saxladıq. O isə öz növbəsində bildirib ki, son günlər onun adı ilə bağlı yayılan məlumatların əksəriyyəti həqiqəti əks etdirmir və qərəzli şəkildə ictimaiyyətə təqdim olunur.

Xüsusilə qeyd etmək istəyirəm ki, ictimaiyyətə təqdim edilən bəzi səs yazıları və digər materiallar kontekstdən çıxarılıb, təhrif olunaraq yayılıb. Həmin materialların bir qismi zarafat və ya qeyri-ciddi söhbət xarakteri daşısa da, məqsədli şəkildə fərqli formada təqdim edilərək mənim nüfuzuma xələl gətirməyə yönəlib.

Bundan əlavə, məlumatları yayan xəbər saytının nümayəndəsinə zəng edərək mövqeyimi bildirmək istədiyim zaman, ona açıq şəkildə sual ünvanladım: şəxsi həyatın toxunulmazlığını pozaraq, mənim evimə aid olan məkan və şəxsi səs yazılarını icazəsiz şəkildə ictimailəşdirmək hansı media fəaliyyətinə daxildir? Təəssüf ki, qarşı tərəf bu suala aydın cavab vermək əvəzinə aqressiv və qərəzli tərzdə danışaraq etik çərçivədən kənara çıxdı.

Həmin şəxs etdiyi hərəkətlərə bəraət qazandırmağa çalışaraq, guya ailə daxilində baş vermiş mübahisələri və şəxsi məqamları da ictimailəşdirəcəyi ilə məni hədələyib. Bu isə artıq açıq şəkildə təzyiq və şantaj xarakteri daşıyır.

Bildirirəm ki, həmin şəxslər və onların ətrafı tərəfindən əvvəllər də mənə qarşı pul tələbləri irəli sürülüb və bununla bağlı ödədiyim məbləğləri təsdiq edən sübutlar (çeklər və digər materiallar) mövcuddur. Bu hallar onların sistemli şəkildə reket xarakterli fəaliyyətlə məşğul olduqları qənaətini yaradır.
Son paylaşımlarda Fatimə Mahmudova ilə məni üz-üzə qoyaraq bir birimizi şantaj etmiş kimi göstərərək yalan və qərəzli məlumatlar paylaşan "jurnalistlər" vəzifəli şəxslərin adını çəkərək heç kəsdən qorxmadıqlarını mənə açıq bildiriblər. Odur ki, burdan dövlətimə səslənirəm bu "jurnalistlər" məni rahat yaşamağıma ciddi maneələr yaradaraq intihar həddinə çatırıblar. 29.04.2026-cı il tarixində Daxili İşlər Nazirliyinədə müraciət etmişəm. Güman edirəm ki, hüquqi tədbirlər görüləcəkdir.

Artıq bu cür təzyiqlərdən yorulduğumu və mənə ciddi mənəvi zərər vurulduğunu qeyd edirəm. Hətta bu vəziyyət məni son həddə – çıxılmaz psixoloji vəziyyətə gətirib çıxarıb.

Media vasitəsilə hüquq-mühafizə orqanlarına müraciət edərək bildirirəm:

- Mənim icazəm olmadan şəxsi həyatımı əks etdirən səs yazılarının və məlumatların yayılması ilə bağlı araşdırma aparılsın;
- Mənim adım hər hansı şikayətçi qismində olmadığı halda, şəxsi məlumatlarımın ictimailəşdirilməsinə hüquqi qiymət verilsin;
- Bu cür qanunsuz və etikadan kənar fəaliyyətlərin qarşısı alınsın.

İctimaiyyətdən xahiş edirəm ki, yalnız təsdiqlənmiş və obyektiv məlumatlara əsaslansın və birtərəfli yayılan xəbərlərə inanaraq nəticə çıxarmasın.

Hörmətlə,
Gülbadə Abdullayeva

29/04/2026

İki gün işə gəlməyən xadimini "ç" bəndi ilə işdən çıxardılar...

28/04/2026

Şirvan şəhərində nə baş verir?

Address

Bakı
Xaçmaz

Telephone

+994507180066

Website

https://youtube.com/@aghkara

Alerts

Be the first to know and let us send you an email when Ağ-Qara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ağ-Qara:

Share