29/10/2024
29.10.2024 - Daha bir QƏLƏBƏ: Deməli iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdi. Cavabdeh mənə müraciət edəndə haqlı olduğu halda əlində olan sübut çatışmazlığı üzündən narahatlıq keçirirdi. Məhkəməyə verdiyimiz vəsatətlərimiz və məhkəmə tərəfindən verilən sorğularla sübutlar əldə etdik. Yekunda məhkəmə təmsil etdiyim cavabdehin xeyrinə ədalətli və qərəzsiz qətnamə qəbul etdi. İddia rədd edildi.
Bəzən uğurlu məhkəmə işləri vəkildən razı qalmış müştəridən əlavə insana yaxşı dost qazandırır.