Gəncə şəhəri 2 saylı Vəkil Bürosu

Gəncə şəhəri 2 saylı Vəkil Bürosu Hüquq xidmətləri

10/05/2026
10/05/2026

Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, bütün türk dünyasının iftixarı, dünya şöhrətli siyasi xadim, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü tamam olur.

Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Ulu Öndər Heydər Əliyev dühası hər bir azərbaycanlının qəlbində yaşayır və daim yaşayacaqdır.



07/05/2026

Bu gün vəkilliyə qəbul üzrə keçirilən yazılı imtahanda iştirakçı sayı bir il ərzində hazırlanan hüquqşünasların sayına yaxındır.

07/05/2026

Bu gün vəkilliyə namizədlər üçün keçirilən yazılı imtahanda 540 nəfər iştirak edir ki, bu da 2018-ci ildən bəri ən yüksək iştirak göstəricisi kimi diqqət çəkir. Misal üçün, 5 ay əvvəl - noyabr ayında keçirilən yazılı imtahanda 400-dən bir qədər çox namizəd i....

Bugün Gəncə şəhəri 2 saylı Vəkil Bürosunun vəkili, eyni zamanda Gəncə 2 saylı Mediasiya Təşkilatının mediatoru Samir Zey...
07/05/2026

Bugün Gəncə şəhəri 2 saylı Vəkil Bürosunun vəkili, eyni zamanda Gəncə 2 saylı Mediasiya Təşkilatının mediatoru Samir Zeynalovun Ad Gününü kollektiv olaraq təbrik edib, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu etdik.

04/05/2026
01/05/2026

E-huquq.az portalı əhalinin bütün təbəqələri üçün hüquqi məsələlər, məhkəmə və hüquq-mühafizə orqanlarının işi üzrə müstəqil informasiya platforması kimi fəaliyyət göstərir.

01/05/2026

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

2026-cı il mayın 1-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Gündəliyə uyğun olaraq bəzi vəkillərin dövlət qulluğunda fəaliyyətinə xitam verilməsi ilə əlaqədar vəkillik fəaliyyətinin bərpa edilməsi, dövlət qulluğuna qəbul edildiyinə görə vəkillik fəaliyyətinin dayandırılması, digər vəkil qurumlarına keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunması və mövcud borcların silinməsi ilə bağlı müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Bundan başqa, VK-nın Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 77 ünvanında yerləşən inzibati binasında aparılan təmir-tikinti işlərinin gedişi ilə bağlı məsələlər müzakirə olunub. Qeyd edilib ki, hazırda inzibati binada təmir-tikinti işləri davam etdirilir. Görülən işlər çərçivəsində müasir standartlara uyğun iş şəraitinin yaradılması üçün əlverişli infrastrukturun formalaşdırılması nəzərdə tutulur.

Eyni zamanda dövlət hesabına hüquqi yardımın göstərilməsi ilə bağlı məsələyə baxılıb. Bu istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, mövcud vəziyyət və qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkilə töhmət verilib, 1 vəkilə xəbərdarlıq edilib, 2 vəkil barəsində isə cərimə tədbiri tətbiq olunub.

Ətraflı: https://barassociation.az/news/1974

01/05/2026

Address

Gəncə şəh. , Heydər Əliyev Pr. , 269 (1 Saylı Gəncə Regional "ASAN Xidmət" Mərkəzi)
G***a
AZ2000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 16:00
Sunday 09:00 - 16:00

Telephone

+994555021220

Alerts

Be the first to know and let us send you an email when Gəncə şəhəri 2 saylı Vəkil Bürosu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share