İnternational Legal Services MMC/ Huquq xidmetleri

İnternational Legal Services MMC/ Huquq xidmetleri Cinayət, mülki, ailə, vergi, mənzil, əmək və digər hüquq sahələri üzrə hüquqi və fiziki şəxslərə istənilən hüquq xidmətləri göstərilir.

27/09/2021

Azərbaycan Respublikasının Əmək Məcəlləsində hamilə qadınların bir sıra hüquqları və təminatları nəzərdə tutulmuşdur. La...
06/07/2021

Azərbaycan Respublikasının Əmək Məcəlləsində hamilə qadınların bir sıra hüquqları və təminatları nəzərdə tutulmuşdur. Lakin bir çox hamilə qadınlar bu hüquq və təminatlardan xəbərdar olmadıqları üçün həmin hüquq və təminatlardan istifadə etmir.

Əmək Məcəlləsinə görə hamilə qadınların aşağıda göstərilən hüquq və təminatları nəzərdə tutulur:

✅Əmək müqaviləsi bağlanarkən sınaq müddəti müəyyən edilmir.
✅Attestasiyadan keçirilmir.
✅Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan hamilə qadınların sertifikasiyası keçirilmir.
✅Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverən hamilə qadınların sertifikatlaşdırılması keçirilmir.
✅İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunması qadağan olunan işçilər sırasına daxildir.
✅İş vaxtı həftə ərzində 36 saatdan artlq olmamalıdır.
✅Gecə vaxtı görülən işlərə cəlb edilməsinə yol verilmir.
✅Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.
✅Hamilə olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir.
✅Hamilə qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir.
✅Tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılır, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər.
✅Hamiləlik səbəbinə görə qadınların əmək haqqının azaldılması qadağandır.
✅Hamilə qadınların tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əmək haqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır.

Bizimlə əlaqə

📍AZ1073, Bakı şəhəri, İnşaatçılar pr. 6
📞 +99412 537 22 52
📞 +99450 744 35 45

Qeyd edək ki, nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərinin müəyyən ed...
28/06/2021

Qeyd edək ki, nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərinin müəyyən edilməsi, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərinin tənzimlənməsi, ailə üzvlərinin aliment öhdəlikləri, valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydaları Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir.

Ailə hüququ üzrə aşağıdakı hüquq xidmətlərini təklif edirik:

1. Nikah müqaviləsinin hazırlanması;
2. Nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar hüquqi yardım;
3. Ər-arvad arasında əmlak bölgüsü məsələləri ilə bağlı hüquqi yardım;
4. Atalığın müəyyən edilməsi məsələləri ilə bağlı hüquqi yardım;
5. Ailədə valideyn-uşaq münasibətləri, valideynlik hüquqlarından məhrumetmə və valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məsələlər üzrə hüquqi yardım;
6. Yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsinə yönələn hüquqi yardım;
7. Ailə üzvlərinin aliment öhdəlikləri üzrə məsələlər, alimentin ödənilməsi barədə sazişin hazırlanması;
8. Övladlığa götürmə, qəyyumluq və himayə məsələləri ilə bağlı hüquqi xidmətlər;
9. Ailə hüququna dair digər xidmətlər.

Bizimlə əlaqə

📍AZ1073, Bakı şəhəri, İnşaatçılar pr. 6
📞 +994125372252
📞 +99455 966 35 45
📞 +994513104301
📧 [email protected]
🌐 www.ils-mmc.com

Ölkəmizdə fəaliyyət göstərən bir çox müəssisələrdə kadrlar uçotunun təşkili zamanı bir sıra nöqsanlara yol verilir. Qeyd...
14/06/2021

Ölkəmizdə fəaliyyət göstərən bir çox müəssisələrdə kadrlar uçotunun təşkili zamanı bir sıra nöqsanlara yol verilir. Qeyd edək ki,
mahiyyət etibarilə kadr uçot işləri insan resursları (HR) adlandırdığımız funksiyaların bir hissəsini təşkil edir.

Kadrlar uçotu xidmətini (Kadr kargüzarlığının təşkili) kimlər həyata keçirməlidir? Aşağıda göstərilən tələblərə cavab verən şəxslər bu sahədə işləyə bilər:
- Əmək məcəlləsini bilməli;
- Kadt kargüzarlığı sahəsində ən az 1 ay təcrübə keçməli;
- Kompüter bilikləri olmalı;
- İxtisasca hüquqşünas və ya mühasib olması arzu olunandır;
- Nəzəri və praktiki biliklərinin olmasını təsdiq edən sertifikatının olması arzu olunandır.

Kadrlar uçotu xidmətlərində (və ya HR) yol verilən nöqsanlar nələrdir?
- Yuxarıda göstərilən tələblərə cavab verməyən şəxslərə işlərin həvalə edilməsi;
- İşçi ilə işəgötürən arasında mübahisələr yarandıqda sənədləşməyə başlanılması;
- İşə götürmə və işdən çıxarma prosedürlarına tam riayət olunmaması və Əmək Məcəlləsinin tələblərinə cavab verməməsi;
- Şirkətin maraqları, işçinin funksiyaları və işəgötürənin digər vəzifə və hüquqları nəzərə alınmadan standar əmək müqaviləsinin bağlanılması;
- İşçilərlə maddi məsuliyyət müqaviləsinin bağlanılmaması;
- Şirkətin kommersiya məlumatlarının və maraqlarının qorunması üçün zəruri sənədləşmə işlərinin aparılmaması;
- Əmək təhlükəsizliyi məsələlərinə əməl edilməməsi və s.

Kiçik şirkətlərdə bu işin mühasiblərə və ya hüquqşünasa həvalə edilməsi mümkündür, lakin bu zaman həmin şəxslərin müvafiq sahədə təlimlərə cəlb edilməsi zəruridir.

Orta şirkətlər kadr uçotunun sənədləşdirilməsi üçün kadr uçotu üzrə mütəxəssis işə götürə və ya kadr uçotu xidmətlərini ixtisaslaşmış məsləhətçi şirkətlərə həvalə edə bilərlər.

İri şirkətlər daha çox işin çoxluğu və sənədləşmənin mürəkkəbliyi və intensivliyi baxımından daxildə kadr uçotu üzrə bölməni yaratmaqda maraqlı olmalıdırlar. Təbii ki, belə bölmələrin də mütəmadi olaraq təlimlərə cəlb edilmələri və ehtiyac yarandıqda ixtisaslaşmış hüquqşünas ilə məsləhətləşmələri tövsiyyə olunur.

Bizimlə əlaqə

📍AZ1073, Bakı şəhəri, İnşaatçılar pr. 6
📞 +994125372252
📞 +99455 966 35 45
📞 +994513104301
📧 [email protected]
🌐 www.ils-mmc.com

Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasında olarkən,  qanunda  və  ya  Azərbaycan  Respub...
30/05/2021

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.

Əcnəbilərin və digərlərinin Azərbaycan Respublikasında torpaqdan başqa digər əmlaklar üzərində mülkiyyət hüququnu əldə etməsi Torpaq Məcəlləsi, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüququ vəziyyəti haqqında” Azərbaycan Respublikası qanununun 17-ci maddəsi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və digər normativ aktlarla tənzimlənir.

Hər bir əcnəbi yerli Azərbaycan vətəndaşı kimi Azərbaycanda daşınar və daşınmaz (torpaq sahələri istisna olmaqla) əmlak almaq hüququna malikdir.

Azərbaycan Respublikasının Mülki Məcəllənə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ) daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

===========================================

Xidmətlərimizdən yararlanmaq üçün bizimlə əlaqə yaradın

📍AZ1073, Bakı şəhəri, İnşaatçılar pr. 6
📞 +994125372252
📞 +99455 966 35 45
📞 +994513104301
📧 [email protected]
🌐 www.ils-mmc.com

İzləyicilərimiz tərəfindən tez-tez verilən suallardan biri də budur ki, boşanmaq üçün hansı məhkəməyə müraciət olunmalıd...
22/05/2021

İzləyicilərimiz tərəfindən tez-tez verilən suallardan biri də budur ki, boşanmaq üçün hansı məhkəməyə müraciət olunmalıdır?

İlk öncə onu qeyd edək ki, nikahın pozulması tələbi ilə bağlı iddia ərizəsi cavabdehin qeydiyyat yeri üzrə rayon məhkəməsinə verilir. Lakin Qanunvericiliklə müəyyən olunan hallarda iddia ərizəsi iddiaçının seçiminə görə verilə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə görə iddia ərizəsi iddiaçının seçiminə görə aşağıdakı hallarda verilə bilər:

✅Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər.
✅ İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.

Qeyd edək ki, nikah məhkəmə qaydasında pozularkən, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə görə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər.

QEYD:
1) Nikahın pozulması haqqında iddia ərizəsini məhkəməyə vermək üçün 20 AZN dövlət rüsumu ödənilməlidir.
2) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən, cavabdeh isə iddiaçının boşanmaq istədiyi şəxsdir.

===========================================

Xidmətlərimizdən yararlanmaq üçün bizimlə əlaqə yaradın

📍AZ1073, Bakı şəhəri, İnşaatçılar pr. 6
📞 +994125372252
📞 +99455 966 35 45
📞 +994513104301
📧 [email protected]
🌐 www.ils-mmc.com

İlk öncə onu qeyd edək ki, məhkəmədə nikahın xitam verilməsi məsələsinə baxılarkən, həll edilməli mübahisələrdən biri də...
12/05/2021

İlk öncə onu qeyd edək ki, məhkəmədə nikahın xitam verilməsi məsələsinə baxılarkən, həll edilməli mübahisələrdən biri də, ər-arvadın birgə mülkiyyəti hesab edilən əmlakların bölünməsi məsələsidir...

İlk öncə onu qeyd edək ki, məhkəmədə nikahın xitam verilməsi məsələsinə baxılarkən, həll edilməli mübahisələrdən biri də, ər-arvadın b

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və halları izlə...
24/04/2021

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və halları izləyicilərin diqqətinə çatdırırıq.


İşəgötürən tərəfindən:

✅hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;

✅yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;

✅əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;

✅işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;

✅həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;

✅öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin;

✅məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Bizimlə əlaqə:
📍AZ1073, Bakı şəhəri, İnşaatçılar pr. 6
📞 +994125372252
📞 +99455 966 35 45
📞 +994513104301
📧 [email protected]
🌐 www.ils-mmc.com

İnternational Legal Services (İLS) öz peşəkar işçi heyəti ilə keyfiyyətli hüquq xidmətləri göstərmək üçün sizin xidmətin...
24/03/2021

İnternational Legal Services (İLS) öz peşəkar işçi heyəti ilə keyfiyyətli hüquq xidmətləri göstərmək üçün sizin xidmətinizdədir.

Hüquqlarınızın keyfiyyətli müdafiəsi üçün bizə müraciət edin.

İLS ölkəmizin hüdudları daxilində istənilən yerdə fiziki və hüquqi şəxslər üçün hüquq xidmətləri göstərir.

Bizimlə əlaqə:
📍AZ1073, Bakı şəhəri, İnşaatçılar pr. 6
📞 +994125372252
📞 +99455 966 35 45
📞 +994513104301
📧 [email protected]
🌐 www.ils-mmc.com

Mülkiyyətçi ona məxsus mənzildə qeydiyyatda olan şəxslərin razılıqlarını almadığı halda mənzili sata və ya bağışlaya bil...
24/03/2021

Mülkiyyətçi ona məxsus mənzildə qeydiyyatda olan şəxslərin razılıqlarını almadığı halda mənzili sata və ya bağışlaya bilməz.

Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu maddəsinə əsasən, yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.

Əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına razılıq haqqında ərizə yazılı olmalıdır və bu ərizədəki imzanın həqiqiliyi notarius, notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri və Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən təsdiq edilməlidir.

Beləliklə, xaricdə olan şəxs mənzilin satılmasına dair razılıq ərizəsini yazmalı və həmin ərizədəki imzasının həqiqiliyini olduğu ölkə üzrə Azərbaycan Respublikası konsulluğunun səlahiyyətli vəzifəli şəxsləri tərəfindən təsdiq etdirməli və həmin razılıq ərizəsini mülkiyyətçiyə göndərməlidir.

Əgər mənzildə qeydiyyatda olan şəxs xaricə köçmüşsə və onunla əlaqə saxlamaq mümkün deyilsə, mülkiyyətçi həmin şəxsi qeydiyyatdan çıxardıqdan sonra mənzilini satmaq imkanını əldə edəcəkdir.

Beləliklə, mənzilin mülkiyyətçisi yaşadığı rayon üzrə polis idarəsinin pasport qeydiyyat şöbəsinə və ya məhkəməyə müraciət etməklə xaricdə yaşayan şəxsin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb etməlidir.

Qeyd edək ki, mülkiyyətçi digər hallarda da, qeydiyyatda olan şəxsi mənzildən qeydiyyatdan çıxarmaq üçün yaşadığı rayon üzrə polis idarəsinin pasport qeydiyyat şöbəsinə və ya məhkəməyə müraciət edə bilər.

Bizimlə əlaqə:
📍AZ1073, Bakı şəhəri, İnşaatçılar pr. 6
📞 +994125372252
📞+994559663545
📞+994513104301
📧 [email protected]
🌐 www.ils-mmc.com

İnternational Legal Services (İLS) öz peşəkar işçi heyəti ilə keyfiyyətli hüquq xidmətləri göstərmək üçün sizin xidmətin...
20/03/2021

İnternational Legal Services (İLS) öz peşəkar işçi heyəti ilə keyfiyyətli hüquq xidmətləri göstərmək üçün sizin xidmətinizdədir.

Hüquqlarınızın keyfiyyətli müdafiəsi üçün bizə müraciət edin.

İLS ölkəmizin hüdudları daxilində istənilən yerdə fiziki və hüquqi şəxslər üçün hüquq xidmətləri göstərir.

Bizimlə əlaqə:
📍AZ1073, Bakı şəhəri, İnşaatçılar pr. 6
📞 +994125372252
📞+994559663545
📞+994513104301
📧 [email protected]
🌐 www.ils-mmc.com

Bir çox hallarda, xüsusən də, ailə məişət zəminində baş vermiş mübahisələr zamanı vətəndaşlar bir-birilərinə fiziki ağrı...
18/03/2021

Bir çox hallarda, xüsusən də, ailə məişət zəminində baş vermiş mübahisələr zamanı vətəndaşlar bir-birilərinə fiziki ağrı yetirir və ya daha çox kişi qadını döyür.

Belə olan halda döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirən şəxsi hansı cəza gözləyir?

Qeyd edək ki, zərərçəkən şəxs ərizə ilə hadisənin baş verdiyi yer üzrə müvafiq polis şöbəsinə müraciət etdikdən sonra faktla bağlı araşdırma aparılır.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur.

Bizimlə əlaqə:
📍AZ1073, Bakı şəhəri, İnşaatçılar pr. 6
📞 +99455 966 35 45
📞 +99451 310 43 01
📧 [email protected]

Address

Yasamal Rayonu, İnşaatçılar Pr. 6
Baku
AZ1073

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994559663545

Alerts

Be the first to know and let us send you an email when İnternational Legal Services MMC/ Huquq xidmetleri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to İnternational Legal Services MMC/ Huquq xidmetleri:

Share