AVANGARD hüquq şirkəti

AVANGARD hüquq şirkəti "AVANGARD" hüquq şirkəti hər zaman sizlərə keyfiyyətli və peşəkar hüquqi xidmət göstərməyə hazırdır.

AVTOMOBİLİ MÜQAVİLƏ, YOXSA ETİBARNAMƏ İLƏ ALMALI?Etibarnamə ilə avtomobil almağa (faktiki alqı-satqı) dair verilən suall...
24/10/2014

AVTOMOBİLİ MÜQAVİLƏ, YOXSA ETİBARNAMƏ İLƏ ALMALI?

Etibarnamə ilə avtomobil almağa (faktiki alqı-satqı) dair verilən sualların çoxluğunu nəzərə alaraq, bildiririk:

Etibarnamə ilə faktiki alqı-satqı etmək dövlət tərəfindən tanınmır. Etibarnamə sadə formada avtomobili idarə etmək üçün, universal formada isə başqa şəxsə satmaq, bağışlamaq, girov qoymaq və etibarnamədə göstərilən digər hüquqların keçməsi məqsədilə verilir. Universal etibarnamə alan şəxs avtomobili başqasının adına keçirə bilər, yaxud avtomobilin qeydiyyat şəhadətnaməsində göstərilən şəxsin adından hərəkətlər edə bilər.

Alqı-satqı etibarnamədən fərqli olaraq, həmin avtomobilə dair alıcıya mülkiyyət hüququ verir. Yalnız alqı-satqı halında avtomobil sizin mülkiyyətiniz sayılır.

Buna baxmayaraq, adətən avtomobillərin alqı-satqısı faktiki formada - yəni etibarnamə ilə həyata keçirilir. Halbuki bu halda dəyəri ödənərək alınmış avtomobil satanın mülkiyyəti olaraq qalır. Bu adətən iki səbəbdən edilir:
1. Avtomobillərin alqı-satqısında tərəflər bir qayda olaraq, gələcəkdə bir-birinə hüquqi müstəvidə problem yaratmır.
2. Alqı-satqı zamanı əlavə xərclər və sənədlər tələb olunur.

Etibarnaməli faktiki alqı-satqı zamanı etibarnamənin surətu notarius tərəfindən DYP-yə göndərilir və bununla da məsələ bitir.
Əsl alqı-satqıda isə məsələ bir qədər fərqlidir. Beləki, əsıl alqı-satqıda əvvəla notarius DYP-dən müayinə arayışı tələb edir. Bundan sonra alqı-satqı aparıla bilər. Etibarnamənin dövlət qiyməti idarə etmə etibarnaməsi üçün 10 manat, universal (generalnıy) etibarnamə üçünsə 20 manatdı. Alqı-satqının qiyməti daha yüksəkdir - 50 manat. Bundan başqa alqı-satqıdan sonra DYP-yə getmək, alqı-satqını qeydiyyata saldırmaq üçün 10 manat, qeydiyyat şəhadətnaməsi almaq üçün 17 manat ödəmək lazımdır.
Beləliklə, etibarnamə ilə alqı satqının fərqi bir dəfə DYP-yə getmək və 57 manat artıq pul almaqdan ibarətdir. İnsanlar bunu etməmək üçün etibarnaməyə üstünlük verirlər. Hakbuki avtomobil alarkən 10.000, 20.000 və daha artıq pul xərcləyirlər.

Ancaq əsas problem təkcə bu deyil. Etibarnamə ilə almaq olduqca təhlükəlidir. Beləki, etibarnamə ilə alınmış avtomobilin sahibi bank kreditlərini və digər hər hansı ödənişi vaxtında edə bilmədikdə məhkəmə qərarı ilə tutma artıq faktiki olaraq satılmış avtomobilə yönəldilir və avtomobil DYP tərəfindən tutulur. Bu halda avtomobilə görə ödənmiş pullar risk altına düşür və bəzən ümumiyyətlə batır.
Bundan başqa etibarnamə verən arvadından boşansa yenə ciddi problemlər yaranır. Beləki boşanan arvad tənbəllik etməyib avtomobilin sənədlərini toplasa həmin avtomobilin üzərinə həbs qoyulması və geri qaytarılmasını tələb edə bilər. Bu halda da ödənən pullar riskə düşür və adətən batır.
Düzdür, belə problemlər yarananda alqı-satqını tanıtmaq, yaxud ödənən pulun geri qaytarılmasını tələb etmək olur. Ancaq bu olduqca çətin bir prosesdir.

Beləliklə, göründüyü kimi, avtomobil alarkən alqı-satqı etdirmək daha məqsədəuyğundur. Bununla həm problemlə üzləşməz, həm də pullarınızı riskə atmış olmazsınız.

ALİMENTİN ARTIRILMASI və ya AZALDILMASIYaşayış minimumunun artması ilə əlaqədar əvvəllər təyin olunmuş alimentin artırıl...
24/10/2014

ALİMENTİN ARTIRILMASI və ya AZALDILMASI

Yaşayış minimumunun artması ilə əlaqədar əvvəllər təyin olunmuş alimentin artırılaraq 103 manata çatdırılması üçün məhkəməyə yenidən müraciət etmək olar.
Dövlət rüsumu haqqında qanuna görə aliment barədə iddialarda dövlət rüsumu ödənmir.
Alimentin artırılması barədə iddia qaldırarkən çəkilən xərci də qarşı tərəfdən almaq mümkündü.
Alimentin artırılması barədə məhkəmə qərarı məhkəməyə ərizə verilən gündən tətbiq olunacaq.

ALİMENTİN AZALDILMASI

Alimentin azaldılması üçün də məhkəməyə müraciət etmək olar. Alimentin azaldılmasını tələb edənlər ailə qanunvericiliyinə görə uşaqlar barədə valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasına istinad edə bilər.
Bundan başqa aliment alan şəxs işləyirsə də alimenti azaltmaq olar.
Həmçinin aliemtn ödəyən şəxsin ondan asılı olmayan səbəbə görə işləyə bilməməsi alimentin azaldılmasına səbəb olur.

Qeyd: Alimentin artırılması və ya azaldılması barədə dəfələrlə iddia qaldırmaq mümkündü.

BAĞ EVLƏRİNİN ÖZƏLLƏŞDİRİLMƏSİQeyd: Özəlləşdirmə ilə bağlı işlərdə hüquqi yardım göstəririk.Tələb olunan sənədlərin siya...
24/10/2014

BAĞ EVLƏRİNİN ÖZƏLLƏŞDİRİLMƏSİ

Qeyd: Özəlləşdirmə ilə bağlı işlərdə hüquqi yardım göstəririk.

Tələb olunan sənədlərin siyahısı:
1. Ərizə;
2. Bağ sahəsinin icarə müqaviləsi və ya orderi, bağ sahəsinin planı və ölçüsü və ya;
3. Üzvlük kitabçası və ya order, bağ sahəsinin planı və ölçüsü və ya;
4. Bağ sahəsinin üzərində ərizəçinin mülkiyyət hüquqlarını təsdiq edən şəhadətnamə və ya dövlət reyestrindən çıxarış;
5. Tikilinin istismara yararlı olduğu və ərizəçinin tikili üzərində hüquqlarının qeydiyyata alınması barədə yerli icra hakimiyyəti orqanının sərəncamı və ya istimara qəbul aktı, hündürlüyü 12 m-dən artıq olan bağ evləri üçün ekspertiza rəyi;
6. Dövlət rüsumunun ödənilməsi barədə qəbz.

Qeyd: Özəlləşdirmə ilə bağlı işlərdə hüquqi yardım göstəririk.

MƏHKƏMƏDƏ HÜQUQLARIMIZİşin materialları ilə tanış olmaq,Materiallardan çıxarışlar etmək,Surət çıxarmaq,Etirazlar vermək,...
24/10/2014

MƏHKƏMƏDƏ HÜQUQLARIMIZ

İşin materialları ilə tanış olmaq,
Materiallardan çıxarışlar etmək,
Surət çıxarmaq,
Etirazlar vermək,
Sübutlar təqdim etmək,
Sübutların tədqiqində iştirak etmək,
İşdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək,
Vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək,
Şifahi və yazılı izahatlar vermək,
Məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək,
İşdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək,
Məhkəmə qərarlarından şikayət etmək,
Digər prosessual hüquqlardan istifadə etmək...

MƏHKƏMƏYƏ ÖDƏNƏN RÜSUMLAR1. iddia qiyməti 500 manatadək olduqda 20 manat2. iddia qiyməti 500 manatdan çox olduqda 30 man...
24/10/2014

MƏHKƏMƏYƏ ÖDƏNƏN RÜSUMLAR

1. iddia qiyməti 500 manatadək olduqda 20 manat
2. iddia qiyməti 500 manatdan çox olduqda 30 manat
3. Məhkəmə əmri haqqında ərizələrdən 20 manat
4. Apellyasiya və kassasiya şikayətləri üçün 1-2-ci bənddə göstərilən məbləğin 50 faizi

5. İş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlərdən 20 manat

6. Mübahisəsiz qaydada (akseptsiz) ödənilən cərimələr üzrə icra və digər sənədin icra olunmasının təsdiqi barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat

7. Qanunla mübahisəsiz qaydada (akseptsiz) tutulması nəzərdə tutulmayıbsa, dövlət orqanları, yerli özünüidarə orqanları və nəzarət funksiyalarını həyata keçirən digər orqanları tərəfindən cərimələrin ödənilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən 40 manat

8. Nəzarət funksiyasını həyata keçirən orqanlar tərəfindən qanunun və ya digər normativ hüquqi aktın tələblərini pozmaqla, mübahisəsiz qaydada (akseptsiz) pul vəsaitinin büdcədən qaytarılması barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat

9. Müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi, hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat

10. Vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat

11. Məhkəmə aktlarının və surətlərinin təkrarən verilməsinə görə 10 manat

12. Nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələrindən 20 manat

13. Nikah ləğv edilərkən əmlak bölüşdürüldükdə 40 manat

14. Yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən 10 manat

15. Müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat

16. Qanunda nəzərdə tutulan müqavilələr üzrə mübahisələrə dair və yaxud tərəflərin razılığı ilə mübahisənin inzibati-iqtisadi məhkəmənin həllinə verilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən 20 manat

17. ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin mühafizəsi ilə bağlı ərizə və şikayətlərdən 30 manat.

MƏHKƏMƏ İCRAÇILARININ PUL TƏLƏB ETMƏSİ HAQQINDAMəhkəmə qərarlarının icrasıyla əlaqədar, icra məmurlarının vətəndaşlardan...
24/10/2014

MƏHKƏMƏ İCRAÇILARININ PUL TƏLƏB ETMƏSİ HAQQINDA

Məhkəmə qərarlarının icrasıyla əlaqədar, icra məmurlarının vətəndaşlardan əlavə pul tələb etməsinə tez-tez rast gəlinir. Buna görə də aşağıdakı qanun barədə paylaşırıq ki, qanunvericilikdən xəbəriniz olsun:

"İcra haqqında" Az.Resp. Qanunu, Maddə 78. İcra ödənişi

78.1. İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır.

Məhkəmə qərarları könüllü icra edildikdə, yaxud icra məmurundan kənar icra edildikdə, icraçıya 1 manat da olsun ödənilmir.

24/10/2014

Sahibkarlar, hüquqşünaslar, həmvətənlər! Bilin ki, hazırda vergi yoxlamasından savayı hər hansı digər dövlət orqanının apardığı yoxlama QANUNSUZDUR! Çünki “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 9-cu maddəsinə əsasən plan üzrə (növbəti) yoxlamaların təşkili və aparılması məqsədilə sahibkarlar yüksək (ildə bir dəfə yoxlama), orta (2 ildən bir yoxlama) və aşağı (3 ildən bir yoxlama) risk qruplarına bölünməlidir. Bu bölgünün meyarları hər bir yoxlayıcı orqan tərəfindən hazırlanmalı və Nazirlər Kabineti tərəfindən təsdiq edilməldir. Qanunun 9.8-ci maddəsində konkret deyilir ki, yoxlayıcı orqanın nəzarət sahəsi üzrə risk qruplarının müəyyənləşdirilməsi meyarları təsdiqlənməyibsə, həmin yoxlayıcı orqan plan üzrə (növbəti) YOXLAMA APARA BİLMƏZ. Hələlik Nazirlər Kabineti tərəfindən heç bir yoxlama sahəsi üzrə belə meyarlar təsdiqlənməyib. Deməli, hazırda aparılan yoxlamaların heç bir QANUNİ DEYİL! Haqqınızı tələb edin!
Ümumiyyətlə, sözügedən Qanunla diqqətlə tanış olun. Orada sahibkarların qorunması üçün xeyli müsbət müddəa var. Məsələn, Qanunun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən qanunların və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Uğurlar!

Address

Baku

Telephone

+99455 2154585

Website

Alerts

Be the first to know and let us send you an email when AVANGARD hüquq şirkəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share