[az] Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin nəşri olmaqla tələbələr tərəfindən təşkil və redaktə edilən jurnal olub milli və müqayisəli hüquqda mövcud olan müasir hüquq problemlərinə akademik səviyyədə peşəkar yanaşmanı təbliğ edir. Nəzəri fikirləri, dünya dövlətlərinin məhkəmə və qanunvericilik təcrübəsini ümumiləşdirərək mübahisəli məqamlara ay
dınlıq gətirmək, hüquq cəmiyyətinə həm elmi, həm də praktiki müstəvidə yaradıcı düşüncə və hüquqi tənqid qabiliyyətini, hüquq mədəniyyətini aşılamaq Jurnalın fundamental prinsipidir. Jurnal tərkibindəki məqalələr vasitəsilə aktual məsələlərə hüquqi əsaslandırmaya və hüquq elminin imkanlarına istinad etməklə mümkün həllərin irəli sürülməsini və təkrarçılıqdan yayınmaq təşviqini prioritet məqsəd kimi müəyyənləşdirir. Hüquq tələbələrinin hüquqi yazı və hüquqi düşüncə bacarıqlarını üzə çıxararaq inkişaf etdirməklə onları akademik araşdırmaya həvəsləndirmək və bunu sağlam elmi rəqabət ənənəsinə çevirmək Jurnalın daimi məramını təşkil edir. Jurnal-
• dünyanın ən böyük hüquqi araşdırma məlumat bazası olan HeinOnline-a daxil edilib;
• ADA Unversiteti Kitabxanasına hər nəşrdən bir neçə nüsxə olmaqla hədiyyə edilir və Kitabxananın açıq girişli mənbələr siyahısına yerləşdirilib;
• əlavə olaraq hər nəşrin br neçə nüsxəsi olmaqla Azərbaycanın hüquq tədris edilən digər əsas universitetlərin kitabxanalarına hədiyyə edilir. ISSN 2412-5555
Email: [email protected]
Müəllif haqları: © 2015. Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti.
[eng] Baku State University Law Review, which is organized and edited by students and publication of Student Academic Society of BSU Law School, promote academic and professional approach to contemporary legal issues which exist in national and comparative law. Clarification of debatable issues with induction of theoretical concepts and judicial and legislation experience of foreign countries, promulgate legal criticism skills, creative thinking, and legal culture on both academic and practical sphere are basic principles of Review. The Law Review determines possible solutions to actual issues with citation to legal reasoning and opportunities given by legal science and avoiding repetition as prior purposes of Review. Encourage law students to academic research with making them develop their legal writing and legal thinking skills and make this as a fair competition are permanent goals of Review. The Review-
• has been included to HeinOnline, which is the world’s largest legal research database.
• is gifted to ADA University Library as several copies of each publication and has been added to Library’s Open Access Resources.
• is gifted to Libraries of Law Schools of Azerbaijan as several copies of each publication as well. ISSN 2412-5555
Email: [email protected]
Copyright: © 2015. Student Academic Society of Baku State University Law School