VƏKİL Fidan Axundova

VƏKİL Fidan Axundova Qadın və uşaq hüquqlarının müdafiəsi və hüquqi maarifləndirilməsinə xidmət edirik.

10/05/2022

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsində göstərilir ki, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.
Ali Məhkəmənin Plenum qərarında göstərilir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır.
Burada şəxsi və ailə həyatının sirrinə aid məlumatlar istisna hesab edilməlidir. Çünki şəxsi və ailə həyatına aid sirr həqiqət olsa belə həmin sirrin yayılması şəxsə zərər vurulması ilə nəticələnə bilər. Buna görə də şəxs onun şəxsi və ailə həyatına aid sirrin təkzib edilməsini tələb edə bilər.

08/03/2021

Bayraminiz mübarek. İsteyirem qadın döyülmesin, isteyirem qadın şiddet görmesin, isteyirem uşaq sınmış ana görmesin, isteyirem qadin "qadin" deyil, şexsiyyet kimi görünsün. Her bir qadına ən xırda şekilde olsa belə ayliq gelir ve xoşbext aile arzu edirəm. Həyatda bütün köləlik asililiqdan yaranir.

08/11/2020

Her bir dövletin remzleri var. Rəmzələrə isə dəyəri xalq qazandırır. Bu BAYRAĞI Zirvələrə qaldıran başda ALI BAŞ KOMANDAN olmaqla, AZƏRBAYCAN ƏSGƏRIDIR. Haqqinizi halal edin ŞEHIDLƏRİM. Var olun bizə azadliği, qelebeni gösterdiz. BUGÜN BAYRAĞIMIZIN GÜNÜDÜR.
DURSUN DÜNYA, İZLESIN HƏR KƏS
TAMAŞA EYLƏSİN MƏNİM RƏMZİMƏ
Bayramınız mübarək.

06/03/2020

Əziz xanımlar qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Gününüz mübarək. Indilərdə qarşıma Ingiltərədə 8 mart tədbirinin qeyd olunması barədə məqalə çıxdı. Yazılırdı: Ingiltərədə 8 mart Beynəlxalq Qadınlar Günü ilə bağlı təşkil olunan bütün tədbirlər qadının cəmiyyətdəki roluna yönəlikdir. Bu Bayram hədiyyə bayramî deyil. Günü bu qədər besit etməyək. Aldığımız hədiyyələri yox hamımız cəmiyyətdəki rolumuzu fikirləşək.

20/11/2019

Nikahdan sonra əmlak tələbi ilə bağlı iddia müddət nikah pozulduğu andan yoxsa şəxsin hüquqlarının pozulduğunu bildiyi andan başlanır?

Bildiyimiz kimi hazırda ər arvad arasında nikah pozulduqdan sonra dəfələrlə onların barışması yenidən ayrılması halları ilə rastlaşırıq. Bəzən bu tərəflər arasında əmlak tələbi ilə bağlı bir arxayınlıq yaradır və sonda iddia müddətinin keçməsi halı meydana gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində qeyd olunur ki, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsində qeyd olunur ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. O zaman burada müddət axımının nikah pozulduqdan sonra və ya şəxsin hüquqlarının pozulduğunu bildiyi andan başlanması halına Konstitusiya Məhkəməsinin 29.07.2019-cu il tarixli Qərarı ilə şərh verilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Prosessual mənada iddia hüququ, yəni pozulmuş hüququn müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmadan həmişə saxlanılır və mövcud olur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır.
Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməlidir.
Məsələyə başqa cür yanaşma, yəni, nikah dövründə ər-arvadın əldə etdiyi ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımının nikah pozulduğu andan hesablanması ər-arvadın ümumi əmlakla bağlı mülkiyyət hüquqlarının realizə imkanlarının qeyri-mütənasib və qanunvericiliyin mahiyyətinə zidd məhdudlaşdırılmasına səbəb ola bilərdi.
BU BAXIMDAN ƏR ARVAD ARASINDA ƏMLAK TƏLƏBİ İLƏ BAĞLI İDDİALARA MM-NİN 377.1-Cİ MADDƏSİ TƏTBİQ EDİLİR.

Daim üreklerde yaşa, zirvelerde dalğalan ŞANLI BAYRAĞIM!!!
09/11/2019

Daim üreklerde yaşa, zirvelerde dalğalan ŞANLI BAYRAĞIM!!!

20/09/2019

Görəsən XXI əsrdə bu cəmiyyətdə 1000 ailə varmı qadına, qıza şiddət göstərmədən, "Sən qızsan, qadınsan, ayıbdır olmaz" demədən tərbiyə modelini seçən ailə?!

19/09/2019

Qadın azadlığı- Nədir qadın azadlığının fəlsəfəsi?! Axı cəmiyyətin hər bir fərdini qadın var edir, onu qidalandırır və insan edərək cəmiyyətə verir. O zaman necə olur ki, qadının var etdiyi və böyütdüyü bir varlıq və ya fərd digər qadını məhv edir. Mən hesab edirəm ki, əgər hər hansı bir qadın məhv olursa, onun günahı digər qadındadır. Demək ki, var edən var etdiyini düzgün yetişdirməyib. Çünki var olunan var edənin yetişdirdiyi məhsuldur. Var edən kimdir?! Hər kəsin o sözün fəlsəfəsinə varmadan, bəlkə də şüuraltı ANA sözünü ucaldır. Ancaq hər kəsə məlumdur ki, cəmiyyət var edənin “ANA”nın məhsulu üzərində formalaşır. “ANA”nı kim formalaşdırır?! Cəmiyyətmi yoxsa zamanmı?! Nüşabə xanım, Sara xatun, Sürəyya Ağaoğlu, Salatın Əsgərova və digər yüzlərlə bu qadınların var olduğu cəmiyyətdə bugün hələdə övlad gözü qarşında ana öldürülür. Bir qadın direktor olan məktəbdə körpə qız ölür bu qədər etinasızlıqla. Milli qəhrəman dediyimiz Koroğlu, Qaçaq Nəbi xanımım deyib qadınları ilə birgə döyüşə gedir. Biz gerimi inkişaf edirik?!
Fikrimcə, “ANA”lar inkişaf etməlidir, təhsilli olmalıdır. Övladlarını düzgün tərbiyə etməlidir. Böyütdüyü oğluna qadına hörməti və ona var edəni aşılamalıdır. Ona öz hüquqlarını azadlıqlarını izah etməlidir. Övlad qarşısında qul olmamalıdır ki, gələcəkdə ailə quran övlad öz arvadınıda qul görmək istəsin. Qadın azadlığının fəlsəfəsi budur “ANA”lar azad insan yetişdirin. Şəxsiyyət və xarakter sahibi olan övlad böyüdün.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 29-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasında t...
17/09/2019

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 29-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.
29.2. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.
29.3. Ər (arvad) özünə məşğuliyyət, sənət və yaşayış yeri seçməkdə azaddır.
29.4. Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.
Mən hesab edirəm ki, nikah münasibətlərində ilk növbədə tərəflər hüquq və vəzifələrini bilməlidir. Ona görə ki, hər iki tərəf məsuliyyətini daha yaxşı dərk etmiş olur. Ailə kiçik dövlətdir deyimi heç də sıradan deyilmiş söz kimi qəbul edilə bilməz. Əgər bir dövlətdə bütün qurumların hüquq və vəzifələri düzgün bölüşdürülməsə həmin dövlət anarxiya olar və yaxud hər kəs eyni funksiyanı yerinə yetirmək istəsə. Münasibətlərdə tərəflərin ər-arvad olmasında görünür ki, ər-arvad eyni deyil amma bərabərdir. Fikrimcə ailə münasibətlərində ilk növbədə bu anlayışlar insanlara aşılanmalıdır. Bərabərlik özünü onda təzahür edir ki, ata hər gün işə gedirsə və ana evdar qadındırsa ev işləri ilə ana məşğul olsun. Amma uşağın tərbiyə zamanı hər iki tərəf bərabər olsun. Qızı ana oğulu ata tərbiyə etsin. Ailə münasibətlərində tərəflərin bir birinə hörməti, bərabərliyi bu şəkildə aşılanmasa cəmiyyət cəmiyyət ola bilməz.

Address

Baku

Telephone

+994558717243

Website

Alerts

Be the first to know and let us send you an email when VƏKİL Fidan Axundova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share