advokat_gambarov

advokat_gambarov Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from advokat_gambarov, Lawyer & Law Firm, Heydər Əliyev prospekti 137, Baku.

🎙Bu gün   verlişində peşəmizin bir günündən danışdıq
14/11/2022

🎙Bu gün verlişində peşəmizin bir günündən danışdıq

   with .repost・・・✅ Sabah saat 09:20-də “Peşənin bir günü” rubrikasının qonağı vəkil Əli Qəmbərov olacaq.📸 O, bizimlə öz...
13/11/2022

with .repost
・・・
✅ Sabah saat 09:20-də “Peşənin bir günü” rubrikasının qonağı vəkil Əli Qəmbərov olacaq.

📸 O, bizimlə öz peşəsinin ən maraqlı tərəflərini bölüşəcək!

Baş sponsor:
Sponsor: .az

⚖️📚 Növbəti Vəkillik imtahanına qeydiyyat başlamışdır. Müraciət edə bilərsiz.Vəkilliyə qəbul imtahanının test, şifahi m...
13/11/2022

⚖️📚 Növbəti Vəkillik imtahanına qeydiyyat başlamışdır. Müraciət edə bilərsiz.

Vəkilliyə qəbul imtahanının test, şifahi müsahibə və icbari təlim mərhələlərini uğurla keçib vəkil statusu əldə etmək istəyən hüquqşünasların nəzərinə!

Kurs iştirakçılarının yüksək səviyyədə və intensiv şəkildə imtahana hazırlıqları peşəkar vəkil tərəfindən həyata keçirilir.

☑️ Tədris AR Vəkillər Kollegiyası tərəfindən namizədlər üçün tərtib edilmiş proqram əsasında həyata keçirilir.


⚖️🇦🇿📚☑️ AR Mülki-Prosessual Məcəlləsinin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olun...
10/11/2022

⚖️🇦🇿📚

☑️ AR Mülki-Prosessual Məcəlləsinin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Eyni zamanda, AR Konstitusiyasında da qeyd olunduğu kimi qanunla müəyyən olunmuş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və ya foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qala bilməz.

☑️Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına əsasən, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyilsə və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmirsə bu sübütlar şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

👉Yəni siz həmin şəxslə olan yazışmaları sübut kimi təqdim edib məhkəməyə müraciət edə bilərsiniz. Əgər bu yazışma hər hansı digər şəxslə borc alan arasında olsaydı, o zaman siz bu sübutlardan istifadə edə bilməzdiniz, çünki burda birbaşa əlaqədar tərəf deyil, başqa şəxslə olan yazışma sübut kimi təqdim olunur.


⚖️🇦🇿📚“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” AR Qanunu, maddə 109 noyabr - Bayraq Günü...
09/11/2022

⚖️🇦🇿📚
“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” AR Qanunu, maddə 10

9 noyabr - Bayraq Günümüz mübarək olsun! 🇦🇿

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri...
08/11/2022

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Zəfər Bayramınız Mübarək! 🇦🇿🇦🇿🇦🇿

08/11/2022
⚖️🇦🇿📚☑️ ipoteka ilə alınmış mənzil ər və arvadın birgə mülkiyyəti hesab olunursa, boşanma zamanı bərabər şəkildə bölünmə...
05/11/2022

⚖️🇦🇿📚
☑️ ipoteka ilə alınmış mənzil ər və arvadın birgə mülkiyyəti hesab olunursa, boşanma zamanı bərabər şəkildə bölünməlidir: "Tutaq ki, mənzil kişinin mülkiyyətindədir, 25 illik ipoteka krediti ilə alınıb və bunun 5 illik hissəsi evlilik müddətində ödənilib. Bu zaman yerdə qalan 20 ilin borcunu hər iki tərəf bərabər şəkildə ödəməlidir. Amma qadın bu borcu ödəməkdən imtina edərsə, kişi həmin 5 il ərzində ödənilən məbləğin və ipoteka kreditinə görə verilmiş ilkin ödənişin 50 %-ni qadına qaytarmalıdır. Çünki mənzil onların evli olduğu vaxtda alınıbsa, belə hesab olunur ki, onlar ilkin ödənişi və 5 ilin kredit borcunu birlikdə ödəyiblər. Bundan sonra kişi yerdə qalan 20 illik borcu özü ödəməli və yekunda ev ona qalmalıdır. Əgər kişi qadına bu pulu ödəməkdən boyun qaçırarsa, məhkəmə mənzildən qadına həmin məbləğə müvafiq pay verməlidir. Tutalım, bu 5 il ərzində ödənilən məbləğin qadına çatacaq olan 50 %-i mənzilin qiymətinin onda bir hissəsidir. Bu zaman məhkəmə evin onda bir hissəsini qadına verə bilər. Eyni zamanda onlar məhkəmə yolu ilə mənzili satışa da çıxara bilərlər. Bu zaman qadının payı satışdan əldə edilən məbləğdən ona ödənilir.


⚖️🇦🇿📚 A.R. Mülki Məcəlləsi,  maddə 1322☑️ 𝐐𝐞𝐲𝐝: Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa...
03/11/2022

⚖️🇦🇿📚
A.R. Mülki Məcəlləsi, maddə 1322
☑️ 𝐐𝐞𝐲𝐝: Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

Address

Heydər Əliyev Prospekti 137
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when advokat_gambarov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share