04/04/2019
Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
03 aprel 2019-cu il tarixli Fərmanında Vəkillər Kollegiyasına iki tövsiyyə verilmişdir.
Bunlardan birincisi 4. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının effektivliyinin artırılması, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi məqsədilə mülki prosessual qanunvericiliyi kompleks şəkildə birgə təhlil edib, bu sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla onun təkmilləşdirilməsi barədə təkliflərin hazırlanmasında iştirak etmək.
İkincisi 9. Vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınması üçün tədbirlərin gücləndirilməsidir.
Birinci tövsiyyə ilə bağlı onu qeyd edim ki, vəkillərin hüquq sahələri və mübahisə predmetləri üzrə üzrə ixtisaslaşmasının labüdlüyü ortaya çıxır. Lakin bundan ilk öncə məhkəmələrin və xüsusən də hakimlərin sahələr üzrə ixtisaslaşması daha səmərəli olardl. Məsələn xarici ölkələrdə ayrıca ailə məhkəmələri, uşaq məhkəmələri, iqtisadi mübahisələr üzrə ixtisaslaşmış məhkəmələr fəaliyət göstərir. Bir rayon Məhkəməsiin hakimi həm əmlak mübahisələrin baxır, həm uşaq mübahisələrinə baxır, həm cinayət işinə baxır və digər müxtəlif hüquq sahələrinə aid mübahisələrə baxır. belə olan halda həmin mübahisən icraatının effektivliyindən, ədalətli həllindən söhbət gedə bilməz. Məhkəmələr və hakimlər hüquq sahələri üzrə ixtisaslaşanda vəkillər də ixtisaslaşacaq və məhkəmə icraatı daha səmərəli və effektli olacaqdır.
İkinci tövsiyyə hakimlər və istintaqçılarla alış-veriş münasibətləri barədədir ki, bu da ilk növbədə cəmiyyətin, insanların məhkəmələrə, cinayət təqibini həyata keçirən təhqiqat və istintaq orqanlarına inamının gücləndirilməsidir. Bir vətəndaş məhkəməyə çıxanda inanmalıdır ki, dövlət adından qərar verən hakim onun işinə tərəfsiz və ədalətli və qanun əsasında baxacaqdır, cinayət rörətməkdə şübhəli və təqsirləndirilən şəxs və onun yaxınları inanmalıdırlar ki, cinayət təqibini həyata keçirən orqan hansısa vətəndaşın üzünə yalançı hal-şahidi durquzmayacaq, cibinə narkotik vasitə atdırmayacaq, istintaq olunan şəxsə təqsiri etiraf etdirmək üçün işgəncə verilməyəcək.
İsanlar və cəmiyyət vəkilə müraciət edəndə vəkilin biliyinə, qüdrətinə inanacaq, vəkilin sözünün, qanuni tələblərinin məhkəmələrdə və hüquq mühafizə orqanlarında təmin olunacağına və kəsərli olacağına inanacaq.
Fərmanda hakimlərin maddi təminatı məsələsi də öz əksini tapmışdır, əgər hakimin və istintaq orqanlarında çalışanların maddi təminatı yüksək səviyyədə (təbii ki, Miami Beach-də və ya Teymur Əliyev kçəsində villa almaq səviyyədə deyil) təmin olunarasa qeyri-prosessual münasibətlərə səbəb verən hallar biraz aradan qalxmış olar.
Qeyri-prosessual münasibətləri ən çox istəməyən vəkillərdir və hər bir vəkil istəyir ki, ona müraciət edən şəxs pulunu hakimə, müstəntiqə deyil vəkilə verməyi üstün tutsun ki vəkillər onları qayğısız və keyfiyyətli müdafiə etsinlər.