Vəkil Babək Həmidov

Vəkil Babək Həmidov Hüquqlarınızın peşəkar müdafiəsi, təmsili və bərpası üçün müraciət edə bilərsiniz.

Təbrik edirəm və uğurlar arzulayıram.
03/07/2025

Təbrik edirəm və uğurlar arzulayıram.

29/12/2024

Deməli, “Vətən Müharibəsi iştirakçısı” və “Suqovuşanın azad edilməsinə” dair cənab prezident tərəfindən Medalla təltif edilmiş, mərmi partlaşıyı nəticəsində yaralanmış Həsənov Məhərrəm İlqar oğlu siqaret, alkoqol, narkotik istifadəçisi olmadığı halda 24 Dekabrda Narkotik ittihamı ilə həbs edilib.

Şəxsin özünü həbs etmək bəs olmayıb istintaq üçün heç bir sübut əhəmiyyəti olmadığı halda, Binəqədi RPİ-nin 5-ci Polis bölməsi tərəfindən şəxsin istifafəsində olan 99XX992 nömrəli BMW markalı avtomobili, qeyri-yaşayış sahəsinin açarları və mobil telefonu da “həbs”edilib.

Avtomobilin, telefonun və açarların qanunsuz saxlanılması ilə bağlı şəxsin vəkili olaraq 102 qaynar xəttinə və 916 Ombudsmanlığa şikayət edilsə də heç bir nəticə yoxdur.

102 qaynar xətti kimdən şikayət etmişiksə, şikayəti həmin quruma yönləndirib, 916 qaynar xətti isə 1 aya nəticə verəcəyik deyib vəkilin və ailəsinin gününü mübarək etmirlər.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman

30 Dekabr saat 11:00-da Bakı Apellyasiya Məhkəməsində həbsdən verdiyimiz şikayətə baxılacaq.

28/12/2024

Təyyarə qəzasına görə Putin üzr istədi: "Təyyarə qəzasının Rusiya hava məkanında baş verməsinə görə üzr istəyirəm.”

Araşdırmaya dair hüquqi prosesin ilkin mərhələsində üzrün bu qaydada olması normal və ağlabatandır. Hətta üzr istəyənin kim və hansı dövlətin başçısı olduğunu nəzərə alsaq dövlətimizin məsələdə qətiyyətinin nə qədər böyük olduğunu görərik. Həm də nəzərə alın ki, 2 gün əvvəl Kreml sözcüsü Peskov “Hüquqi prosedur yekunlaşmamış Kreml məsələyə münasibət bildirməyəcək” kimi iqıcıqlandırıcı münasibət bildirmişdi.

Əminəm ki, Beynəlxalq Aviadiya qaydalarına və konvensiyalarına uyğun olaraq dövlətimiz öz haqqını sona qədər müdafiə edəcək.

Bugün haqlıyıqsa, Azərbaycan xalqının və qəzada ölənlərin hüquqlarını dövlətimiz qoruya bilirsə, bunu sübutları bizə “qoruyub” saxlayan qəhrəman pilotlarımıza borcluyuq.

27/12/2024

Rusiya tərəfindən vurulan Azərbaycana məxsus mülki təyyarədə ölənlərə nə qədər təzminat ödənilməlidir?

Beynəlxaq Mülki Aviasiya qaydalarına əsasən mülki avia reyslərdə qəza nəticəsində ölənlərə ödənilməsi üçün hər hansı ölkənin valyutasından deyil, xüsusi beynəlxalq valyutadan istifadə edilir. Special Drawing right(xüsusi borcalma hüququ) - SDR kimi adlanan bu valyuta həm Azərbaycan, həm də Rusiya tərəfindən qəbul edilmişdir.

Beynəlxalq Mülki Aviasiya qaydalarına görə qəza nəticəsində ölən hər sərnişinə görə 250000(iki yüz əlli min) SDR kompensasiya ödənilməlidir. Azərbaycan Mərkəzi bankının hadisə gününə olan məzənnəsinə görə 1SDR - 2.2170 azn olmaqla, kompensasiya məbləği 554250(beş yüz əlli dörd min iki yüz əlli) Azərbaycan manatıdır manatdır.

Hadisə baş verdiyi ərazi(Rusiya federasiyası) üzrə kompensasiya isə 32623433 Rusiya rubl(250000 SDR), yəni 326662 ABŞ dolları edir.

Bu kompensasiya məbləği qəzanın baş verməsinə səbəb olan ölkə, yəni Rusiya tərəfindən vətəndaşlığından asılı olmayaraq qəzada ölən şəxslərin ailə üzvlərinə ödənilməlidir.

Xüsusi qeyd: 250000 SDR məbləğ maksimal kompensasiya məbləğidir. Minimal kompensasiya məbləği Monreal konvensiyasına görə 150000 SDR müəyyən edilib.

Gənc və istedadlı hüquq tələbələrinin Avropa İnsan Haqqları Məhkəməsinin məhkəmə simulyasiyasının Final mərhələsi. Təşki...
20/12/2024

Gənc və istedadlı hüquq tələbələrinin Avropa İnsan Haqqları Məhkəməsinin məhkəmə simulyasiyasının Final mərhələsi. Təşkilatçı Elsa Azərbaycan.

05/11/2024

Tərtər hadisələri ilə paralel, eyni məzmunlu və eyni cür sübutlara söykənən, Dövlətə xəyanət və digər paket maddələrlə ittiham üzrə 2018-ci ilin Yanvar ayında həbs olunan 11 il azadlıqdan məhrum edilən hüquqlarını müdafiə etdiyim Şükürov Sədayıl Mikayıl oğlu 2023-cü ilin 31 May tarixində 5 il, 04 ay sonra Gəncə Apellyasiya Məhkəməsinin hökmü ilə azadlığa çıxdı.

Lakin məhkəmə şəxsə bəraət vermək əvəzinə, şəxsin məhkəmə zalından azadlığa çıxması üçün bütün hüquqi manevrlərdən istifadə etdi. Deməli, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittihamdan prokuror imtina etdi, bir neçə maddə üzrə məsuliyyətə cəlbetmə müddəti ötdüyündən cəzadan azad edildi, bir neçə üzrə də az cəza müəyyən edib cəzası çəkilmiş hesab edildi.

Qısası, hesab edirik ki, məhkəmə təqsirləndirilən şəxs qanunsuz həbs edildiyi müddətə görə kompensasiya tələb edə bilməsin deyə bəraət verməkdən imtina etdi.
Yoxsa, Dövlətə, millətə, vətənə xəyanət etməkdə, xüsusilə ağır cinayətlər törətətməkdə təqsirləndirilən şəxsə qarşı ittihamlardan niyə prokuror imtina etsin(?), niyə məhkəmə az ağır cinayətə uyğun 5 il cəza ilə kifayətlənsin?

Xatırladım ki, “Tərtər iş”lərinə görə məhkəmələr tərəfindən haqsız cəzalandırılmış şəxslərə bəraəti məhkəmə vermədi, elə ibtidai istintaq orqanının özü verdi. Yeganə nümunə bu iş idi ki, məhkəmə “Tərtər işində” zədələnmiş nüfuzunu bərpa etsin, amma manevr etdi.

İşimiz Ali Məhkəmədədir, hansıki “Kassasiya Şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılsın.” sözləri ilə bitəcək.

01/10/2024

3 sülh dinin beşiyi regionda əmin-amanlıq yoxdur, lakin heç peyğəmbər gəlməyən Yaponiya, Çin, Skandivayada əmin-amanlıqdır.

25/06/2024

Elektron məhkəmə sistemi dövründə köhnəlmiş hüquqi düşüncə.

Elektron məhkəməsi çox səmərəli və faydalıdır. Lakin, hakimlərdə yeni tendensiya yaranıb və elektron məhkəmə sisteminin mahiyyətinə zidd, amma formal qanuni olan qərardadlarla işlərə baxmaqdan imtina edirlər.

Belə ki, Sabunçu rayon məhkəməsi(hakim xanım Şəbnur Qədirova) vəkil kimi mənim tərəflərin qeydiyyat və faktiki ünvanını elektron məhkəmə sisteminə yazmadığıma görə işə baxmaqdan imtina edir və Qərardadla işi geri qaytarır.

Dərd budur ki, elektron məhkəmə sistemində tərəflərin qeydiyyat ünvanını yazmağa ümumiyyətlə aidiyyatı x**a yoxdur. Çünki, məhkəmə ŞV seriya, nömrəsi ilə öz sistemində bunu rahat görür.

Faktiki ünvanını yazmağa isə x**a var, lakin vəkildən bu x**anı doldurmağı haqlı olaraq sistem zəruri tələb etmir. Çünki vəkilin qarşı tərəfin faktiki yaşayış yerini müəyyən etməsi imkansızdır.

Məhkəmə hüquq şurasının qaynar xətti isə deyir ki, tərəfin MPM 149.2.2-ə əsasən tərəfin vəzifəsidir, hakimin qərardadı haqlıdır.

Ara yerdə vətəndaşın formal, süni manelərlə məhkəmə müdafiə hüququ pozulur və vəkildən narazı qalır.

02/06/2024

Atalar və oğulları üçün Yadigar Sadıqlı paylaşdı:

“Oğlumun 15-16 yaşı olardı. Bir dəfə ata-bala getdik çörək yeməyə, baş-başa. Yeməyin ortasında başladım söhbətə.

Oğlum, dedim, gəncliyə qədəm qoyursan, irəlidə səni macəralar dolu dövr gözləyir. Gözəl, amma həm də təhlükəli dövrdür. Bir şeyi yadda saxla, həyatda elə anlar olur ki, qorxduğunu demək üçün cəsarət tələb olunur. Həmin anda “qorxmuram” demək əslində ən yekə qorxaqlıqdır. Oğlum təəccüblə “necə?” soruşdu.

Dedim, elə şeylər var ki, ondan “qorxmuram” deyən adam səmimidirsə, kəmağıldır, səmimi deyilsə, qorxaqdır. Məsələn, ola bilər, 2-3 ildən sonra bir tay-tuşunun sürdüyü maşına oturarsan, dəli kimi sürər, o zaman əslində həyatın üçün əndişə keçirəcəksən, amma qorxaq kimi görünməyə qorxduğundan “qorxuram” deməyəcəksən. Cəsarətli ol, denən ki, həyatım üçün qorxuram, saxla, düşəcəm. Əgər o anda qorxmadığını deyəcəksənsə, ya axmaqsan, ya da qorxaq. Axmaq olmadığını bilirəm, deməli, qorxaqlıq edəcəksən.

Hətta bəzən sənə istehza ilə “qorxursan bəyəm?” deyib təhrik edərlər. Təsdiqedici cavab verməkdən çəkinmə. Cəsarətli ol və qorxduğunu de. Qorxaq olub qorxmadığını demə.

Məsələn, bir gün dost-tanış əhatəsində birisi nəşə çıxarıb çəkər - inşallah, belə dostların olmaz da, amma yenə deyirəm, - sənə də təklif edərlər, imtina edəndə istehza ilə “qorxursan bəyəm?” deyərlər. Cəsarətlə cavab ver ki, hə, qorxuram və oradan uzaqlaş. Bütün pisliklər birinci dəfə “dadına baxmaqla” başlayır. Doğrudur, dadına baxanların hamısı aludəçi olmur, amma aludəçi olanların hamısı dadına baxanlardır.

Burada bir haşiyə çıxdım ki, üstünüzü polis alsa, onların valideynləri pul-para verib qurtaracaqlar. Məndən isə başqa şeylər tələb olunacaq, mən də imtina edəcəm, gedəcəksən içəri. Üstəlik, günahkar olduğun halda “oğlum günahsızdır, mənə görə tutdular” deyəcək həyasızlıq məndə yoxdur.

Sonra mövzuya qayıdıb başqa nümunələr də çəkdim, hamısı yadımda deyil. Axırda dedim, hər zaman cəsarətli ol, qorxmayanda da, qorxanda da. Bunu ayrıca cümlə kimi deyəndə qəribə ifadə alınır: qorxanda da cəsarətli ol. Amma mənası var, məncə.

İnsanın özündən asılı olmayan qəzalar var, Allah göstərməsin. Amma özün seçdiyin qəzalar da var. Oğlumun artıq 22 yaşı olub, fəxr edəcəyim insan kimi formalaşıb. Mənim o söhbətimin təsiri olubmu, bilmirəm. Ancaq oğlan övladları ilə belə söhbətlər edilməlidir, məncə. Paylaşdım, bəlkə məqbul sayıb siz də edərsiniz.”

15 illik məhkəmə təcrübəsindən görünür ki, boşanma zamanı qadına əmlak qalmasın deyə kişilər əmlakları analarının adına ...
14/05/2024

15 illik məhkəmə təcrübəsindən görünür ki, boşanma zamanı qadına əmlak qalmasın deyə kişilər əmlakları analarının adına alırlar.

🇦🇿

Address

Baku

Opening Hours

Monday 10:00 - 20:00
Tuesday 10:00 - 20:00
Wednesday 10:00 - 20:00
Thursday 10:00 - 20:00
Friday 10:00 - 20:00
Saturday 10:00 - 15:00

Telephone

+994503388018

Website

Alerts

Be the first to know and let us send you an email when Vəkil Babək Həmidov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category