Dərdini deməyə yer axtarma. Elə indi bizə yaz. Azərbaycan hüquqi, dünyəvi, demokratik və unitar respublikadır.
29/03/2026
🗓️ Aprel ayının işçi təqvimi
Uzunmüddətli bayram tətilindən sonra yeni ayın istehsalat təqvimi ilə tanış olmaq mütləqdir.
💼 22 tam iş günü
🍹8 qeyri-iş günü olan həftə sonu
🧑💻 İlk iş günü 01.04.2026
⏳ Sonuncu iş günü və əmək haqqının ödənilə biləcəyi son gün 30.04.2026
Yeni təqvim ayında hər kəsə uğurlar.
20/03/2026
🌼☀️ Bahar təravətli Novruz bayramınız, mənəvi dəyərlərlə dolu Ramazan bayramınız mübarək olsun 🌱 Yeni başlanğıcın xəbərçisi olan Novruz bayramı yeni-yeni uğurları, fəziləti və saflığı ilə dolu olan Ramazan bayramı könül rahatlığı və mənəvi hüzuru özü ilə gətirsin.
08/03/2026
8 Martın tarixindən bəhs etmək zərurəti olmasa da, cəmiyyətimizdə xanımların tutduğu yer, onlara verilən dəyər və ictimai həyatda onların rolu barədə qeyd etmək lazımdır.
⏳ Belə ki, tarixə nəzər yetirdikdə dövlət nümayəndələrindən tutmuş, ədəbiyyatımızın görkəmli şəxsiyyətlərinə kimi xanımların iştirakını müxtəlif dövrlərdə görmək mümkündür. Bununla yanaşı, şərqdə ilk seçki 📃 hüququnun, məhz Azərbaycan Xalq Cumhuriyyəti 🇦🇿 dövründə ali hüquqi sənədlərdə əks olunması da xanımlara verilən dəyəri özündə təcəssüm etdirir. Ana, bacı, həyat yoldaşı kimi standart rollarla başlayan, daha sonra isə xanım rəssam, pilot və klassikləşmiş ixtisaslardan kənara çıxan peşə sahibləri 💼 qismində özünü doğrultmuş neçə-neçə əvəzsiz nümunələr cəmiyyətimizin xanımlara göstərdiyi diqqəti də əks etdirməkdədir.
📈 Əminliklə qeyd etmək olar ki, başlıca çətinliyi erkən nikah olan ailələrdə getdikcə formalaşan şüurlu inkişaf tezliklə təhsilsiz xanımın olmadığı bir cəmiyyətə çevrilməyin əsas olacaqdır.
⚖️ Beynəlxalq Qadınlar Gününüz mübarək
27/02/2026
🗓️ İşəgötürənlərin işçiləri ən az gördüyü aylardan biri olan Mart ayına işçi baxışı
💼 İş günlərinin sayı 14
13 tam + 1 qısaldılmış (19 mart) iş günü
🍹 Qeyri-iş günlərinin sayı - 17
7-9 mart və 20-30 mart tarixləri ardıcıl istirahət günləridir.
🧑💻 İlk və son iş günləri - 02 mart və 31 mart
31 mart tarixi əmək haqqının ödənilə biləcəyi sonuncu iş günüdür.
📃 Bayramlar
Beynəlxalq Qadınlar Günü - 8 mart.
Novruz bayramı 20-24 mart
Ramazan bayramı 20-21 mart
📈 Sağlam və xeyirli bir təqvim olması diləyilə
Bu yazımızda 2026-cı il üzrə əməyin ödənişi fondundan işəgötürənin ödəməli olduğu tutulmalar barədə məlumat verəcəyik. Beləliklə 2026-cı ildən əməyin ödənişi
02/02/2026
Fevral ayına işçi baxışı
🗓️ İlk iş günü 02.02, sonuncu iş günü 27.02
💼 İş günlərinin sayı 20 tam iş günü, 160 iş saatı
🍹 Qeyri-iş günləri həftə sonları olmaqla, 8 gün
🧮 Əmək haqqının ödəniləcəyi sonuncu gün 27.02.2026
Hər kəsə xeyirli və uğurlu bir təqvim ayı olması diləyilə
25/01/2026
Cəmiyyətimizdə formalaşmış bəzi stereotiplər hüquq münasibətlərində pozuntuların və sonrakı mübahisələrin yaranmasına imkan verir. Belə ki, bir sıra münasibətləri hüquq yox, məişət yanaşması və təcrübəsi əsasında qurmaq sonda ciddi fəsadlara gətirir.
Nümunələrlə yanaşsaq:
✍️- Etibarnamə institutunun əmlaka, xüsusilə də nəqliyyat vasitələrinə münasibətdə tənzimləmə predmeti olması, etibar edənin vəfatı yaxud məhkəmə predmeti olan mübahisəsi halında etibar edilənin də həmin mübahisəyə ortaq olmasına imkan verir.
🚨- Nəqliyyat vasitəsi satıldıqdan sonra xitam verilməyən icbari sığorta müqaviləsi həmin əmlakla bağlı hadisə halında növbəti illərdə sığorta haqqınıza mənfi təsir edir.
🏛️- Mənzil tikinti kooperativindən alınan əmlakın faktiki və dövlət reyestri ölçüləri müqavilədəki ölçülərdən az olduqda, tələb olunmayan ödəniş fərqi MTK-nı əsassız varlandırmaqla yanaşı, həmin əmlakın satışında da real ölçülərlə barışmağa məcbur edir.
🧮- Zaminlik müqaviləsi ilə təmin olunmuş kredit öhdəliyi halında əsas borclunu kreditdən yayınması, "yoldaşlıq münasibətləri"ni qorumaq üçün ödəniş edən zaminin kredit tarixçəsinə mənfi təsir edə bilir. Əlavə olaraq zaminin həmin borcu geri tələb etməməsi borclunun əsassız varlanmasına səbəb olur.
Bu kimi halların sayı təəssüf ki çoxdur.
📃 Siyahını davam etdirə bilərsiniz.
17/01/2026
🧮 2026-cı ildən etibarən əmək haqqından tutulmaların siyahısında dəyişiklik olmasa da, qanunvericilikdə həyata keçirilmiş dəyişikliklər tutulmaların tərkibinə münasibətdə özünü büruzə verməkdədir.
📃 Dövlət və özəl sektor bölgüsündən sonra tutulmaların istiqamətləri aşağıdakı kimi formalaşmışdır:
- gəlir vergisi
- məcburi dövlət sosial sığorta haqqı
- icbari tibbi sığorta haqqı
- işsizlikdən sığorta haqqı
Tutulmaların həcmi barədə isə ətraflı yazıdan oxuya bilərsiniz.
This link will take you to a page that’s not on LinkedIn
2026-cı ilin istehsalat təqvimi bizə nələri vəd edir?
Əvvəla qeyd edək ki, 🗓️ təqvim 5 günlük normal iş rejimi baxımından illik olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən açıqlanır.
Təqvimdə göstərilən günlərdə 📃 bayram günləri ilə əlaqədar yerdəyişmə zamanı Nazirlər Kabineti tərəfindən düzəlişlər edilə bilir.
Bu ilin təqvimindən fərqli olaraq 2026-cı ilin təqviminə görə orta aylıq iş günü 0.16 gün, iş saatında 1.57 saat artıq iş 🚨nəzərdə tutulub.
Nazirlər Kabineti tərəfindən dəyişikliklər olmadığı halda növbəti il 365 günün 241-i 💼 iş günüdür.
İlk iş günü 05.01.2026, sonuncu iş günü 30.12.2026-cı il olacaq.
🇦🇿 Dövlət Suverenliyi gününün (20 sentyabr) rəsmi olaraq qeyri-iş günü olması halında ən az iş günü mart ayında (14 gün), ən çox iş günü iyul ayında (23 gün) olacaq.
Hər kəs üçün xeyirli və uğurlu bir yeni il olması diləyilə
30/11/2025
🗓️ Gəldik-çatdıq ilin sonuncu ayına
⏳ Dekabr ayına işçi baxışı etməklə 2025-ci ili ili başa vuracağıq
🏛️ İstehsalat təqviminə əsasən dekabr ayında:
- İş günlərinin 🧑💻 sayı 22 gün (21 tam, 1 qısaldılmış gün);
- istirahət günlərinin sayı 9 gün olacaq;
- 31 dekabr qeyri-iş günü olacağı üçün 30 dekabr tarixi 🧮 qısaldılmış iş günü sayılır.
💼 İş saatlarının cəmi 175 saat təşkil edəcək.
Əlamətdar gün: 31 dekabr 🇦🇿 Dünya azərbaycanlılarının həmrəyliyi günüdür.
❗ ilk iş günü 01.12.2025,
🍹 Sonuncu iş günü 30.12.2025 tarixidir. Bu həm də əmək haqqının 💡 ödənilə biləcəyi sonuncu gündür.
⚖️ Nazirlər Kabineti tərəfindən hər hansı Qərar verilərsə, istehsalat təqvimində dəyişiklik ola biləcəyini bir daha xatırlatmaq yerinə düşərdi.
📊 Uğurlu bir təqvim ayı olması diləyilə
23/11/2025
İctimai dezinformasiya
Ötən günlər ərzində belə bir məlumat yayıldı ki, Nazirlər Kabineti 🏛️ tərəfindən yeni il öncəsi iş və istirahət günlərinin yerinin dəyişdirilməsi barədə qərar qəbul olunub. Qərara əsasən uzun müddətli istirahət günlərinin 🍹 verilməsi nəzərdə tutulub.
Daha sonra isə Nazirlər Kabineti tərəfindən belə bir qərar verilmədiyi barədə yeni bir məlumatlar yayılmağa başlandı.
🧑💻 İnformasiyanın və kütləvi medianın, o cümlədən sosial şəbəkələrin müasir dövrdə təsir gücünü nəzərə alaraq, nəinki bayram günləri kimi xəbərlərə, həmçinin ictimai münasibətlərə və həyatımıza təsir edən istənilən məlumata yalnız rəsmi mənbələrə istinad halında etibar etmək mümkündür.
Mövcud qanunvericilik 📃 qeyd edir ki, Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Normativ hüquqi aktların qeyri-rəsmi nəşrlərdə dərc edilməsi isə qeyri-rəsmi hesab edilir.
Nazirlər Kabinetinin iş və istirahət günlərinin yerini dəyişdirmək səlahiyyəti Əmək Məcəlləsində öz təsbitini tapsa da, bu barədə qərar verilməsini ən azı həmin qurumun rəsmi internet səhifəsində (nk.gov.az) yaxud hüquqi aktların dövlət reyestrində (e-qanun.az), həmçinin rəsmi dövlət qəzetindən birində (azertag.az) dəqiqləşdirməklə işləri planlaşdırmaq daha düzgündür.
Be the first to know and let us send you an email when Mənim Hüququm var mı? posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Mənim hüququm var mı? deyə düşünməməyiniz üçün və daim düşündüyünüz, lakin cavab tapa bilmədiyiniz bütün hüquqi problemlərə cavab olmaq üçün bu səhifəni qurduq. Quruluşdan sonra bir müddət qısqanclıqlarla qarşılaşsaq da, biz hüquqi dəstək verməyə, Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsində qeyd edilmiş hüquqi dövlətin qurulmasında dövlətin yanında olmağa davam etdik və edəcəyik.
Səhifənin mesaj bölməsinə daim ünvanlanan müraciətlər öz cavabını tapmaqdadır.
Səhifəmizdə göstərilən xidmətlər daima davam etməkdədir.
Səhifə üzvlərindən xahişimiz səhifəyə dəstək olmaları, statuslara münasibət bildirərək bizə yardımçı olmalarıdır. Biz daha da keyfiyyətli işlər üçün daim çalışmaqda davam edirik.
Hörmətli üzvlər, səhifəni başda gör funksiyasını aktivləşdirərək bütün mövzulardan vaxtında xəbərdar ola bilərsiniz.
Mənim hüququm var mı? deyə düşünənlər, bu səhifə vasitəsilə həqiqətən də dövlətin verdiyi hüquqlardan tam şəkildə məlumatlı ola və bizim hüququmuzun var olduğunu görə bilərsiniz.