01/07/2024
MTK-ların Kommunal Haqq Tələbləri Qanunidirmi?
Çoxmənzilli binaların (novostroyka) sakinləri bəzən onlardan artıq məbləğdə kommunal haqqların tələb edilməsindən narazı qalırlar. Bəs bu məsələ qanunvericilikdə necə tənzimlənir?
Mənzil Məcəlləsinə əsasən, çoxmənzilli binanın sakinləri idarəedici təşkilatla binanın idarə edilməsi barədə müqavilə bağlamalıdırlar. Müqavilədə kommunal haqqın miqdarının necə müəyyən edildiyi və bu haqqın necə ödənildiyi dəqiq göstərilməlidir. Kommunal haqqın miqdarı qanunvericiliyə əsasən müvafiq tariflərə uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, tam kommunal təminatlı mənzillər üçün 1 kv.m. yaşayış sahəsi üzrə aylıq mənzil haqqı 0.02 AZN-dir. Lakin bu, dövlət və bələdiyyə binalarına aiddir.
Sual yaranır: Bəs yeni tikilən çoxmənzilli binalarda kommunal haqq tarifləri necə müəyyənləşdirilməlidir?
Bu məsələ ilə bağlı vahid tariflər olmadığından MTK-lar bundan sui-istifadə edərək mənzil sakinlərindən şişirdilmiş ödənişlər tələb edirlər. Bəs bu boşluq necə doldurula bilər?
Mənzil Məcəlləsinə əsasən, binanın idarə olunması üsulu sahə mülkiyyətçilərindən ibarət ümumi yığıncağın qərarına əsasən müəyyənləşdirilir. Bu üsullardan biri isə sakinlərdən ibarət MMC tərəfindən binanın idarə olunmasıdır. Bu zaman mənzil kommunal tariflərinin müəyyən edilməsində də sakinlər iştirak edir. Tariflər binanın saxlanılması xərci nəzərə alınaraq mənzillərin ümumi sahəsinə bölünərək hesablanır. Təəssüf ki, praktikada MTK-ların MMC-lərin fəaliyyətinə də müdaxilə etdiyini görürük.
Bundan əlavə, binada yaşayan sakinlərin 50 faizinin mülkiyyət hüququ olduqda, MTK 1 ay ərzində ləğv olunaraq binanı tərk etməlidir. Bundan sonra binanın idarəedilməsi mənzil mülkiyyətçilərinin səlahiyyətinə verilməlidir. Amma illərdir Bakıdakı çoxmənzilli yeni yaşayış binalarını onu inşa edən şirkətlər idarə edir.
Əgər siz də bu kimi problemlərlə qarşılaşırsınızsa, hüquqlarınızı qorumaq üçün Legaz Hüquq Şirkətinə müraciət edə bilərsiniz.
#юридическиеуслуги #юридическиеуслугибаку #юридическаяфирмабаку #юристбаку #юристазербайджан #баку #азербайджан