Neleri Bilmeliyik

Neleri Bilmeliyik Hər növ hüquqi yardımlar.

04/10/2024

Bütün şərəfli və vicdanlı, mənliyini satmayan müəllimləri peşə bayramları münasibəti ilə təbrik edirəm.
PS. Məni müəllimimin ayağları altında dəfn edərsiniz. İmza; Makedoniyalı İsgəndər

18/09/2024

Dostlar, bu gün sizə Milli Məclis tərəfindən qəbul edilən, lakin aralarında bir-biri ilə ziddiyətli olan iki qanundan danışacam.

Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 246.1-ci maddəsində qeyd edilmişdir ki;
Müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər.
246.2. Məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər:
246.2.1. şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə;
246.2.2. təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə;
246.2.3. axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda.

Bundan başqa Sərbəst toplaşma haqqında qanunun 14-cü maddəsinin 5-ci bəndində qeyd edilir ki; bu maddənin I hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş əşya və ya maddələri gəzdirməsi barədə əsaslı şübhə doğuran adamlara polis əməkdaşı şəxsi baxış keçirir.

Demək bir qanun deyir yalnız müstəntiq və ya CPM-in 86-cı maddəsinə əsasən təhqiqatçı şəxsi-axtarış keçirə bilər, digər qanun deyir ki, polis əməkdaşı (bura əməliyyat müvəkkili, sahə inspektoru, YPX və PPXB əməkdaşı) şəxsi-baxış keçirə bilər. Onu da qeyd edim ki, mitinqlərdə, yığıncaqlarda, piketlərdə giriş qapılarında hər zaman polis nəfərləri dayanır. Yəni heç vaxt nə müstəntiq, nədə təhqiqatçı dayanmır.

Dostlar, tutaq ki, Məhsul stadionunda mitinqdir. Giriş qapısında da polis nəfərləri mitinqə gələnlərin üstünü yoxlayır. Tutaq ki, həmin vaxt bir nəfərin üzərindən 5 qram he**in çıxır. Yəni bir sözlə polis nəfəri onun üstünü yoxlayanda cibindən aşkar olunur. Yəni burada tək mitinqdən söhbət getmir. Bura misal kimi Tofiq Bəhrəmov stadionunda keçirilən futbol yarışı da aiddir.
Maraqlı orasıdır ki, bu necə sənədləşəcək? Axı yuxarıda qeyd etdiyim hər iki qanunda buna anlayış verilməyib. Yəni o narkotiki təkrar vətəndaşa verəcəklər ki, qoy cibinə bölmədə üzərinə şəxsi-axtarış edəcik? Ya bölməyə gedənə kimi həmin narkotik onu müəyyən edən polis əməkdaşında qalacaq?
Ona görə ki sərbəst toplaşma haqqında qanunun 14-cü maddəsinin 4-cü bəndində yad əşyaların içərisində narkotik vasitələr yoxdur.
Bir sözlə hər iki hal yalnışdır. Hər iksində də qanunun tələbləri pozulur. Bu kimi hallara aydınlıq gətirilməlidir və ya bu hal baş verdikdə necə sənədləşməsi mexanizimi hazırlanmalıdır. Bunun üçün isə müvafiq dövlət qurumu Konistitusiya Məhkəməsinə bu qanuna şərh verilməsi üçün müraciət etməlidir. Amma görünən odur ki, bu hal heç kimin marağında deyil.

Address

Bakı ş. Yasamal Rayon
Baku

Alerts

Be the first to know and let us send you an email when Neleri Bilmeliyik posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share