03/01/2018
2018-ci ildən etibarən aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır:
təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;
səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;
idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində;
restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində;
ticarət obyektlərində;
məişət obyektlərində;
sosial xidmət müəssisələrində;
yerləşdirmə vasitələrində;
teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;
uşaq meydançalarında;
yerüstü qapalı və yeraltı piyada keçidlərində;
müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;
metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda;
hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində;
hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;
liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;
taksafonlarda;
yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində;
mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində
Cərimə 30 AZN məbləğində müəyyən edilib.