01/10/2025
Tramp administrasiyası Nyu-Yorkda terrorla mübarizə proqramlarının maliyyəsini azaltmağı planlaşdırır
“The New York Times”ın məlumatına görə, ABŞ-ın Tramp administrasiyası Nyu-York ştatında terrorla mübarizə proqramlarına ayrılan maliyyəni 187 milyon dollar azaltmağı nəzərdə tutur.
Məlumata əsasən, ştat rəhbərliyi bu qərarın qarşısını almaq üçün artıq məhkəməyə müraciət edib.
Əgər plan həyata keçirilsə, Nyu-Yorkda sözügedən proqramlar üçün ayrılan federal maliyyə 86 faiz azalaraq 30 milyon dollara enəcək.