Hüquq evi

Hüquq evi Hüquq evinin əsas məqsədi vətəndaşları maraqlandıran hüquqi problemlərlə bağlı onlara kömək etmək, maarifləndirməkdir.

20/01/2026
10/01/2026
📢 ƏSGƏRLİKDƏ OLAN ŞƏXSLƏRİN ÖVLADLARINA AYLIQ 140 MANAT MÜAVİNƏT VERİLİR!Vətən qarşısında borcunu yerinə yetirən hər bir...
24/11/2025

📢 ƏSGƏRLİKDƏ OLAN ŞƏXSLƏRİN ÖVLADLARINA AYLIQ 140 MANAT MÜAVİNƏT VERİLİR!

Vətən qarşısında borcunu yerinə yetirən hər bir əsgər bizim üçün dəyərlidir. 🇦🇿
Onların ailələrinin sosial təminatı isə dövlət tərəfindən xüsusi diqqətdə saxlanılır.

Bu səbəbdən müddətli həqiqi hərbi xidmətdə olan şəxslərin azyaşlı övladlarına aylıq 120 manat müavinət təyin edilir. Bu yardım uşaqların əsas təminatını dəstəkləmək və ailələrin yükünü azaltmaq məqsədi daşıyır.

🔹 Kimlər ala bilər?

✔️ Hərbi xidmətdə olan şəxslərin 18 yaşadək övladları
✔️ Rəsmi nikahda olan ailələr
✔️ Bəzi hallarda nikahsız birlikdə yaşayan, amma uşağın atası kimi tanınması sənədlə təsdiqlənən şəxslər

Proses qısa və sadədir, müavinət isə hər ay hesabınıza köçürülür.

💬 Sizcə bu məbləğ artırılmalıdır? Fikirlərinizi rəy bölməsində yazın.

📌 Xahiş edilir, məlumat bütün əsgər ailələrinə çatsın deyə paylaşın.

Azərbaycan Respublikasında nikah yaşı 18 yaş olaraq müəyyən edilib.Bu, gənclərin fiziki, psixoloji və sosial cəhətdən ta...
31/10/2025

Azərbaycan Respublikasında nikah yaşı 18 yaş olaraq müəyyən edilib.
Bu, gənclərin fiziki, psixoloji və sosial cəhətdən tam yetkinliyə çatması, daha sağlam ailə mühitinin formalaşması üçün qoyulmuş hüquqi tələbatdır.

✨ Gəlin, gələcəyimizi sağlam qurmaq üçün qanunlara əməl edək.
✨ Hər bir gəncin təhsili, inkişafı və xoşbəxt həyatı əsas məqsəddir.

📌 Unutmayaq: erkən nikah yalnız hüquqi yox, həm də sosial və psixoloji problemlər yarada bilər.

✨🇦🇿 27 Sentyabr – Anım GünüBu gün Vətən uğrunda canından keçən igid şəhidlərimizi dərin hörmət və ehtiramla yad edirik.O...
27/09/2025

✨🇦🇿 27 Sentyabr – Anım Günü
Bu gün Vətən uğrunda canından keçən igid şəhidlərimizi dərin hörmət və ehtiramla yad edirik.
Onların qəhrəmanlığı unudulmazdır, ruhları qarşısında baş əyirik. 🕯️

📜 Miras hüququ haqqında vacib məlumatVəsiyyət edən şəxsin uşaqları, valideynləri və həyat yoldaşı (ərin və ya arvadın) —...
24/09/2025

📜 Miras hüququ haqqında vacib məlumat

Vəsiyyət edən şəxsin uşaqları, valideynləri və həyat yoldaşı (ərin və ya arvadın) — vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi paya malikdirlər.

🔑 Yəni, vəsiyyət nə cür tərtib olunsa da, onların hüquqları qanunla qorunur.

Əziz izləyicilərimiz!Bir az fasiləmiz oldu, amma artıq buradayıq! 🎉✨ Daha maraqlı paylaşımlar✨ Daha tez cavablar✨ Daha a...
22/09/2025

Əziz izləyicilərimiz!
Bir az fasiləmiz oldu, amma artıq buradayıq! 🎉

✨ Daha maraqlı paylaşımlar
✨ Daha tez cavablar
✨ Daha aktiv ünsiyyət

Dəstəyiniz bizim üçün çox önəmlidir!

🔷Müavinət hansı halda təyin olunur?Əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqdaYaşından və əmək qabil...
09/07/2025

🔷Müavinət hansı halda təyin olunur?

Əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda

Yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə

🔷Müavinət hansı müddətə təyin edilir?
Vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla)
Vəfat etmiş şəxsin 18 yaşınadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına - əlillik müddətinə
Vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən

🔷Vəfat etmiş şəxsin uşaqlarına 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) ailə başçısını itirməyə görə aylıq sosial müavinətin təyin edilməsi üçün:
Tələb olunan sənədlərin siyahısı
🔹1.Şəxsiyyət vəsiqəsi (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi)
🔹 2.Ailə başçısının ölüm haqqında şəhadətnaməsinin (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmə qərarının) surəti
🔹3.Vəfat etmiş şəxsin uşağının (uşaqlarının) doğum haqqında şəhadətnaməsinin surəti
🔹4.Vəfat etmiş şəxsin 23 yaşınadək övladının (övladlarının) əyani təhsil alması barədə təhsil müəssisəsinin arayışı
🔹5.Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd)

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Hüquq evi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Hüquq evi:

Share

Vətəndaşlara Pulsuz Hüquqi Yardım

Hüquq Evi ilk dəfə 2017-ci ilin dekabr ayında bir qrup hüquqşunas tərəfindən yaradılmışdır. Yarandığı vaxt Hüquq Evinin ofisi olsa da, daha sonra maliyyə səbəblərindən ofis olmadan, onlayn formada fəaliyyət göstərməyə başlamışıq. Hüquq Evinin əsas məqsədi, xüsusən Azərbaycanın bölgələrində yaşayan vətəndaşlara pulsuz hüquqi yardım etmək, vətəndaşları maraqlandıran suallara cavab vermək, onları maarifləndirməkdir. 2019-cu ildə Onlayn Platforma vasitəsilə 10 mindən çox vətəndaşın sualına cavab verilib.

Hüquq Evi heç bir halda göstərdiyi fəaliyyətə görə gəlir əldə etmir. Hüquq Evi yalnız könüllü olaraq fəaliyyət göstərir.