Legal Partners - Hüquq Firması

Legal Partners - Hüquq Firması Huquq firmasi

28/02/2014

" Legal Partners" hüquq firması hər həftənin 6-cı günü saat 10-00-dan 13-00-dək fiziki və hüquqi şəxslərə pulsuz hüquqi məsləhətlər verir.Bu məsləhətdən hər kəs yararlana bilər.Məsləhətlərin verilməsində müxtəlif hüquq sahələri üzrə bilik və təcrübəyə malik ixtisaslı hüquqşunaslar iştirak edir.( Vəkillər Kollegiyasının 5 üzvi və fərdi qaydada fəliyyət göstərən hüquqşunaslar).Əlavə olaraq onu da qeyd edək ki, bizim Bakı şəhəri R.Behbudov küçəsi 59 ünvaında yerləşən mərkəz ofisimizə gələrək pulsuz hüquqi yardımı sizin şəxsən iştirakınız ilədə verə bilərik.(Hər kəsin maxsimum 15 deqiqe istifadə imkanı var)Biz sizin vaxtızına hörmətlə yanaşdığımız kimi xahiş edirik sizdə bizim vaxtımıza qənaət edəsizin.

23/02/2014

Huquq firmasi

23/02/2014

“LEGAL PARTNERS" hüquq firması - bütün növ hüquqi xidmətlər: torpaq, mənzil, ailə, vərəsəlik, əmək, pensiya və digər mübahisələrinin həlli; biznesin hüquqi müşayiəti; cinayət, mülki və inzibati işlər üzrə məhkəmədə və dövlət orqanlarında hüquqların müdafiəsi; müqavilələrin (kontraktların), məhkəməyə iddia ərizələrinin (apellyasiya və kassasiya şikayətlərinin) və dövlət orqanlarına müraciətlərin tərtibi; boşanma, əmlak bölgüsü, alimentlərin və borcların tutulması; hüquqi şəxslərin dövlət qeydiyyatı, daşınmaz əmlaka hüquqların qeydiyyatı və alğı-satqısı, habelə fərdi yaşayış və bağ evlərinin tikintisinin aparılması məsələləri üzrə hüquqi yardım. Sifarişlə müraciət edən şəxsin ünvanına getmək imkanı. Pulsuz hüquqi məsləhət.

Ünvan: Bakı şəhəri, Reşid Behbudov küç, 59. (Xarici diller universiteti ilə üzbəüz)

Tel: 012 441 00 43, 055 211 28 21, 070 202 28 21, 050 270 72 42

23/02/2014

“ LEGAL PARTNERS" hüquq firması hər zaman Sizlərə keyfiyyətli və peşəkar hüquqi xidmət göstərməyə hazırdır.

- hüquqi və fiziki şəxslərin məhkəmələrdə və digər dövlət orqanlarında təmsil edilməsi;
- hüquqi mübahisələrin həlli;
- biznesin hüquqi müşaiyəti;
- dövlət və bələdiyyə orqanları və vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) yuxarı dövlət orqanına və ya məhkəmələrə şikayət verilməsi;
- vətəndaşlara və hüquqi şəxslərə hüquqi məsləhət, informasiya və vasitəçilik xidmətlərinin göstərilməsi;
- qüvvədə olan qanunvericilik aktlarına izah verilməsi.

23/02/2014

" LEGAL PARTNERS" hüquq firması aşağıdakı iqtisadi mübahisələrin həllində Sizlərə yardım etməyə hər zaman hazırdır:

- müqavilənin şərtlərinin öyrənilməsi və təhlili;
- müqavilələrin bağlanması, onlara xitam verilməsi və etibarsız hesab edilməsi;
- öhdəliklərin (müqavilələrin) icrasının təmin edilməsi, icranın gecikdirilməsinə görə dəbbə pulunun və öhdəliyin icra edilməməsinə görə dəymiş ziyanın əvəzinin ödənilməsi;
- dəymiş maddi və mənəvi ziyanın ödənilməsi variantlarının öyrənilməsi və dəymiş ziyanın ödənilməsinin təmin edilməsi;
- bütün hüquqi sənədlərin hazırlanması və müştərinin məhkəmələrdə və digər dövlət orqanlarında təmsil edilməsi;
- digər iqtisadi mübahisələr

23/02/2014

“ Legal Partners" hüquq firması aşağıdakı əmək və pensiya mübahisələrin həllində Sizlərə peşekar hüquqi xidmət göstərilməsini təklif edir:

- əmək müqaviləsinin bağlanmasından əsassız olaraq imtina edilməsi;
- əmək haqqı və digər ödənişlərin işəgötürən tərəfindən ödənilməməsi;
- əmək müqaviləsinə əsassız xitam verilməsi və işə bərpa olunma;
- dəymiş maddi və mənəvi ziyanın ödənilməsi;
- istehsalatda bədbəxt hadisə hallarının öyrənilməsi və bununla əlaqədar dəymiş zərərin əvəzinin ödənilməsi;
- əmək pensiyalarının, sosial müavinətlərin və sosial yardımların hesablanması, təyin edilməsi və ödənilməsi ilə bağlı işlər;
- müəssisələrdə kadr işinin təşkili və aparılması;
- fiziki və hüquqi şəxsləri əmək və pensiya məsələləri ilə əlaqədar məhkəmələrdə və digər dövlət orqanlarında təmsil etmək;
- digər mübahisələr.

23/02/2014

"Legal Partners" hüquq firması aşağıdakı ailə mübahisələrin həllində Sizlərə yardım etməyə hazırdır:

- nikahın pozulması;
- nikahın etibarsız sayılması;
- ailə üzvlərinin aliment öhdəliklərinin təmin edilməsi;
- valideynlik hüquqların məhrum etmə və ya valideynlik hüquqlarının bərpası;
- valideynlik hüquqlarının məhdudlaşdırılması;
- atalığın (analığın) müəyyən edilməsi və ya mübahisələndirilməsi;
- birgə əmlakın (daşınar və daşınmaz) ər və arvad arasında bölüşdürülməsi;
- digər ailə mübahisələri.

23/02/2014

“Legal Partners” hüquq firması aşağıdakı mənzil münasibətlərinin həllində Sizə yardım edə bilər:

- mənzil üzərində hüquqların rəsmiləşdirilməsi;
- mülkiyyətçinin ailə üzvlərinin mənzildən istifadə hüquqlarının tanınması və ya itirilməsi;
- vətəndaşların mənzil növbəsinə götürülməməsi ilə bağlı məsələlər;
- MTK və vətəndaşlar arasında bağlanmış müqavilələrin icrası ilə əlaqədar məsələlər;
- yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinin rəsmiləşdirilməsi;
- yaşayış sahəsinə köçürülmə və ya yaşayış sahəsindən çıxarılma;
- digər mənzil mübahisələri.

23/02/2014

"Legal Partners" hüquq firması fiziki və hüquqi şəxslərə,eyni zamanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara hüquqi xidmətləri göstərməklə hüquqi xidmət səviyyəsinin yüksək potensiallıqla hüquq və mənafelərinin qorunması üçün əsl hüquqi partnyorlar birliyidir.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Legal Partners - Hüquq Firması posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Legal Partners - Hüquq Firması:

Share