AR Vəkillər Kollegiyasının üzvü Sərdar İsmayılov

AR Vəkillər Kollegiyasının üzvü Sərdar İsmayılov Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AR Vəkillər Kollegiyasının üzvü Sərdar İsmayılov, Legal Service, Baku.

03/05/2024

Dəvətə görə .world təşkilatçılarına, həmçinin layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk.🙏

Uşaq 18 yaşına çatanadək və ondan sonra alimentin ödənilməsi. ⚫Sual: Uşaq ali təhsil müəssisəsinə qəbul olunduğu üçün al...
01/05/2024

Uşaq 18 yaşına çatanadək və ondan sonra alimentin ödənilməsi.

⚫Sual: Uşaq ali təhsil müəssisəsinə qəbul olunduğu üçün alimentin vaxtını uzada bilərəm?
Uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar.
Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır.

⚫Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür.

⚖️“Sardar Ismayilov & Partners” hüquq şirkəti olaraq, Sizə hüquqi problemlərinizlə bağlı yardım etməkdən məmnunluq hissi duyuruq.

☎️+994 51 444 88 88
📌[email protected]

29/04/2024

Təəsüüf ki, cəmiyyətimizdə özünü vəkil kimi təqdim edərək, vətəndaşların etibarından sui-istifadə etməklə onların pulunu, əmlakını və s. mənimsəyən şəxslər vardır.

⚫Həmin şəxslərə aldanmamaq üçün AR Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (barassociation.az) “vəkillərin reyestri” bölməsində həmin şəxsin ad və soyadını daxil etməklə, onun vəkil olub-olmadığını və vəkildirsə, onun barəsində ətraflı məlumatları əldə edə bilərsiniz.

⚫Hüquqlarınızın müdafiəsini peşəkar vəkillərə həvalə edin, əks halda zərərli çıxa bilərsiniz.

⚖️“Sardar Ismayilov & Partners” hüquq şirkəti olaraq, Sizə hüquqi problemlərinizlə bağlı yardım etməkdən məmnunluq hissi duyuruq.

☎️+994 51 444 88 88
📌[email protected]

Ağıl yalnız biliklə yox, biliyi işdə tətbiq etmək bacarığı ilə ölçülür.-ARİSTOTEL ⚖️“Sardar Ismayilov & Partners” hüquq ...
26/04/2024

Ağıl yalnız biliklə yox, biliyi işdə tətbiq etmək bacarığı ilə ölçülür.-ARİSTOTEL

⚖️“Sardar Ismayilov & Partners” hüquq şirkəti olaraq, Sizə hüquqi problemlərinizlə bağlı yardım etməkdən məmnunluq hissi duyuruq.

☎️+994 51 444 88 88
📌[email protected]

❓Sual: Ata bağ evini uşaqlarından birinə bağışlayır. Bağışlamadan neçə müddət sonra digər uşaqlar həmin evdən pay tələb ...
25/04/2024

❓Sual: Ata bağ evini uşaqlarından birinə bağışlayır. Bağışlamadan neçə müddət sonra digər uşaqlar həmin evdən pay tələb edə bilər?

⚫Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən 2 (iki) il keçməmişsə, digər uşaqlar həmin bağ evindən pay tələb edə bilərlər.
Belə ki, mülki qanunvericiliyin müvafiq normasına əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.
Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.
Həmçinin, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır:
- tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı;
- əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı;
- əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli;
- həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi.

⚖️“Sardar Ismayilov & Partners” hüquq şirkəti olaraq, Sizə hüquqi problemlərinizlə bağlı yardım etməkdən məmnunluq hissi duyuruq.

☎️+994 51 444 88 88
📌[email protected]

Yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanma şərtləri, nəzarət qaydası, heyvan sahibinin hüquq...
22/04/2024

Yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanma şərtləri, nəzarət qaydası, heyvan sahibinin hüquq və vəzifələr "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları" ilə tənzimlənir. Bu qaydalara əsasən, heyvanın nəzarətsiz qalmaması, üçüncü şəxslərə zərər vurulmasının qarşının alınması məqsədi ilə müvafiq tədbirlər görülməlidir.

⚫Qanunvercilikdə ev heyvanlarının başqalarına vurduğu zərərə görə, heyvan sahiblərinin mülki məsuliyyəti nəzərdə tutulmuşdur. Belə ki, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu məsuliyyət obyektiv məsuliyət halı olub, zərərin vurulmasında heyvan sahibinin təqsirli olub-olmaması əhəmiyyət daşımır. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının heç bir əhəmiyyəti yoxdur. Bununla belə əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər gördüyünü sübuta yetirə bilsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi yaranmır.

⚖️“Sardar Ismayilov & Partners” hüquq şirkəti olaraq, Sizə hüquqi problemlərinizlə bağlı yardım etməkdən məmnunluq hissi duyuruq.

☎️+994 51 444 88 88
📌[email protected]

AR Əmək qanunvericiliyinə görə, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hə...
19/04/2024

AR Əmək qanunvericiliyinə görə, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır.

⚫️İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər müvafiq olaraq aşağıda qeyd olunan məsuliyyətə cəlb edilə bilərlər:
AR İnzibati Xətalar Məcəlləsinə əsasən, əmək müqaviləsinə xitam veriləcəyi və ya müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə işə götürən 1.000 (bir min) manatdan 2.000 (iki min) manatadək məbləğdə cərimə edilir.

⚫️AR Cinayət Məcəlləsinə əsasən, hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmə 4 (dörd) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

⚖️“Sardar Ismayilov & Partners” hüquq şirkəti olaraq, Sizə hüquqi problemlərinizlə bağlı yardım etməkdən məmnunluq hissi duyuruq.

☎️+994 51 444 88 88
📌[email protected]

Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır:- dayandırılmış nəqliyyat vas...
17/04/2024

Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır:

- dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda;
- dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda;
- nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda və s. hallarda;
Qeyd olunan hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq ən yaxın mühafizə olunan duracağında saxlanılır.

🟣Nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilməli, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilməli, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilməlidir.

⚖️“Sardar Ismayilov & Partners” hüquq şirkəti olaraq, Sizə hüquqi problemlərinizlə bağlı yardım etməkdən məmnunluq hissi duyuruq.

☎️+994 51 444 88 88
📌[email protected]

Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam ve...
15/04/2024

Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.
Lakin, arvad istəyərsə nikahın pozulması barədə məhkəməyə müraciət edə bilər.

⚖️“Sardar Ismayilov & Partners” hüquq şirkəti olaraq, Sizə hüquqi problemlərinizlə bağlı yardım etməkdən məmnunluq hissi duyuruq.

☎️+994 51 444 88 88
📌[email protected]

Qanuna əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ict...
19/02/2024

Qanuna əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 07-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək, vəzifəli şəxslər isə, iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

🔲Qeyd: Əgər qeyd olunan saatlarda qonşuların və ya digər şəxslərin səs-küy salmağı Sizi narahat edirsə, bu barədə aidiyyəti polis orqanına və ya “102” xidmətinə şikayətlə müraciət edə bilərsiniz.

⚖️“Sardar Ismayilov & Partners” hüquq şirkəti olaraq, Sizə hüquqi problemlərinizlə bağlı yardım etməkdən məmnunluq hissi duyuruq.

☎️+994 51 444 88 88
📌[email protected]

16/02/2024

2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat,

əmək qabiliyyətli əhali üçün 287 manat,
pensiyaçılar üçün 222 manat,
uşaqlar üçün isə, 235 manat məbləğində müəyyən edilmişdir.

🔲Qanunda birbaşa nəzərdə tutulmamasına baxmayaraq, məhkəmə təcrübəsində alimentin məbləği adətən yaşayış minimumu haqqında qanunla müəyyən edilir.
Həmçinin, əgər alimentin məbləği 2024-cü il üçün nəzərdə tutulmuş məbləğdən azdırsa, alimentin artırılması barədə məhkəməyə müraciət edə bilərsiniz.

⚖️“Sardar Ismayilov & Partners” hüquq şirkəti olaraq, Sizə hüquqi problemlərinizlə bağlı yardım etməkdən məmnunluq hissi duyuruq.

☎️+994 51 444 88 88
📌[email protected]

🔲Peşə fəaliyyətini həyata keçirərkən vəkilin hüquqları ilə yanaşı, onun vəzifələri də vardır və bu Qanunla tənzimlənir. ...
14/02/2024

🔲Peşə fəaliyyətini həyata keçirərkən vəkilin hüquqları ilə yanaşı, onun vəzifələri də vardır və bu Qanunla tənzimlənir. Həmin vəzifələrin bəzilərini nəzərinizə çatdırırıq. Vəkil:
- müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir;
- vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir;
- yalnız qanunun tələblərini rəhbər tutmalıdır;
- hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir;
- vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir.

⚖️“Sardar Ismayilov & Partners” hüquq şirkəti olaraq, Sizə hüquqi problemlərinizlə bağlı yardım etməkdən məmnunluq hissi duyuruq.

☎️+994 51 444 88 88
📌[email protected]

Address

Baku

Telephone

+994514448888

Website

Alerts

Be the first to know and let us send you an email when AR Vəkillər Kollegiyasının üzvü Sərdar İsmayılov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to AR Vəkillər Kollegiyasının üzvü Sərdar İsmayılov:

Share

Category