Sarkhan Ibadov

Sarkhan Ibadov Looking for the perfect solution of your legal problem? We offer a wide range of legal services. We

МИГРАЦИЯ В АВСТРИЮХОТИТЕ ЖИТЬ, УЧИТЬСЯ И РАБОТАТЬ  В САМОМ КОМФОРТНОМ ГОРОДЕ МИРА?Мы проконсультируем Вас по вопросам ми...
05/04/2020

МИГРАЦИЯ В АВСТРИЮ

ХОТИТЕ ЖИТЬ, УЧИТЬСЯ И РАБОТАТЬ В САМОМ КОМФОРТНОМ ГОРОДЕ МИРА?

Мы проконсультируем Вас по вопросам миграции и поможем с преодолением всех административных преград.

Контактая информация:
www.ibadov.pro

19 saylı Nərimanov seçki dairəsindən deputatlığa namizəd ANAR UMUDOVA səs ver!!!
01/02/2020

19 saylı Nərimanov seçki dairəsindən deputatlığa namizəd ANAR UMUDOVA səs ver!!!

20/01/2020
30/12/2019

1 июля 2020-го года вступят в силу правила об обязательной судебной медиации. Согласно этим правилам, лица, обратившиеся в суды по семейным и коммерческим вопросам, обязаны будут сначала попытаться решить вопрос у медиатора. Без такой попытки суды не будут брать дела в производство.

“Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında



AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI



“Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 607 nömrəli Fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Mediasiya prosesinin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).



Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV



Bakı şəhəri, 5 sentyabr 2019-cu il

№ 385









Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.





Mediasiya prosesinin həyata keçirilməsi



QAYDASI



1. Ümumi müddəalar



1.1. Bu Qayda “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və mediasiya prosesinin həyata keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Mediasiya prosesi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun), bu Qaydaya, bu Qaydaya uyğun olaraq hazırlanmış mediasiya təşkilatının daxili qaydasına (olduğu halda) və mediatorların peşəkar etik davranış qaydasına uyğun olaraq həyata keçirilir.



2. Mediasiya prosesində tərəflər



2.1. Mediasiya prosesinin tərəfləri – hüquqi və fiziki şəxslər (o cümlədən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər), habelə mediasiya prosesinin tətbiqinə razılıq vermiş inzibati orqanlardır.

2.2.Tərəflərin hüquqları aşağıdakılardır:

2.2.1. mediasiya təşkilatını və ya mediatoru seçmək və onlardan imtina etmək;

2.2.2. mediasiyanın aparılmasında şəxsən və ya etibarnamə əsasında təmsilçi vasitəsilə iştirak etmək;

2.2.3. mediasiya prosesi və onun mümkün nəticələri barədə məlumat almaq;

2.2.4. qarşılıqlı razılaşma əsasında Qanuna uyğun olaraq mediasiya prosesinin tətbiqinin, onun həyata keçirilməsinin və başa çatdırılmasının bütün şərtlərini sərbəst şəkildə müəyyən etmək;

2.2.5. öz mülahizələrinə əsasən maddi və prosessual hüquqlarından istifadə etmək;

2.2.6. tələblərinin həcmini artırmaq və ya azaltmaq;

2.2.7. mübahisənin həll edilməsi ilə bağlı təkliflər vermək;

2.2.8. qarşılıqlı razılaşma əsasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə”yə əlavə və dəyişikliklər etmək;

2.2.9. mediatorla ayrı-ayrılıqda görüşlər keçirmək;

2.2.10. Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

2.3. Tərəflərin vəzifələri aşağıdakılardır:

2.3.1. barışıq sazişinin icrasını təmin etmək;

2.3.2. mediasiya prosesinin konfidensiallığını qorumaq;

2.3.3. Qanuna, bu Qaydaya, habelə “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə riayət etmək;

2.3.4. Qanunla müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.



3. Mediator



3.1. Mediator – peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş, Qanunun tələblərinə cavab verən fiziki şəxsdir.

3.2. Qanunun tələbləri nəzərə alınmaqla, mediatorun hüquqları aşağıdakılardır:

3.2.1. öz istəyi əsasında fərdi qaydada və ya mediasiya təşkilatı vasitəsilə mediasiya fəaliyyətini həyata keçirmək;

3.2.2. tərəflərlə razılaşdırılmış xidmət haqqı almaq;

3.2.3. mediasiya prosesində hər iki tərəflə birgə və ya ayrı-ayrılıqda görüşlər keçirmək, əməkdaşlıq etmək, onlara şifahi və yazılı tövsiyələr vermək;

3.2.4. konfidensiallıq prinsipini gözləməklə, ictimaiyyəti öz fəaliyyəti haqqında məlumatlandırmaq;

3.2.5. nümayəndə ilə təmsil olunan tərəflə nümayəndəni məlumatlandırmaqla birbaşa əlaqə saxlamaq;

3.2.6. Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

3.3. Mediatorun vəzifələri aşağıdakılardır:

3.3.1. mediasiya zamanı tərəflərin razılığı çərçivəsində hərəkət etmək;

3.3.2. mediasiya başlananadək tərəflərə mediasiyanın məqsədlərini, onların hüquq və vəzifələrini izah etmək;

3.3.3. mediasiya bitdikdən sonra tərəflərin ona verdiyi sənədləri geri qaytarmaq;

3.3.4. iki ildə bir dəfədən az olmayaraq təşkil olunan Qanunda nəzərdə tutulmuş ixtisasartırma kurslarında iştirak edərək müvafiq sertifikat almaq;

3.3.5. bu Qaydaya, mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasına, mediasiya reyestrinin aparılması qaydasına, habelə mediatorların peşəkar etik davranış qaydasına əməl etmək;

3.3.6. mediasiyanın davam etdirilməsinin mübahisənin həllinə gətirməyəcəyi qənaətinə gələrsə, mediasiyanı aparmaqdan imtina etmək və ya tərəflərin yazılı razılığı ilə mediasiyanın prosesinə xitam vermək;

3.3.7. bu Qaydanın 4.3-cü bəndində nəzərdə tutulan mediasiya prinsiplərinə riayət etmək;

3.3.8. mediasiya Şurası tərəfindən Qanuna uyğun olaraq qəbul olunan qərarları icra etmək;

3.3.9. mediasiya prinsipləri əsasında mediasiyanı həyata keçirə bilmədikdə, dərhal öz-özünə etiraz etmək;

3.3.10. Qanunda nəzərdə tutulmuş qadağa və məhdudiyyətlərə əməl etmək;

3.3.11. Qanunla müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.



4. Mediasiya prosesi



4.1. Mediasiya prosesi tərəflər arasında bağlanılan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir.

4.2. Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədilə həyata keçirilir.

4.3. Mediasiya könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi və konfidensiallıq prinsipləri əsasında həyata keçirilir.

4.4. Mediasiya prosesi tərəflərin qarşılıqlı razılıq əsasında müəyyən etdiyi dildə aparılır.

4.5. Mediasiya prosesi baxılan hər bir mübahisə ilə bağlı işin halları, tərəflərin istəkləri, mübahisənin tez həll edilməsi zərurəti nəzərə alınmaqla həyata keçirilməlidir.

4.6. Mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq, tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinədək uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla, “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur.



5. Mediasiya prosesinin mərhələləri



5.1. Mediasiya danışıqlar şəraitində həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir:

5.1.1. mediasiya prosesinə hazırlıq;

5.1.2. mediasiya prosesinin başlanılması;

5.1.3. tərəflərin mübahisənin mahiyyətini açıqlaması;

5.1.4. tərəflərin hər biri ilə ayrı-ayrılıqda danışıq;

5.1.5. mübahisənin həlli üçün təkliflərin hazırlanması;

5.1.6. mediasiya prosesinin yekunlaşdırılması;

5.1.7. mediasiya prosesinə xitam verilməsi;

5.1.8. barışıq sazişinin icrası.



6. Mediasiya prosesinə hazırlıq



6.1. Mediasiya üçün müraciət edən tərəf mediasiya təşkilatı və ya mediatora mübahisənin xarakteri barədə qısa məlumat, mübahisənin tərəflərinin və əgər vardırsa, mediasiyada onları təmsil edəcək vəkilin və ya nümayəndənin əlaqə məlumatlarını təqdim edir.

6.2. Mediasiya prosesi başlayanadək tərəflər öz mövqelərini qiymətləndirir, barışıq və güzəşt imkanlarını nəzərdən keçirir və əgər ehtiyac vardırsa, müvafiq sahənin mütəxəssisi (vəkil, hüquqşünas, müvafiq texniki sahədə mütəxəssis və s.) ilə məsləhətləşməlidirlər.

6.3. Tərəflər özlərinin və ya mediatorun təşəbbüsü ilə işin daha yaxşı başa düşülməsinə köməklik edə bilən əlavə məlumat və digər sənədləri də mediator və digər tərəfə təqdim edə bilərlər. Tərəflərdən hər hansı biri belə məlumat və sənəd təqdim etmişdirsə, mediator qarşı tərəfə də öz mövqeyini izah edən belə məlumat və sənədləri təqdim etməyi təklif edə bilər. Tərəfin razılığı olmadan belə məlumat və ya sənədlərin məzmunu digər tərəfə açıqlana bilməz.

6.4. Mediasiya təşkilatı və ya mediator mediasiya prosesi başlamazdan əvvəl mediasiya sessiyasında iştirak edən tərəflərə öz xidmət haqqı və xərcləri barədə məlumat verməlidir.

6.5. Mediasiya təşkilatı və ya mediatora müraciət üçün müvafiq formalar mediasiya təşkilatı və ya mediator tərəfindən müəyyən edilir.



7. Mediasiya prosesinin başlanılması



7.1. Mediasiya prosesi tərəflərdən birinin digər tərəfə mediasiya prosesinin tətbiqi barədə yazılı formada məlumatları (tərəflərin adları və rekvizitləri, mübahisənin predmeti, xərclərin ödənilməsi şərtləri və qaydası, əgər tərəflər arasında digər razılaşma yoxdursa, mediasiyanın keçirilməsinin məxfiliyi haqqında tərəflərin öhdəlikləri və həmin öhdəliyə əməl etməməyə görə məsuliyyət), həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı vardırsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifin göndərildiyi andan başlanılmış sayılır.

7.2. Əgər bu Qaydanın 7.1-ci bəndində qeyd edilən təklif göndərilməmişdirsə, Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi andan, digər hallarda isə Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanıldığı andan başlanılmış sayılır.

7.3. Mediator mediasiyada iştirak edən tərəflərlə mediasiya prosesinin keçirilməsinin tarixini, saatını və yerini razılaşdırır və ya Qanunun 21.8-ci və 29.2-ci maddələrində nəzərdə tutulmuş hallarda mediasiya prosesinin keçirilmə tarixi, saatı və yerini əks etdirən bildirişi tərəflərə göndərir.

7.4. Qanunun 21.8-ci və 29.2-ci maddələrində nəzərdə tutulmuş hallarda tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə müvafiq olaraq “Mediasiya sessiyasında iştirak edilməməsi” və ya “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir.

7.5. Mediator bu Qaydaya əsasən müəyyən olunmuş tarix, saat və yerdə mediasiya prosesini açır.

7.6. Mediator öz açılış nitqi ilə tərəflərə mediasiya prosesinin mahiyyətini, üstünlüklərini və qaydalarını, mediasiyanın məqsəd və prinsiplərini, tərəflərin hüquq və vəzifələrini, mediasiya prosesində özünün funksiyalarını, mediasiya prosesinin mərhələlərini və müddətini, habelə barışıq sazişinin hüquqi nəticələrini ətraflı izah edir.

7.7. Mediator hər hansı tərəflə qohum, dost və ya tanış olması barədə məlumatları, müstəqilliyinə və ya qərəzsizliyinə təsir edə biləcək və ya təsir etmək ehtimalı olan, tərəflərdə onun müstəqilliyi və ya qərəzsizliyi ilə bağlı hər hansı bir şübhə yaratmaq ehtimalı olan və ya maraqların toqquşmasına səbəb olacaq məlumatların olub-olmamasını tərəflərə açıqlamalıdır. Əgər hər hansı belə məlumat açıqlanarsa, tərəflər belə məlumatla yazılı şəkildə tanış olmalı və mediatorun mediasiyanı aparmasına yazılı razılıq verməlidirlər.

7.8. Mediatorun nitqi sadə və aydın dildə ifadə edilməlidir.

7.9. Mediator tərəfləri təqdim edir, əgər tərəflər arasında ayrı razılaşma yoxdursa, ilkin olaraq mübahisənin mediasiya yolu ilə həll edilməsi üçün müraciət edən tərəfə, daha sonra isə digər şəxslərə söz verir.

7.10. Mediasiya prosesində həll edilməsi nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər.

7.11. Tərəflər mediasiya prosesində bilavasitə və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Mediator tərəflərə şəxsən iştirak etməyi tövsiyə edir və şəxsən iştirak etməməyin potensial mənfi nəticələrini izah edir. Tərəflər mediasiya prosesində vəkillərin, tərcüməçilərin, müvafiq sahədə ekspert və mütəxəssislərin köməyindən istifadə edə bilərlər. Tərəflərin razılaşması ilə mediasiya prosesində digər şəxslər də iştirak edə bilər.



8. Tərəflərin mübahisənin mahiyyətini açıqlaması



8.1. Mediasiya prosesi başlanıldıqdan sonra tərəflər baxılması və razılaşdırılması tələb olunan mübahisəli məsələlərin dairəsini müəyyən edirlər.

8.2. Mediator həmin məsələlərlə bağlı hər bir tərəfə müdaxiləsiz olaraq öz mövqeyini tam şəkildə izah etməyə, həmçinin mübahisənin həlli yolları və arzuolunan nəticələr barədə fikirlərini ifadə etməyə imkan yaradır.

8.3. Mediator müzakirələr zamanı aktiv dinləyici qismində çıxış edir, müvafiq qeydlər aparır, zərurət yaranarsa mühüm əhəmiyyətli halları müəyyənləşdirmək üçün tərəflərə suallar verir.

8.4. Müzakirələr zamanı tərəflər bir-birlərinə və mediatora qarşı hörmətlə yanaşmalı, şərəf və ləyaqətə xələl gətirən kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verməməlidirlər.

8.5. Müzakirələr mübahisəyə çevrilərsə və ya tərəflər bir-birləri ilə danışıqdan imtina edərsə, mediator tərəflərə onların hər biri ilə ayrı-ayrılıqda danışıqlar aparılmasını təklif edə bilər.



9. Tərəflərin hər biri ilə ayrı-ayrılıqda danışıq



9.1. Mediator mediasiya prosesinin istənilən mərhələsində öz təşəbbüsü ilə və ya tərəflərin tələbi ilə onlarla ayrı-ayrılıqda danışıqlar apara bilər. Bu halda tərəflərlə aparılan belə ayrı-ayrılıqda danışıqlar zamanı açıqlanan məxfi məlumatların konfidensiallığı təmin olunmalıdır.

9.2. Danışıqların sonunda mediator müzakirə olunan məsələləri ümumiləşdirə, tərəflərdən hər hansı əlavələrinin olub-olmadığını, həmçinin müzakirə olunan məsələlər barədə digər tərəfə hansı məlumatları verə biləcəyini soruşa bilər.



10. Mübahisənin həlli üçün təkliflərin hazırlanması



10.1. Mübahisənin həlli üçün təkliflərin hazırlanması mərhələsində tərəflər təkliflər verir, təklif olunan variantları təhlil edir və öz fikirlərini bildirirlər.

10.2. Mediasiya prosesində tərəflər öz mövqelərinə və mübahisənin həlli şərtlərinə dair təkliflərini yazılı və ya şifahi şəkildə bildirirlər. Təkliflər bildirilərkən Azərbaycan Respublikasının qanunvericiliyi, üçüncü şəxslərin hüquqları və qanunla qorunan maraqları nəzərə alınmalıdır.

10.3. Mübahisənin həlli üçün təkliflərin hazırlanması mərhələsində təqdim olunan təkliflər barışıq sazişinin şərtlərinin icrasının mümkünlüyü baxımından tərəflər və əgər vardırsa, onların nümayəndələri tərəfindən qiymətləndirilir.

10.4. Mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Hər iki tərəfə açıqlanan belə barışıq təklifi tərəflərin qarşılıqlı razılığı ilə verilir.



11. Mediasiya prosesinin yekunlaşdırılması



11.1. Əgər tərəflər mediasiya nəticəsində barışıq əldə edirlərsə, mediator tərəflərin xahişi ilə barışıq sazişinin hazırlanmasına kömək edə bilər. Mediator tərəflərin qarşılıqlı razılığı ilə barışıq sazişinin şərtlərini müəyyən edir və tərəflərə bildirir.

11.2. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanılır. Barışıq sazişində Qanunun 33.1-ci maddəsində qeyd olunan məlumatlar göstərilir.

11.3. Barışıq sazişi tərəflər və mediator tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. Barışıq sazişi imzalandığı gün tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 (bir) iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir.

11.4. Barışıq sazişi qüvvədə olan qanunvericiliyə və Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır.

11.5. Barışıq sazişi təmsilçi vasitəsilə bağlanıla bilər. Təmsilçiyə verilən etibarnamədə onun bu səlahiyyətləri xüsusi olaraq göstərilməlidir.

11.6. Qanunun 29.3-cü maddəsinə uyğun olaraq qanunvericiliyə əsasən ilkin mediasiya sessiyasında iştirak tələb edilən hallarda tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir.

12. Mediasiya prosesinə xitam verilməsi

12.1. Mediasiya prosesinə aşağıdakı hallarda xitam verilir:

12.1.1. tərəflər arasında barışıq sazişi bağlanıldıqda;

12.1.2. mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildikdə;

12.1.3. tərəflər və ya onlardan biri mediasiya prosesindən imtina etdikdə;

12.1.4. tərəflərin mediasiya prosesinin müddətinin uzadılmasına dair müraciətləri olmamışdırsa, bu Qaydanın 4.6-cı bəndinə uyğun olaraq mediasiya prosesinin müddəti bitdikdə;

12.1.5. tərəf olan fiziki şəxs öldükdə, hüquqi şəxs ləğv edildikdə və ya fəaliyyəti dayandırıldıqda;

12.1.6. tərəflərdən biri məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə;

12.1.7. tərəflərdən birinin fəaliyyət qabiliyyətli olmaması və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə;

12.1.8. mediator və ya mediasiya təşkilatı Mediasiya Şurasının üzvlüyündən çıxarıldıqda, həmçinin mediator və ya mediasiya təşkilatı mediasiya prosesindən imtina etdikdə (Qanunun 28.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələr üzrə isə yalnız sonrakı mediasiya sessiyasında imtina etdikdə);

12.1.9. Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda.

12.2. Bu Qaydanın 11.1.2–11.1.8-ci yarımbəndlərində nəzərdə tutulan halların mediatora məlum olduğu tarixdən 3 (üç) gün müddətində mediasiya prosesinə xitam verilməsi haqqında mediator tərəfindən protokol tərtib olunur və imzalanır. Mediasiya prosesinə xitam verilməsi haqqında protokol mediator tərəfindən tərtib olunaraq, imzalandığı tarixdən 1 (bir) gün müddətində tərəflərə (nümayəndələrə) təqdim edilməlidir. Protokola mediasiyaya dair konfidensial məlumatların daxil edilməsinə yol verilmir.

12.3. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir:

12.3.1. barışıq sazişinin imzalandığı gündən;

12.3.2. Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən.

13. Barışıq sazişinin icrası

Barışıq sazişi Qanunun 34-cü maddəsinə uyğun olaraq icra edilir.

14. Keçid müddəa

Bu Qaydanın ilkin mediasiya sessiyası ilə bağlı müddəaları 2020-ci il iyulun 1-dən qüvvəyə minir.

30/12/2019

1 января 2020-го года вступает в силу закон о внесении изменений в Гражданский Процессуальный Кодекс АР.
С этой даты гражданские дела будут рассматриваться общими и коммерческими судами. Подсудность по административным вопросам будет принадлежать специализированным административным судам.

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17, № 5, maddə 323; 2002, № 5, maddə 236; 2003, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005, № 4, maddələr 277, 278; 2006, № 2, maddə 64, № 12, maddə 1006; 2007, № 1, maddələr 3, 4, № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756; 2008, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1046; 2009, № 6, maddə 402; 2010, № 2, maddə 75, № 4, maddə 276; 2011, № 6, maddələr 471, 476, № 7, maddələr 583, 619, № 12, maddələr 1096, 1105; 2012, № 5, maddə 411, № 6, maddə 511; 2013, № 5, maddə 472, № 6, maddə 625, № 11, maddələr 1266, 1307; 2015, № 6, maddə 677, № 12, maddə 1435; 2016, № 5, maddə 836, № 6, maddə 1016, № 11, maddələr 1761, 1763, № 12, maddə 2047; 2017, № 2, maddə 155, № 4, maddə 523, № 5, maddələr 706, 750, № 11, maddələr 1935, 1975; 2018, № 5, maddə 879, № 8, maddə 1672, № 11, maddələr 2209 və 2225, № 12, maddələr 2524 və 2534; Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1535-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci maddə üzrə:

1.1.1. 1.1-ci və 1.6-cı maddələrdə "iqtisadi mübahisələr" sözləri "kommersiya mübahisələri" sözləri ilə əvəz edilsin;

1.1.2. aşağıdakı məzmunda "Qeyd" hissəsi əlavə edilsin:
"Qeyd: Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan mübahisələr başa düşülür.".

1.2. 2.1, 4.3, 6, 7.2, 8.1-ci maddələrdə, 10-1-ci maddənin adında, 10-1.1, 11.1, 12.1, 17.1, 150.0.4, 152.1.4, 154.1, 284-1, 284-3.1, 404-1, 440.1 və 463-cü maddələrdə ismin müvafiq hallarında "iqtisadi mübahisələr" sözləri ismin müvafiq hallarında "kommersiya mübahisələri" sözləri ilə, 10-1.3, 135.8 və 272.4-1-ci maddələrdə "İqtisadi mübahisələr" sözləri "Kommersiya mübahisələri" sözləri ilə, 82.4-cü maddədə "iqtisadi mübahisəyə" sözləri "kommersiya mübahisəsinə" sözləri ilə əvəz edilsin.

1.3. 4.3 və 55.2-ci maddələrdə, 231.3-cü maddənin ikinci cümləsində ismin müvafiq hallarında "inzibati-iqtisadi məhkəmə" sözləri ismin müvafiq hallarında "kommersiya məhkəməsi" sözləri ilə, 34 və 358.0.2-ci maddələrdə ismin müvafiq halında "inzibati-iqtisadi məhkəmələr" sözləri ismin müvafiq halında "kommersiya məhkəmələri" sözləri ilə əvəz edilsin.

1.4. 24.2-ci maddədə "inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya" sözləri "kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və" sözləri ilə əvəz edilsin.

1.5. 25-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxırlar.
25.3. Ümumi məhkəmələr qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.".

1.6. 26-cı maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti

26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
26.2. Bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35 və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə kommersiya məhkəmələri baxır.
26.3. Kommersiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.".

1.7. 30-cu maddədə "inzibati-iqtisadi məhkəməyə aiddirsə, tələblərə ümumi məhkəmədə" sözləri "kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində" sözləri ilə əvəz edilsin.

1.8. 32.7-ci maddənin üçüncü cümləsində "apellyasiya" sözü "kassasiya" sözü ilə əvəz edilsin.

1.9. 269.3-cü maddədə "məhkəməsinə" sözündən sonra ", bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş halda isə kassasiya instansiyası məhkəməsinə" sözləri əlavə edilsin.

1.10. 358.0.2-ci maddədə ikinci və üçüncü hallarda "inzibati-iqtisadi" sözləri "kommersiya" sözü ilə əvəz edilsin.

1.11. 402-ci maddədə "inzibati-iqtisadi" sözləri "kommersiya" sözü ilə əvəz edilsin və həmin maddədən "işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi," sözləri çıxarılsın.

1.12. Aşağıdakı məzmunda 403-1-ci maddə əlavə edilsin:

"Maddə 403-1. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması
403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər.
403-1.2. Kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır.
403-1.3. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 - 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur.
403-1.3. Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada müvafiq olaraq birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.
403-1.4. İcraata qəbul edilmiş şikayətin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra onlar, 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.
403-1.5. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində yazılı icraat qaydasında 10 gün müddətində baxılır.
403-1.6. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
403-1.7. Kassasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən:
403-1.7.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;
403-1.7.2. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər.
403-1.8. Bu Məcəllənin 419-cu maddəsinə uyğun olaraq çıxarılmış qərar işdə iştirak edən şəxslərə qəbul edildiyi gündən 3 gün müddətində sifarişli məktubla göndərilməli və yaxud qəbz alınmaqla təqdim edilməlidir.".

1.13. 404.1.2-ci maddədə birinci və ikinci halda "inzibati-iqtisadi" sözləri "kommersiya" sözü ilə, üçüncü halda "inzibati-iqtisadi" sözləri "Kommersiya" sözü ilə əvəz edilsin.

1.14. 404.2-ci maddə ləğv edilsin.

1.15. 414-cü, 422-ci və 423-cü maddələrdə "İnzibati-iqtisadi" sözləri "Kommersiya" sözü ilə əvəz edilsin.

Maddə 2.Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.



Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev

28/12/2019

Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ölkəmizdə turizmin inkişaf etdirilməsi, yeni turizm marşrutunun yaradılması məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.2.6-cı yarımbəndində göstərilmiş məbləğin 3,0 (üç) milyon manatı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2019-cu il.

14/12/2019

13 декабря правление Центробанка приняло решение о снижении учетной ставки с 7,75% до 7,5%.
Нац.валюты в обороте станет больше.

Самые важные нормативно-правовые акты Азербайджанской Республики на русском языке по ссылке ниже.
10/12/2019

Самые важные нормативно-правовые акты Азербайджанской Республики на русском языке по ссылке ниже.

Legal Consulting Services in Azerbaijan Юридические услуги в Азербайджане

Наступающий 2020-ый год станет годом процветания и развития. Осуществляемые в стране реформы дадут свой эффект. Государс...
10/12/2019

Наступающий 2020-ый год станет годом процветания и развития. Осуществляемые в стране реформы дадут свой эффект. Государство обеспечит прозрачность системы юстиции, отсев непрофессионалов, жесткую рыночную конкуренцию точными и однозначными положениями законов.

Интервью в журнале Consulting & Business
10/12/2019

Интервью в журнале Consulting & Business

Друзья! Компания Betelgeiz UA приглашает моделей для участия на практическом семинаре 13 декабря в г. Киев, на процедуру...
28/11/2019

Друзья! Компания Betelgeiz UA приглашает моделей для участия на практическом семинаре 13 декабря в г. Киев, на процедуру "3D объемное моделирование лица и ринокоррекция филлерами ENA Betelgeiz”. (аугументация губ, избавление от морщин, носогубные складки, носослезная борозда, межбровье, ринопластика).
УСЛОВИЯ УЧАСТИЯ - Только оплата препарата по новогодней скидке -10%. Не упустите свой шанс.
Процедуру проводит врач высшей категории, дерматокосметолог, спецаилист по anti-age медицине, международный спикер, Beauty-expert доктор Гюлара Сулейманова.
Подробная информация и телефоны для записи:
Светлана +380 (050) 1759009
Ольга +380 (099) 0776205
Виктория +380 (098) 1192029
Анна (офис) +380 (067) 372 70 74,
+380 (093) 039 84 94

Address

19/20, Salyan Road
Baku
AZ1023

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994555082055

Alerts

Be the first to know and let us send you an email when Sarkhan Ibadov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category

SARKHAN IBADOV

Уважаемые посетители, мы рады приветствовать вас на нашей странице!

Мы предоставляем эффективные, юридические услуги в городе Баку, Азербайджан. Наши правовые решения, в первую очередь, основаны на нашем личном опыте и профессиональных знаниях. Мы имеем более 10 лет юридического опыта как в Азербайджане, так и в странах Центральной Европы. Нашими клиентами являются как представители малого и среднего бизнеса, так и крупные предприятия, занимающиеся строительством, оказанием электронных и логистических услуг.

Наши юристы разбираются во множестве отраслей законодательства. Главным отличием от представленных в стране юридических контор, является то, что мы оказываем услуги, учитывая все нюансы дела, занимаемся интердисциплинарными и осложненными иностранным элементом вопросами.

Мы стараемся предоставить нашим клиентам успех в решении их правовых дел. Но мы не даем никаких гарантий! Иначе, это будет называться другим словом или выражением, а не оказанием юридических услуг.