25 saylı Vəkil Bürosu

25 saylı Vəkil Bürosu Vəkil xidmətləri

31/01/2026
31/01/2026

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında 24 dekabr 2025-ci il tarixli qərarının qəbul olunması ilə əvvəllər məhkəmə mübahisələrinin tənzimlənməsində geniş tətbiq olunan “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 1999-cu il 14 may tarixli plenum qərarı qüvvədən düşmüşdür.

Əvvəlki plenum qərarından fərqli olaraq yeni qərarla şərəf, ləyaqət, işgüzar nüfuz bir-birindən və şəxsi toxunulmazlıq hüququndan ayrılmaqla yeni anlayışlarla əhatə olunmuşdur.

Ətraflı:https://supremecourt.gov.az/storage/pages/2312/media-seref-leyaqet-ve-isguzar-nufuzun-mudafiesi-huququ.pdf

Azərbaycan Respublikası Vəkillər Kollegiyası 2025-ci ilin yekunlarına dair VK üzvlərinin Konfrasını keçirir.
31/01/2026

Azərbaycan Respublikası Vəkillər Kollegiyası 2025-ci ilin yekunlarına dair VK üzvlərinin Konfrasını keçirir.

31/01/2026

Vəkillər Kollegiyası xəbərdarlıq edir: “Vəkil” sözündən və onun tərcüməsindən qanunsuz istifadə məsuliyyətə səbəb olur

Məlum olduğu kimi, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna əsasən, Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən özünə münasibətdə və ya təşkilatının adında “vəkil” sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunması qadağandır.

Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinə edilən 30.12.2025-ci il tarixli dəyişikliyə əsasən, Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin gəlir əldə etmək məqsədilə “vəkil” sözündən istifadə etməsi inzibati məsuliyyətə səbəb olacaq.

Belə ki, Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən gəlir əldə etməklə özünə münasibətdə və ya təşkilatının adında “vəkil” sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

Diqqətə çatdırılır ki, “Vəkil” adından yalnız qanunla müəyyən edilmiş qaydada vəkil statusu əldə etmiş və Vəkillər Kollegiyasının üzvü olan şəxslər istifadə edə bilərlər.

Vəkillər Kollegiyası vətəndaşlardan bu cür qanunazidd hallarla qarşılaşdıqları təqdirdə müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələrini xahiş edir.

10 dekabr Ümumdünya İnsan Hüquqları Günüdür. Bu gün 1948-ci ildə BMT Baş Assambleyasının İnsan Hüquqları üzrə Ümumi Bəya...
10/12/2025

10 dekabr Ümumdünya İnsan Hüquqları Günüdür. Bu gün 1948-ci ildə BMT Baş Assambleyasının İnsan Hüquqları üzrə Ümumi Bəyannaməsini qəbul etdiyi tarixdə qeyd edilir. Bəyannamə insan ləyaqətinə və hüquqlarının müdafiəsinə əsaslanır və hər il bu gün dünya miqyasında qeyd olunur.

Tarixçəsi: 10 dekabr 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyası tərəfindən qəbul edilmiş İnsan Hüquqları üzrə Ümumi Bəyannaməyə həsr olunub.
Qeyd edilməsi: 1950-ci ildən bəri hər il dekabrın 10-u bütün dünyada İnsan Hüquqları Günü kimi qeyd edilir.
Əsas məqsədi: Bu gün, bütün insanların irqindən, cinsindən, dilindən, dinindən və ya digər fərqlərindən asılı olmayaraq eyni hüquqlara malik olduğunu vurğulamaq üçün qeyd olunur.
BMT-nin rolu: BMT-nin təməl prinsiplərindən biri insan hüquqlarının qorunmasıdır və bu missiya təşkilatın yarandığı gündən davam edir.

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

10/12/2025

ELAN

10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə dekabrın 10-da Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi yardımla bağlı respublika ərazisində fəaliyyət göstərən vəkil qurumlarında “Açıq qapı" günü keçiriləcək.

Belə ki, respublika üzrə aztəminatlı şəxslər pulsuz hüquqi yardım almaq üçün 25 Saylı Vəkil Bürosuna müraciət edə bilərlər.

Aksiya saat 09:00-dan 18:00-dək davam edəcək.
Əlaqədar şəxs: Asif Mədətov 055 639-89-98
25 saylı Vəkil Bürosu

12/11/2025

Bu keçidlə 25 saylı Vəkil Bürosu nun WhatsApp kanalına keçə bilərsiniz.

Hörmətli izləyicilər, 12 noyabr Konstitusiya günü münasibətilə Bakı şəhəri 25 saylı Vəkil Bürosunda 🗓12 noyabr 2025 ci i...
12/11/2025

Hörmətli izləyicilər, 12 noyabr Konstitusiya günü münasibətilə Bakı şəhəri 25 saylı Vəkil Bürosunda
🗓12 noyabr 2025 ci il tarixdə
saat 🕘9:00 dan 🕕18:00 dək Büronun ərazisində yaşayan sakinlər üçün "Açıq qapı" günü keçiriləcək. .
Aksiya çərçivəsində aztəminatlı və sosial həssas qruplardan olan şəxslər Büronun ofisinə yaxınlaşaraq pulsuz hüquqi yardımdan faydalana bilər.
Əlaqələndirici şəxs: Asif Mədətov
Tel: 055 639-89-98

ELAN!

"Konstitusiya və Suverenlik İli" çərçivəsində 12 Noyabr – Konstitusiya Günü münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən 12 noyabr 2025-ci il tarixində ölkə üzrə fəaliyyət göstərən bütün vəkil qurumlarında pulsuz hüquqi yardım aksiyası – “Açıq qapı" günü keçiriləcək.

Aksiya çərçivəsində aztəminatlı və sosial həssas qruplardan olan vətəndaşlar yaşadıqları ərazilərdəki Vəkil bürolarına müraciət edərək pulsuz hüquqi yardım ala bilərlər.

“Açıq qapı günü” saat 09:00-dan 18:00-dək davam edəcək.

Əlaqələndirici şəxs:
Afət Qaziyeva – Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinin direktor müavini
Tel: (012) 594-99-85, (050) 340-09-81

Bugün Büromuzun vəkilləri 15 iyun Milli Qurtuluş günü münasibətilə keçirilən aksiya çərçivəsində vətəndaşlara pulsuz hüq...
14/06/2024

Bugün Büromuzun vəkilləri 15 iyun Milli Qurtuluş günü münasibətilə keçirilən aksiya çərçivəsində vətəndaşlara pulsuz hüquqi yardım göstərmişlər. Xidmət səviyyəsindən razı qalan vətəndaşlar vəkillərə təşəkkürünü bildirmiş.

25 saylı Büronun vəkili Raman Abıshov İMZA İB-də vəzifəyə təyin edildi. Həmkarımızı təbrik edir və fəaliyyətində uğurlar...
29/02/2024

25 saylı Büronun vəkili Raman Abıshov İMZA İB-də vəzifəyə təyin edildi. Həmkarımızı təbrik edir və fəaliyyətində uğurlarlar arzu edirik.

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri Xəyyam Əsgərovun müvafiq əmrinə əsasən, Raman Abışov sədrin hüquqi məsələlər üzrə köməkçi vəzifəsinə təyin edilib.

“İMZA”-da yeni təyinatlar olub

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni təyinatlar olub.

Bu barədə qurumun Beynəlxalq və ictimai əlaqələr departamentinin rəhbəri Elnar Məmmədli məlumat verib.

Məlumata görə, Birliyin sədri Xəyyam Əsgərovun müvafiq əmrinə əsasən, Raman Abışov sədrin hüquqi məsələlər üzrə köməkçi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin qarşısına qoyduğu əsas məqsəd ilk növbədə Azerbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın genişmiqyaslı, milli və dövləti maraqlarımıza xidmət edən siyasətini təbliğ etməkdən, ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinə dəstək verməkdən, o cümlədən də bu qəbildən olan tədbirlərin online platformlarda işıqlandırılmasında yaxından iştirak etməkdən ibarətdir.
Dövlətə və dövlətçiliyimizə xidməti fəaliyyətlərində əsas amal hesab edən “İMZA”-çılar həmçinin beynəlxalq aləmdə də Azərbaycan həqiqətlərinin təbliğində yaxından iştirak edirlər və bundan sonra da bu istiqamətdə öz səylərini daha da gücləndirməyi qarşılarına məqsəd qoyublar. Çünki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu rəhbərliyi sayəsində işğalçı Ermənistan üzərində qazandığımız tarixi və parlaq qələbə Azərbaycana, xalqımıza, dövlətimizə dünyada çox ciddi nüfuz, hörmət və etibar qazandırıb.

“İMZA”-nın gələcək fəaliyyətinin əsas prioritetlərindən biri məhz qalib ölkəmizin dövlət siyasətinin mahiyyətinin, milli-mədəni dəyərlərinin, tarixinin dünyanın dörd bir tərəfində daha da geniş istiqamətli təbliği, tanıdılması olacaq.

27 sentyabr dövlətimizin tarixinə "Vətən müharibəsində bizə möhtəşəm qələbəni yaşadan şəhidlərin anım günü kimi yazılıb....
26/09/2023

27 sentyabr dövlətimizin tarixinə "Vətən müharibəsində bizə möhtəşəm qələbəni yaşadan şəhidlərin anım günü kimi yazılıb. Allah bütün şəhidlərimizə rəhmət etsin! Onlara olan borcumuz ödənilməz.

Address

Həsənoğlu Küçəsi 10
Baku
AZ1033

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994125668451

Website

Alerts

Be the first to know and let us send you an email when 25 saylı Vəkil Bürosu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to 25 saylı Vəkil Bürosu:

Share