Faiq Nağıyev və Partnyorları Vəkil Bürosu

Faiq Nağıyev və Partnyorları Vəkil Bürosu Etibarlı məsləhətçi və tərəfdaşınız

28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

27/05/2026

Qurban bayramınız mübarək!

09/05/2026

Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, bütün türk dünyasının iftixarı, dünya şöhrətli siyasi xadim, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü tamam olur.

Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Ulu Öndər Heydər Əliyev dühası hər bir azərbaycanlının qəlbində yaşayır və daim yaşayacaqdır.



Büromuzun vəkilləri qeyd olunan gündə və saatlarda ofisimizdə elan olunan aksiyanı icra edəcəklər…
05/05/2026

Büromuzun vəkilləri qeyd olunan gündə və saatlarda ofisimizdə elan olunan aksiyanı icra edəcəklər…

ELAN!

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı 08 may 2026-cı il tarixdə ölkə üzrə fəaliyyət göstərən bütün vəkil qurumlarında növbəti pulsuz hüquqi yardım aksiyası – “Açıq qapı" günü keçiriləcək.

Aksiya çərçivəsində aztəminatlı və sosial həssas qruplardan olan vətəndaşlar yaşadıqları ərazilərdəki Vəkil bürolarına müraciət edərək pulsuz hüquqi yardım ala bilərlər.

“Açıq qapı” günü saat 09:00-dan 18:00-dək davam edəcək.

Əlaqələndirici şəxs:
Afət Qaziyeva – Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinin direktoru
Tel: (012) 594-99-85, (050) 340-09-81

15/04/2026

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) tərəfindən gənc hüquqşünasların vəkillik peşəsinə marağının artırılması və onların peşəkar inkişafının dəstəklənməsi daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə hər il məktəblərdə və ali təhsil m...

31/03/2026

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü

28/03/2026

Vəkillər Kollegiyası Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə səmimi-qəlbdən təbrik edir, dəyərli və şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır.

20/03/2026

18/03/2026

2025-ci il üzrə vəkillik fəaliyyətinin statistik hesabatı

Məlum olduğu kimi, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vəkillik fəaliyyətinin statistikasının aparılması Vəkillər Kollegiyasının Rəyasət Heyətinin (VK) səlahiyyətlərinə aiddir. Həmin normanın tələblərinə uyğun olaraq VK tərəfindən vəkillik fəaliyyətinin sistemli şəkildə qiymətləndirilməsi, hüquqi yardımın əlçatanlığının və keyfiyyət göstəricilərinin təhlili həyata keçirilir.

Kollegiyanın Rəyasət Heyətinin 20 avqust 2025-ci il tarixli iclasında "Vəkil qurumu və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən göstərilmiş hüquqi yardım barədə" statistik hesabatın vahid forması yeni redaksiyada təsdiq edilmiş, müvafiq olaraq yarımillik statistik hesabatın iyul ayının 31-dək, illik statistik hesabatın isə növbəti ilin yanvar ayının 31-dək Rəyasət Heyətinə təqdim edilməsi qərara alınmışdır. Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən yarımillik və illik statistik hesabatlar təqdim edilib və 2025-ci il üzrə vəkillik fəaliyyətinin statistik hesabatı ümumiləşdirilib.

Qanunun aliliyi, şəffaflıq və hesabatlılıq prinsiplərini rəhbər tutaraq, VK tərəfindən hazırlanan statistik hesabatı ictimaiyyətə təqdim edirik:

Aparılmış təhlil nəticəsində müəyyən edilib ki, VK-nın tərkibində 144 Vəkil Bürosunda 2 676 vəkil, fərdi qaydada isə 150 vəkil fəaliyyət göstərir.

Hesabat dövründə 71 038 fiziki və 13 856 hüquqi şəxslə ümumilikdə 84 894 müqavilə bağlanılıb. Bağlanılan müqavilələr üzrə fiziki şəxslər tərəfindən 22 083 185,94 manat, hüquqi şəxslər tərəfindən isə 5 090 268,89 manat olmaqla, ümumilikdə 27 173 454,83 manat məbləğində vəsait ödənilib.

Eyni zamanda digər ödənişli əsaslarla (məsləhətlərin verilməsi, prosessual sənədlərin hazırlanması və s.) 13 469 fiziki və 1 770 hüquqi şəxs olmaqla, ümumilikdə 15 239 şəxsə hüquqi yardım göstərilib. Bununla yanaşı, 10 521 aztəminatlı şəxs ödənişsiz hüquqi yardımla təmin olunub.

Bundan əlavə, dövlət hesabına hüquqi yardımın göstərilməsi ilə əlaqədar icrası təmin edilən qərarlar üzrə vəkillərə ümumilikdə 5 999 874,51 manat məbləğində ödəniş həyata keçirilib.

Ətraflı: https://barassociation.az/news/1945

Address

Həsən Əliyev 7C, Premier Palace 4-cü Mərtəbə
Baku
AZ1078

Opening Hours

Monday 10:00 - 17:30
Tuesday 10:00 - 17:30
Wednesday 10:00 - 17:30
Thursday 10:00 - 17:30
Friday 10:00 - 17:30

Telephone

+994552373796

Alerts

Be the first to know and let us send you an email when Faiq Nağıyev və Partnyorları Vəkil Bürosu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Faiq Nağıyev və Partnyorları Vəkil Bürosu:

Share