09/01/2026
[ENG version below 🇬🇧]
📣Dəyərli dostlar! FELAS-ın öz sosial media hesabları vasitəsilə həyata keçirdiyi “Case corner” layihəsi çərçivəsində növbəti məhkəmə işini sizə təqim edirik.
📝İşin qısa məzmunu:
Ərizəçi 22 iyun 2001-ci il tarixdə ödənilməmiş əmək haqqına əlavələr və müavinətlər ilə bağlı işəgötürəninə qarşı iddia qaldırmışdır. Ərizəçinin eyni işəgötürənə qarşı əvvəllər qaldırdığı fərqli bir iddia üzrə yekun məhkəmə qərarı çıxarılana qədər hazırkı iş üzrə məhkəmə icraatı dayandırılmış və 20 aprel 2015-ci il tarixdə birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir.
Apellyasiya şikayəti verildikdən sonra həmin qətnamə ləğv edilmiş və iddianın qismən təmin edilməsi barədə yeni qətamə çıxarılmışdır. Bununla razılaşmayan ərizəçi qətnamədən kassasiya şikayəti vermiş, lakin təmin edilməmişdir. Ali Məhkəmənin iş yekun qərarı 10 mart 2020-ci il tarixdə qüvvəyə minmiş və 9 aprel 2020-ci il tarixdə onun surəti ərizəçiyə rəsmi qaydada təqdim edilmişdir.
Nəticədə, ərizəçi üç məhkəmə instansiyasında təxminən 19 il müddətində davam edən məhkəmə proseslərinin uzunluğu ilə əlaqədar AİHM-ə müraciət etmişdir.
🏛️Avropa İnsan Hüquqları Məhkəməsinin yanaşması:
Əsaslandırma: Məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 6.1-ci maddəsinə əsasən hesab etmişdir ki, ərizəçinin müxtəlif vaxtlarda oxşar iddialarla məhkəməyə müraciət etməsi məhkəmə prosesinin uzadılmasının səbəbi hesab edilə bilməz. Ərizəçi məhkəmə prosesləri ilə bağlı aktiv fəaliyyət göstərərək bir sıra prosessual hərəkətlər etmiş, lakin iş araşdırılarkən yerli məhkəmələr tərəfindən həddindən artıq vaxt itkisinə yol verilmişdir. Həmçinin, məhkəmə subsidiarlıq prinsipinə əsasən daxili müdafiə vasitələrindən istifadə edilsə də, nəzarətdən imtina edilməməli olduğunu qeyd etmişdir.
⚖️Qərar: Məhkəmə pozuntunun mövcudluğunu yekdilliklə qəbul etmiş və Avropa İnsan Hüquqları Konvensiyasının 41-ci maddəsinə əsasən mənəvi zərərə görə 11.000 avro məbləğində kompensasiya təyin etmişdir.
📌Bu kontekstdə, subsidiarlıq prinsipi üzv dövlətlərin insan hüquqlarının müdafiəsinin hərtərəfli şəkildə təmin etmək öhdəliyini və AİMH-in yalnız daxili müdafiə vasitələrinin tamamilə qurtardığı halda yardımçı vasitə kimi çıxış etdiyini nəzərdə tutur.
__________________________________
📣Dear fellas! We present you the next court case within the framework of the “Case corner” project launched by FELAS on its social media accounts.
📝Case background:
On 22 June 2001, the applicant brought a action against her employer in respect of unpaid salary supplements and allowances. The proceedings in the present case were adjourned until the delivery of a final judgment in respect of a different earlier action by the applicant against the same employer, and on 20 April 2015, the first-instance court in part upheld the latter action.
Upon appeal that judgment was quashed and the action upheld in part. The applicant, who did not agree with that, filed a cassation appeal against the judgment, but it was dismissed. The final judgment of the Supreme Court entered into force on 10 March 2020 and a copy of it was officially became available to the applicant on 9 April 2020.
As a result, the applicant applied to the ECtHR concerning the length of the proceedings, which had lasted for approximately 19 years over three levels of jurisdiction.
🏛️Approach of the European Court of Human Rights (ECHR):
Rationale: The Court considered, under Article 6 § 1 of the European Convention on Human Rights, that the fact that the applicant had brought similar actions to court at different times could not be considered a reason for prolonging the proceedings. The applicant had been in general active in respect of the proceedings, had undertaken a number of procedural actions, but the domestic courts conceded several periods of delay in examining the case. The Court also noted that, in accordance with the principle of subsidiarity, supervision should not be renounced even if domestic remedies had been exhausted.
⚖️Judgement: The court accepted the existence of the violation unanimously and awarded compensation in the amount of 11.000 euros for non-pecuniary damage under Article 41 of the European Convention on Human Rights.
📌In this context, the principle of subsidiarity implies the obligation of member states to ensure the comprehensive protection of human rights and that the ECHR acts as a subsidiary safeguard only when all domestic remedies have been exhausted.