29/09/2017
- - - Fiziki şəxs barəsində İcra Sənədi icra olunarkən TƏLƏBİN YÖNƏLDİLMƏSİNƏ YOL VERİLMƏYƏN əmlak növlərinin dəqiq ~ ~ ~
SİYAHISI
~ Bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla Fiziki şəxs barəsində İcra Sənədi icra olunarkən aşağıdakı əmlaklara TƏLƏBİN YÖNƏLDİLMƏSİNƏ YOL VERILMIR : ____________________________________________________________
~ borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (1 ailə üçün 1 ev və ya mənzildən çox olmamaq şərti ilə)
~ əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsinin təsərrüfat tikililəri və ya ayrı-ayrı hissələri, həmçinin onların altında olan torpağa
~ əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə
~ əsas məşğuliyyəti kənd təsərrüfatı olan fiziki şəxslərin hər növ mal-qara və digər ev heyvanından 1 baş və ev quşlarından 1 cütünə
~ əsas məşğuliyyəti kənd təsərrüfatı olan fiziki şəxslərin yeni yem yığılanadək və ya mal-qara örüşə çıxarılanadək mal-qara üçün lazım olan yem
~ əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu fiziki şəxslərə növbəti əkin üçün lazım olan toxuma
~ əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu fiziki şəxs və onun ailəsi üçün yeni məhsul yetişdirilənədək zəruri olan azuqəyə, digər borclular üçün isə 1 aylıq dolanışıq azuqəsinə
~ xörək hazırlamaq və ailənin yaşayış mənzilini qızdırmaq üçün mühüm əhəmiyyəti olmayan qızdırıcı soba və mövsüm ərzində lazım olan yanacağa
~ borclunun peşə fəaliyyətinin davam etdirilməsi üçün zəruri olan avadanlıq, o cümlədən ixtisas üzrə kitablar və vəsaitlərə
~ əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların hərəkəti üçün xüsusi nəqliyyat vasitələrinə
~ əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silah, döyüş sursatı və digər ov alətlərinə
~ borclu və onun ailə üzvlərinin qazandıqları beynəlxalq və başqa prizlərə
- - borclu və onun ailə üzvləri üçün lazım olan aşağıdakı ev avadanlıqları, əşyalar və paltarlara :
- hər 1 şəxs üçün paltar: 1 yay, 1 payız paltarı, 1 qış paltosu və ya başqa üst geyimi, 1 qış kostyumu (qadınlar üçün 2 dəst qış paltarı), 1 yay kostyumu (qadınlar üçün 2 dəst yay paltarı), hər 1 mövsüm üçün 1 baş geyimi (qadınlar üçün bundan əlavə yay üçün 2 baş yaylığı və 1 isti baş yaylığı və ya baş şalı), uzun müddət istifadə edilmiş və qiymətini itirmiş digər paltar və baş geyimləri
- geyilmiş ayaqqabı, alt paltarı, istifadə edilmiş yataq ləvazimatı, qiymətli materiallardan hazırlanmış, habelə bədii dəyəri olan şeylər istisna edilməklə qab-qacaq və mətbəx ləvazimatı
- mebel — hər 1 şəxs üçün 1 çarpayı və stul, 1 ailə üçün 1 stol, 1 şkaf, 1 sandıq, mənzildə olan 1 soyuducu, 1 radio və 1 televizor
- bütün uşaq ləvazimatı.
---------------------------------------------------------------------------------
Qeyd. Bu Siyahı ev tikmək və ya almaq üçün Kredit Təşkilatı tərəfindən verilmiş KREDİTİN TUTLMASI hallarına, habelə Girov və İpoteka ilə yükLü ediLmiŞ əmlaka şamil edilmir.