SAHAM Consulting

SAHAM Consulting Xidmətlərimiz:
⚖️ Hüquqi yardım
💰 Mühasibatlıq
📝 Kadr xidmətləri

Permanently closed.
31/07/2024

Ramiz Rövşən deyir ki,
Gecə yağış yağar, qəmlə köklənən,
Bir şair qəlbini əzizləməkçün.
Gecə yağış yağar, gündüz çirklənən,
Günahkar dünyanı təmizləməkçün.

Mən də gündüz moykaya verdiyim maşını gecə 3 damcı da olsa, yağış atıb təkrar eyni günə salan təbiəti qınayırdım. Hamısı şairin günahı imiş.

20/07/2024
19/07/2024

Aldadılmış qadın yoxdur. Aldadılmaq istəyən qadın vardır.
Özü istəmədiyi sürəcə qadını, heç bir kişi aldatmaq imkanında və fərasətində deyil!
Aldatdığını zənn edən kişi var, hürr iradəsi ilə bunu bacaran kişi də yoxdur.
Kişi və qadını yan-yana qoyub müqayisə etsək, ən peşəkar, fərasətli və şəritə uyğun davrana biləni qadındır.
Məhvetmə, dağıdıcılıq, şəxsiyyəti ikiləşdirmə bacarığı, fövqəl zəka ilə səbrlə oynama istedadı da tək qadına məxsusdur.
Heç bir kişi bütün ömrü boyu rolunu oynaya bilməz.
Lakin başladığı andan ölənə kimi özü üçün yazdığı obrazı oynama gücü qadında vardır. Son olaraq, heç bir qadın zəif, aciz, qorxaq deyildir! Bu xüsusiyyətlər də istədiyi yerə qədər cızdığı obrazın xarakteridir. Anında tam əksini görstərə bilərlər.
Onu idarə etdiyini zənn edənləri idarə edib, özünü idarə olunan kimi aparan dahi yaradılışdır, qadın!
P.S. İşimlə bağlı illərlə qarşılaşdığım qadınlarda müşahidə edib, gəldiyim nəticədir.

Bu sifətə diqqətlə baxın! Bizdə də belələri az deyil, elə pna görə paylaşıram ki, onlara da dərs olsun. Bu adam Tbilisi ...
11/07/2024

Bu sifətə diqqətlə baxın! Bizdə də belələri az deyil, elə pna görə paylaşıram ki, onlara da dərs olsun. Bu adam Tbilisi hava limanında taksi fəaliyyəti göstərir. Hava limanından çıxan kimi adi sayğacla işləyən taksi olduğunu bildirib, kilometrə uyğun qiymət olacağını dedi və əşyaları alıb avtomobilinə götürdü. 15 km məsafədə yerləşən otelə nə qədər çox məbləğ istəsə də bunun bizim pulla 30 manatı keçməyəcəyini düşündüm. Mənzil başına çatanda bu həyasız gədə, mənə dirəndi ki, 157 lari verməlisən. Sayğac dediyi isə öz telefonunda saxta bir proqramdı. Yarım saat mübahisə etdikdən sonra polis çağıracağımı bildirdim. Çünki, tək deyiləm və yanımda ailə uşaq var, onlar narahat olurdular. Həyasız taksiçi isə bunu görüb daha da rahatlanıb ki, ailə uşaq olanda məcbursan yola verməyə. Adam rəsmən 15 km məsafəyə 50 dollar tələb etdi. Onun nömrəsini götürdüm, məsələni belə qoymayacağımı bildirdirdim. Ailə ilə olduğuma görə də söhbəti uzatmadım, amma üzünə bu hərəkətin ən alçaq hərəkət olduğunu dedim.
Bunu paylaşmaqda məqsədim odur ki, yay tətilidir və ən yaxın qonşu ölkəyə səyahət edənlərimiz çoxdur. Bu adam da məhz ailəli turistlərə bunu edirmiş. Sonradan otel rəhbətliyindən öyrəndim. Siz belə dələduzlara aldanmamaq üçün Gürcustanda boltdan istifadə edin. Cəmi 20 larilik məsafədir şəhərin mərkəzinə. Bu sifəti isə umutmayın! Özünə votshapda da danışdıq dedim, məsələ məbləğdə deyil, adamın kefinə soğan doğramaq qədər alçaq hərəkəti nəticəsində bir gün əsəbimi toplaya bilmədim. Gürcüstan turizm və daxili işlər nazirliyinə də yazıb onun burnundan gətirəcəm. Bizdə də belələri varsa, bilsinlər ki, ölkəyə ayaq basan turistə bunu etmək öz dövlət atributlarına tüpürməkdir! Vətəninə, millətinə qarşı nifrət yaratmaqdır. Belə adamların milləti olmur.

11/03/2024

40-il Paz avtobusunda sərnişin kimi bir-birimizin qucağında səsimiz çıxmadan ictimai nəqliyyatdan istifadə edənlərin kafasını dəyişmək çətin məsələdir.
Hamı tənqidçidir, amma heç kim özündən, ailə üzvlərindən başlamır tənqidə.
Gül kimi müasir dünyanin avtobuslarindan da Paz avtobusu kimi istifadə edirik.
Avtobuslar öndən daxil olub, arxadan düşmək üçündür. Bunu anlamaq nə qədər çətindir? Hansısa ağır məntiqi məsələ deyil axı!!
Lom kimi kartını vurub, ödənişini edəndən sonra sürücünün başına niyə yığılır millət? Nə var orada?
Sən gedəcəyini ünvana vaxtında çatmaq üçün muradına çatmısan, imkan ver başqası da minsin də avtobusa.
Mindin avtobusa keç ən axıra, oradan da duş rədd ol da! Qadını belə, kişi belə, yaşlısı, cavanı hər təbəqədən adam vardı avtobusda bu səhvi edən.
Sonra da səslərini başlarına atırlar ki, kimsə sürtündü keçdi. Bir nəfər yaxasından tutub mütləq soruşmalıdımı ki, öndən düşməyə icazə yoxdursa, nə itin azıb burada?
13 nömrəli marşrut avtobuslarını görmüsüz? Bir kəndin camaatı sığışar onun içinə. Hər gün 20 -30 nəfər qotur kartını vurub dayanır girişin qarşısında. Avtobusun arxası boş, amma dayanacaqda 20 nəfər yerdə qalıb, minə bilmir.
Hələ irad tutanda da deyirlər ki, niyə hamı bir yerdən minməlidir, dövlət iki yerə kart vurmağa yer qoysun.
Bu adamlar həqiqətən də axmaqdirlar. Belələri necə hansısa işdə məsuliyyətlə, baş çalışdırıb işləyirlər? Bu adamlar necə ailəyə başçılıq edirlər. Bir avtobusa hardan minib, haradan düşmək lazım olduğunu, buna görə necə davranmağı bilməyən necə yararlı biri ola bilər?!
Tənqid edək, qinayaq, bəlkə görüb utandılar, düzəldilər.
Bəlkə audio yazı səsləndirilsin ki, ay qanacaqlı, avtobusa minən kimi ən axıra qədər get! Qorxma o qapı da dayanacaqda açılacaq.
Köhnə avtobuslarda pulu düşəndə verirdilər deyə, qaçıb axırda gözləyirdilər ki, birdən kiminsə yerinə ödəniş eləmək zorunda qalar. İndi həmin kütlə avtobusun ilk qapısının qarşısından sallana qalıblar.
Mən hər görəndə etiraz edirəm, sözümü deyirəm. Siz də deyin. O dayanacaqda sizlərə görə qalan, soyuqda üşüyən şagirdlərə görə susmaq olmaz.
Siz özünüz tələb edirsiz ki, kimsə başınıza qapaz vurub, yerinizi göstərsin. Adam öz yerini bilməlidir. Media da bu işə dəstək versin. Başqa əlac yoxdur, öyrətmək lazımdır! Necə, hansı yolla olacaq, bilmirəm. Ancaq ki, bu belə qala bilməz. Şəhərdə ictimai nəqliyyatdan istifadə qaydaları primitiv qaydadır, barı bunu öyrənsin hamı.

12/02/2024

Vəkil Səbuhi Axundov məhkəmə qətnamələrinin gecikdirilməsi və ya ümumiyyətlə icra məmurları tərəfindən icra olunmaması ilə bağlı şikayətlənib. Vəkil, bununla bağlı öz “Facebook” hesabında paylaşım edib. Onun sözlərinə görə, bankların məhkəmə qətnamələr...

30/08/2023

Elə yerlər var ki, adam "Dövlət baba"nın anidən müdaxiləsini görmək istəyir.
Söhbət hüquqi prosedurdan getmir. Anidən verilməli qərarlarda, hansı ki, məmurun hüquqi prosedurla da əli-qolu bağlı olur. Hətta zamana görə geri dönüşü olmayan zərərlər yaradacaq hallarda, gecikən ədalətin işə yaramadığı zamanda Dövlətin əli isə qarışır və nöqtə!
Fikrimi izah etmək üçün bir misal çəkim. Bu günlərdə Kamalya Aqazade himayəsində olan uşaqların təhsili ilə bağlı status yazmışdı. Təhsil müəssisələrinə o kimsəsiz, şiddət görmüş uşaqların yerləşdirilməsi üçün tələb olunan sənədləri əldə edənə kimi uşaqların təhsil hüququ pozulur. Bir sözlə hüquqi cəhətdən baxanda bu proses bir il çəkəcək işdir. Lakin sənəd hazır olan da uşaqların o ilini geri qaytarmaq olmur. Travma yaradır. Bu yerdə "Dövlət Baba" bir sehirli əli hərəkətə keçməli, hər şey anidən düzəlməlidir!
İkinci bir misal çəkim yenə təhsillə bağlıdır. Təfəkkür universiteti bağlananda tələbəni göndərirlər qeydiyyatla keçmiş Qafqaz universitetində oxumağa, indiki Bakı Mühəndislər Universiteti 4-cu kursa çatanda hər il ödəniş etmiş, imtahanlara girmiş, 3 il bu elm ocağına ayaq döymüş vətəndaş tələbəmizə deyir ki, senin sənədlərin yoxdur. Sən 3 il bura hədər gəlib-getmisen. Ona görə də nə pulun geri qayıdır nə də diplom veririk. Tələbə hər il 1800 manat pulu ac, fəhlə valideyni ödəyib. İndi pulu da yoxdur ki, bu hoqqanı çıxaranı məhkəməyə versin, haqqını tələb etsin. Lap deyək ki, hüquqi yola baş vurdu. Necə il gözləyəcək? Nəticədə məhkəmə ona Maddi və mənəvi zərərlə bağlı tələbinə 3-4 min manat kəsəcək. İllərini ona kimsə qaytarmayacaq. Bu yerdə də bu yazıq ailənin Dövlət babanin sehirli əlinin müdaxiləsinə ehtiyacı var.
Valideynləri boşanan uşaqlarla bağlı təhsil, səyahət və s. məsələlərdə uşaq hüquqlarından məhrum olur, gözləyir ki, ana və ata məhkəmədə iddia qaldırıb işi yekunlaşdırandan sonra məktəbə gedə bilsin, səyahətə çıxa bilsin.
Mən misalı uzada bilərəm, lap elə öncəki statusda qeyd etdiyim, test imtahanından 100% nəticə göstərən balaca qız balanızın işində olsun. İllərlə gecə-gündüz həvəslə çalışıb, hazırlaşan hamıdan yaxşı nəticə göstərən bu uşağın günahi nədir?! Vətəndaşı olduğu ölkədə 5-ci sinfi oxumaq istədiyi məktəbdə ən yüksək nəticə ilə oxuya bilməməsini ona necə izah edəsən?!
Hüquqi proseduru gedənə kimi bu uşağın keçirəcəyi hissi təsəvvür edirsiniz?! Olmazmı ki, Dövlət Baba bu məsələyə ən ali səviyyədə müdaxilə etsin və belə körpə yaşdan savadlı bir uşağın nifrətini qazanmayaq?!
Şəxsən mənim bir çox epizodlarda Dövlət Baba nı gözüm axtarır. Bəzən görmədiyimə görə də üzülürəm. Xüsusi bir quruma ehtiyac var. Fövqəl səlahiyyətli olan bir qurum. Hansı ki, belə məsələlərdə çağrilmadan özü gəlib çıxır və müdaxilə edir. Bəzən qanunlar da zamanın axıminda ədaləti məhv edir və bərpa olunan hüquq işə yaramır.

08/07/2023

Məşhur məcburi köçkünün fikirləri Qafqazinfo.az da yayımlanandan sonra dəhşətli şərhlərin şahidi olduq. Problemin nə qədər dərin olduğunun fərqinə varmaq lazımdır.
Evini təhvil vermək istəmədikləri adamın taleyi heç bir məcburi köçkünü maraqlandırmır. Evi ola-ola ailə ikiyə parçalanır ki, illərdir tutduqları ev də əllərindən çıxmasın. Yaxud da dövlət onlara yenə ev versin. Bu qədər tamahkarlıq hardandır bizdə?
Ən dəhşətlisi isə vaxtilə zəbt etdikləri mənzilləri özləri də istifadə etməyən məcburi köçkünlər var.
Elnure Abushova şərhini paylaşıram oxuyun, durumu səlahiyyət sahibləri də qiymətləndirsinlər. Belə gedərsə qanunu işlədə bilməyən məmurun yerinə, vətəndaş özü işini görməyə qalxar və bu p*s nəticələrə səbəb olar.

-"O qədər evə girib camaatın arzusunu gözündə qoyan məcburi köçkün var ki ... Birinin evində kirayə qalırdım, mikrarayonda 4 ev zəbt etmişdi, digərinin evində qalırdım Xalqlarda, 4 ev kirayə verirdilər, hamısın zəbt etmişdilər. Özləri də xaricdə yaşayırdı, məcburi köçkünlərə kommunal pulsuz idi, gəlib sayğaca rəqəmləri yazıb, o pulları da artıqlamasıyla alırdılar. Allah doydursun elələrinin gözünü. Bəzi qaçqınların ( məcburi köçkün) ömrü yataqxananın dar dəhlizlərində, ümumi hamam-tualetdə növbə gözləməklə keçdi"..

Başda fədakarlıqları dillər əzbəri olan şəhid həkimlərimizi hörmətlə yad edirəm! Ruhunuz qarşısında baş əyirəm! Bütün lə...
17/06/2023

Başda fədakarlıqları dillər əzbəri olan şəhid həkimlərimizi hörmətlə yad edirəm! Ruhunuz qarşısında baş əyirəm!
Bütün ləyaqətli, insani keyfiyyətləri ilə örnək olan dəyərli tibb işçilərini təbrik edirəm. Bayramınız mübarək! Qazi həkim dostlar, ürəklərdəsiz!

Bu gün Lənkəranda məhkəmə iclasım var idi. Yol boyu başqa bir məhkəmə işimlə bağlı Ali Məhkəmənin gələcəyi son nəticəni ...
14/06/2023

Bu gün Lənkəranda məhkəmə iclasım var idi. Yol boyu başqa bir məhkəmə işimlə bağlı Ali Məhkəmənin gələcəyi son nəticəni düşünmüşəm. Nəhayət ki, elektron sistemdən bildiriş gəldi. Ali Məhkəmənin Mülki Kolleksiyası ortaya ədaləti mövqe qoydu. 5 ildən çoxdur ki, davam edən məhkəmədə ilk dəfə idi ki, şərin üzərində xeyir qalib gəldi. Kimsəsi olmayan sürücüyə illərlə şərin gücü 70 min dollar ödənməsi barədə qətnamələr çıxmışdı. Haqq nazilər, amma üzülməz deyib, atalar. Mən 3- cü dəfə Ali Məhkəmədə olanda işə qoşuldum. Təzədən, tamam fərqli rakursda araşdırılmış həqiqəti başlanğıc nöqtədən araşdırmağa başlanıldı və uzun araşdırmalardan sonra Şəki Apellyasiya Məhkəməsi ədalətli qətnamə çıxardı və bu gün həmin qətnamə Ali Məhkəmədə də dəyişdirilmədən saxlanıldı.
Mənim təşəkkür yazmaqla aram yoxdur, amma bu məhz qarşı tərəfin kimliyini düşünəndə hakimlərin iradəsi səbəbindən təşəkkür edilməli işdir. Bu bir ədalətli mövqe üçün iradə göstərilən iş idi. Halal olsun, hamınıza! Ümidlərimizi çiçəkləndirdiyiniz üçün təşəkkür edirəm!

Address

Baku

Telephone

+994505228233

Website

Alerts

Be the first to know and let us send you an email when SAHAM Consulting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to SAHAM Consulting:

Share