28/10/2025
🔹“Arbitro” hüquq şirkəti 30-cu Yubiley Xəzər İnşaat Həftəsində uğurla iştirak edib.
Bakı Ekspo Mərkəzində keçirilən 30-cu Yubiley Xəzər İnşaat Həftəsi – “Caspian Construction Week” çərçivəsində təşkil olunan “BakuBuild” və “Rebuild Karabakh” sərgiləri başa çatıb. Üç gün davam edən tədbir regionun inşaat sektorunda ən nüfuzlu sənaye platformalarından biri kimi çıxış edib.
🔹Bu il “BakuBuild” sərgisi 30 illik, “Rebuild Karabakh” sərgisi isə 5 illik yubileyini qeyd edib. Sərgilərdə 17 ölkədən 299 şirkət iştirak edib. İştirakçı ölkələr sırasında Azərbaycanla yanaşı Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, İsrail, İran, İtaliya, Qazaxıstan, Çin, Rusiya, Rumıniya, Türkiyə, Özbəkistan, Çexiya və Cənubi Koreya yer alıb. Almaniya, İtaliya, Özbəkistan və Türkiyə sərgidə milli pavilyonlarla təmsil olunublar.
Tədbirdə “Arbitro” hüquq şirkətinin direktoru Nəcəf Əliyev və şirkətin hüquqşünasları da iştirak ediblər. Onlar sərgi iştirakçıları ilə görüşlər keçirərək “Arbitro” şirkəti tərəfindən göstərilən hüquq xidmətləri barədə ətraflı məlumat veriblər, inşaat və investisiya sektorunda fəaliyyət göstərən yerli və xarici şirkətlərlə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
🔹“Arbitro” hüquq şirkətinin bu tədbirdə iştirakı inşaat sənayesində fəaliyyət göstərən tərəfdaşlarla əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və yeni layihələrdə hüquqi dəstəyin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
🔸The law firm “Arbitro” has successfully participated in the 30th Anniversary of Caspian Construction Week.
The 30th of Anniversary Caspian Construction Week – “Caspian Construction Week”, held at the Baku Expo Center, has concluded with the “BakuBuild” and “Rebuild Karabakh” exhibitions. The three-day event served as one of the most prestigious industrial platforms in the region’s construction sector.
🔸This year, the “BakuBuild” exhibition celebrated its 30th anniversary, while the “Rebuild Karabakh” exhibition marked its 5th anniversary. A total of 299 companies from 17 countries participated in the exhibitions. Alongside Azerbaijan, participating countries included Germany, Belarus, the United Arab Emirates, Bulgaria, the United Kingdom, Israel, Iran, Italy, Kazakhstan, China, Russia, Romania, Türkiye, Uzbekistan, the Czech Republic, and South Korea. Germany, Italy, Uzbekistan, and Türkiye were represented with national pavilions.
The Director of “Arbitro” Law Firm, Najaf Aliyev, and the firm’s lawyers also took part in the event. They held meetings with exhibition participants, provided detailed information about the legal services offered by “Arbitro”, and discussed prospects for cooperation with local and foreign companies operating in the construction and investment sectors.
🔸The participation of “Arbitro” Law Firm in this event played an important role in strengthening partnerships with actors in the construction industry, acquiring international experience, and expanding legal support for new projects.