Vəkil Samir Qasımov

Vəkil Samir Qasımov Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vəkil Samir Qasımov, Lawyer & Law Firm, Baku.

20/01/2024

Moped və scooterlərə "prava" tələb olunurmu?
Qanuna görə onun motorunun həcmi 50 kub/sm artıq deyilsə və konstruktiv maksimal sürəti saatda 50 km/saatdan çox deyilsə onu idarə etmək üçün qeydiyyat və sürücülük vəsiqəsi tələb olunmur

19/01/2024

İmkansız şəxslərin cinayət işlərində olduğu kimi mülki işlərdə də dövlət hesabına vəkillə təmin edilmək hüququ vardır. Bunun üçün ilkin olaraq hər hansı vəkil bürosuna müraciət edilməlidir

Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən biridir.Belə ki, şəxsin öldüyü yaxud məhkəmə tərəfindən ölmüş ...
17/01/2024

Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən biridir.
Belə ki, şəxsin öldüyü yaxud məhkəmə tərəfindən ölmüş elan edildiyi vaxtdan etibarən miras açılmış hesab olunur. Miras həm aktiv, həm də passiv paylardan ibarət olur. Aktiv dedikdə ölən şəxsin daşınar və daşınmaz əmlakı, bankdakı əmanətləri və s. nəzərdə tutulur. Passiv paya isə şəxsin öldükdən sonra qalan kredit borcları və digər öhdəlikləri aiddir. Əgər vərəsə(lər) miras əmlak kimi aktivi qəbul edibsə bu o deməkdir ki, passivi də qəbul edib. Belə ki, həmin vərəsələr birbaşa olaraq ölən şəxsin öhdəlikləri üzrə borcluya çevrilirlər. Belə halda kreditor öhdəliyin icrasını vərəsə(lər)dən tələb edə bilər.
AR Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Yəni kreditor vərəsələrin miras əmlak kimi qəbul etdiyi pay həcmindən daha çox həcmdə öhdəlik tələb edə bilməz.

🔹⚖️🔹🧑🏻‍🎓🔹📜🔹
📱+994 55 611 21 41
☎️ +994 12 566 00 15
📍Bakı şəhəri, Nərimanov rayonu, İ.Həsənoğlu küçəsi, 4. (Həydər Əliyev mərkəzinin arxası)
📮[email protected]

23/01/2023

Şəxsi toxunulmazlıq hüququ

Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.
Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.

22/01/2023

Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır

21/01/2023

Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına görə cəza nəzərdə tutulub

AR Cinayət Məcəlləsinin 283.1-ci maddəsinə əsasən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

20/01/2023

İcra ödənişi nə qədərdir?

"İcra haqqında" qanunun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır

18/01/2023

Mülkiyyət hüququnun müdafiəsinə iddia müddəti şamil olunmur

Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil olunmur

17/01/2023

Hüquqi şəxsin təmsilçisinin məsuliyyəti

Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir

16/01/2023

Vergidən yayınan məbləğ 50000 manatdan çox olduqda cinayət məsuliyyəti yarana bilər

Address

Baku
1130

Telephone

+994556112141

Website

Alerts

Be the first to know and let us send you an email when Vəkil Samir Qasımov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Vəkil Samir Qasımov:

Share