adv. Sirac Piriyev

adv. Sirac Piriyev Tax Lawyer

01.01.2023-cü il tarixdən Vergi Məcəlləsinin 85.4-cü maddəsinə “(səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilə...
24/11/2022

01.01.2023-cü il tarixdən Vergi Məcəlləsinin 85.4-cü maddəsinə “(səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən)” hissəsi əlavə olunması nəzərdə tutulmuşdur.
Qeyd olunan dəyişiklik təklifi ilə əlaqədar bəzi detalları qeyd etmək istəyirəm. Məlum olduğu kimi, vergi ödəməkdən yayınma əməli xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır cinayətlər kateqoriyasına aiddir və Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən əməlin törədildiyi andan 7 il müddət keçdikdə (həmin müddətədək barəsində qüvvəyə minmiş hökm olmadıqda və şəxs gizlənməzsə) şəxs müddətin keçməsinə görə cinayət məsuliyyətindən azad olunur. Hazırki dəyişiklik təklifi qüvvəyə minəcəyi halda isə cinayət məsuliyyətinə cəlbetmə müddəti başa çatdıqdan sonra inzibati əməlin törədildiyi andan nəinki 7, hətta 12 ilədək müddətdə vergi orqanı tərəfindən inzibati tədbirlər həyata keçirilə biləcək. Belə ki, 01.01.2019-cu il tarixdən Vergi Məcəlləsinin 85.4-cü maddəsinə edilən dəyişikliyə görə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddəti ilə müəyyən edilən dövrü (7 il) əhatə edir. Yeni dəyişikliklə vergi hesablaması qərarı üzrə tələbetmə müddətinin axımı qərarın qəbul edildiyi tarixdən başlayarsa, cinayət məsuliyyətinə cəlbetmə müddəti başa çatmasına baxmayaraq inzibati tədbirlərin həyata keçirilməsi davam edəcək ki, bu da hüquqi məsuliyyətin ağırlıq dərəcəsi baxımından ziddiyyətli vəziyyət yaradacaqdır.
Misal: “A” MMC barəsində cinayət prosessual qanunvericiliyə uyğun olaraq 2015-2022-ci illəri əhatə edən səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi barədə vergi hesablaması qərarı 2023-cü ildə qəbul edilmiş və 2015-ci ilin aprel ayı üzrə hesablama aparılmışdır. Yeni dəyişikliklə həmin hesablama üzrə borc məbləği 2028-ci ilədək tələb olunacaq. Göründüyü kimi, 2015-ci ilin aprel ayında aparılmış əməliyyata (törədilmiş əmələ) görə cinayət məsuliyyətinə cəlbetmə müddəti 2022-ci ilin aprel ayında başa çatsa da, inzibati (vergi) məsuliyyət tədbirləri 2028-ci ilədək davam edəcək ki, bu vəziyyət hüquqi nonsensdir.
Güzgü effekti olaraq, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə də oxşar məzmunlu dəyişiklik təklif olunaraq vergi ödəyicisinin artıq ödənilmiş vergilərin geri qaytarılması və əvəzləşdirilməsini tələbetmə müddətinə də eyni hal şamil olunsa da, həmin müddəanın təsir dairəsi Məcəllənin 85.4-cü maddəsinə təklif edilən dəyişikliyə mütənasib deyil. Çünki, təklif olunan bu dəyişikliyin əsas məqsədi hesablanan borclar üzrə icra tədbirlərindən maksimum müddətdə yararlanmaqdır. Lakin, normada nəzərdə tutulan 5 illik müddət hüquqi məsuliyyətin ağır dərəcəsinə uyğun gəlmir və yoxlamanın əhatə etdiyi müddətdən asılı olaraq ümumi müddət dövrlə nəzərə alınmalı və icra tədbirlərinin görülməsi əməliyyatın aparıldığı vaxtdan maksimal 7 ilədək müddəti əhatə etməlidir.
Bundan başqa, qeyd olunan dəyişiklik səyyar vergi yoxlamasını digər nəzarət tədbirlərindən (kameral, operativ) üstün şəkildə fərqləndirməklə inzibati orqanın seçimindən asılı olaraq eyni fəaliyyət üzrə ayrı-ayrı vergi ödəyicilərində fərqli vəziyyətin yaranmasına səbəb olacaqdır. Məsələn, “A” MMC barəsində 2022-ci ilin mart ayına hər hansı məbləğdə kameral qaydada hesablama aparılmış və borc yaranmışdır. Mübahisə yoxdursa, 2027-ci ilin aprel ayında ödənilməmiş həmin borc məbləği ümidsiz borc kimi silinməlidir. “B” MMC barəsində 2022-ci ilin mart ayına 2025-ci ildə səyyar vergi yoxlaması ilə hesablama aparılacağı halda isə, həmin borc 2030-cu ilədək tələb olunacaqdır. Göründüyü kimi, təklif qüvvəyə minəcəyi halda, inzibati orqanın öz iradəsindən asılı olan hərəkətləri (hərəkətsizliyi) nəticəsində eyni əməliyyatlar üzrə müxtəlif vergi ödəyiciləri üçün fərqli hüquqi nəticələr yaranacaqdır.
Həmçinin, tələbetmə müddətinin uzadılması məqsədilə səyyar vergi yoxlamalarının sayı da əhəmiyyətli dərəcədə arta bilər.

01.01.2022-ci il tarixdən qüvvəyə minməsi gözlənilən "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi ...
14/11/2021

01.01.2022-ci il tarixdən qüvvəyə minməsi gözlənilən "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanun layihəsi Milli Məclisin saytında yerləşdirilmişdir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 saylı Qərarı ilə "Riskli vergi ödəyicisinin, ö cümlədən riskli əm...
28/07/2020

AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 saylı Qərarı ilə "Riskli vergi ödəyicisinin, ö cümlədən riskli əməliyyatların Meyarları" təsdiq olunmuşdur.

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Yuxarı vergi orqanında inzibati şikayətlər üzrə aparılan inzibati icraat barədə
01/07/2020

Yuxarı vergi orqanında inzibati şikayətlər üzrə
aparılan inzibati icraat barədə

Vergi münasibətləri baxımından inzibati icraat dedikdə, vergi orqanlarının öz təşəbbüsü ilə və ya vergi ödəyicisinin müraciəti əsasında inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, həmçinin inzibati şikayətlərə baxılması ....

Ümid edirik ki, təkliflərimiz nəzərə alınaraq İqtisadiyyat Nazirliyinə müvafiq tapşırıqlar veriləcək.
09/06/2020

Ümid edirik ki, təkliflərimiz nəzərə alınaraq İqtisadiyyat Nazirliyinə müvafiq tapşırıqlar veriləcək.

Tanınmış iki vergi mütəxəssisi Sirac Piriyev və Vəli Əliyev Azərbaycan Respublikasının Baş Nazirə pandemiyanının iqtisadi və hüquqi təsirləri barədə...

28/05/2020

Cinayət Məcəlləsinə edilən və 1 iyun 2020-ci il tarixdən qüvvəyə minəcək dəyişikliyə görə, vergi, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma əməli artıq 20 000,0 manat deyil, 50 000,0 manat həddi aşdıqda cinayət tərkibi yaradacaq.
Belə ki, dəyişikliyə görə xeyli miqdar 50 000,0 - 200 000,0, külli miqdar isə 200 000,0 - 500 000,0 manat həddində müəyyən edilmişdir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi təsdiq olundu və "Vergilər Nazirliyi" adlı qurum bu gü...
12/05/2020

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi təsdiq olundu və "Vergilər Nazirliyi" adlı qurum bu gündən tarixə qovuşdu.

1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Xidmət) Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tib...

05/05/2020

E-huquq.az portalı əhalinin bütün təbəqələri üçün hüquqi məsələlər, məhkəmə və hüquq-mühafizə orqanlarının işi üzrə müstəqil informasiya platforması kimi fəaliyyət göstərir.

"Azərbaycan vəkili" jurnalının XIX buraxılışında Vergi Məcəlləsinə 2019-cu ildə hüquqi istiqamətdə edilən dəyişiklikləri...
20/04/2020

"Azərbaycan vəkili" jurnalının XIX buraxılışında Vergi Məcəlləsinə 2019-cu ildə hüquqi istiqamətdə edilən dəyişikliklərin izahı və digər maraqlı məqalələr nəşr olunmuşdur.
Jurnalın elektron versiyasını linkdən yükləyə bilərsiniz.

Bu günlərdə “Azərbaycan vəkili” jurnalının sayca 19-cu nömrəsi nəşr olunmuşdur. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin maliyyə dəstəyi ilə işıq üzü görmüş Jurnal orada çıxan məqalələrinin aktuallığı və praktikliyi ...

Address

8 Noyabr Prospekti, 25
Baku

Alerts

Be the first to know and let us send you an email when adv. Sirac Piriyev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category