Hüquq və Mediasiya Xidmətləri

Hüquq və Mediasiya Xidmətləri Hüquq və Mediasiya Xidmətləri

Müqəddəs Ramazan bayramınız mübarək 🤗
20/04/2023

Müqəddəs Ramazan bayramınız mübarək 🤗


🔻 Bütün növ hüquq xidmətləri:🔹️ Bütün növ ərizələrin hazırlanması (iddia, şikayət, etiraz, vəsatət, pretenziya, müraciət...
17/04/2023

🔻 Bütün növ hüquq xidmətləri:

🔹️ Bütün növ ərizələrin hazırlanması (iddia, şikayət, etiraz, vəsatət, pretenziya, müraciət, təklif və s.)
🔸️ Mediasiya sənədlərinin hazırlanması (təklif, müraciət və s.)
🔹️ Bütün növ mülki, cinayət, inzibati, kommersiya işlərinə dair hüquq və maraqların vəkilin iştirakı ilə məhkəmələrdə müdafiə olunması;
🔸️ Bütün növ müqavilələrin hazırlanması, hazır müqavilələrin hüquqi analiz edilməsi, onlara rəy verilməsi və s.
🔹️ Miqrasiya sənədlərinin hazırlanması (iş icazəsi, müvəqqəti və daimi yaşama icazəsi və s.)
🔹️ Əqli mülkiyyət hüquqlarına dair patentlərin alınması;
🔸️ Qanunla nəzərdə tutulmuş müxtəlif fəaliyyət növlərinə dair lisenziyaların alınması;
🔹️ Digər bütün növ hüquq xidmətləri.

👇 👇 👇 👇 👇 👇 👇 👇

📲 (+994 55/70) 517 01 01

👨‍💻 Dəyərli izləyicilər, səhifənin link bölməsindəki Whatsapp Messenger dəstək xətti 7/24 aktivdir. Suallarınızı və təkliflərinizi istədiyiniz vaxt Direct-ə və Whatsapp-a ünvanlaya bilərsiniz❗

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birl...
14/04/2023

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə vətəndaşa müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır.

Həmçinin təcili və təxirəsalınmaz tibbi yardım zamanı vətəndaşa Agentliyin müqavilə bağladığı tibb müəssisələrində dərhal tibbi xidmət göstərilir. Müqaviləli tibb müəssisəsi vətəndaşa xidmət göstərməsi barədə Agentliyə müraciət edir və həmin xidmət Xidmətlər Zərfinə daxildirsə, icbari tibbi sığorta vəsaiti hesabına qarşılanır. Beləliklə, vətəndaş tibbi xidməti ödənişsiz əldə etmiş olur.

Daha ətraflı;
📲+994 55 517 01 01
📲+994 70 517 01 01

12/04/2023
Şəxsi toxunulmazlıq hüququ♦️Hər kəsin şəxsi toxunulmazlıq hüququ var. Hüquqi dövlətdə, vətəndaş cəmiyyətində fərdi azadl...
11/04/2023

Şəxsi toxunulmazlıq hüququ
♦️Hər kəsin şəxsi toxunulmazlıq hüququ var. Hüquqi dövlətdə, vətəndaş cəmiyyətində fərdi azadlıqlara nə qədər böyük önəm verilirsə, şəxsi toxunulmazlığa, fərdi məlumatların qorunmasına bir o qədər dəyər verilir.
♦️Hüququn hakim olduğu cəmiyyət və dövlərdə fərdin hüquqlarının qorunması hər şeydən öncə gəlir. Azərbaycanda da istər əsas qanunda, istərsə də sahəvi qanunlarda şəxsi toxunulmazlıq hüququnun tələblərinə ciddi əməl edilir.
♦️Konstitusiyaya əsasən, şəxsi toxunulmazlıq hüququ tanınır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq, həmçinin hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var.
♦️Qanunla müəyyən edilən hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
♦️Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq yalnız qanunla nəzərdə tutulan qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
♦️Qanunla müəyyən edilən hallar istisna olmaqla, hər kəs onun haqqında toplanan məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanan və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilən məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ var.
♦️Qeyd edək ki, şəxsi toxunulmazlıq hüququ təbii hüquqlar (insan hüquqları) qrupuna aiddir və bütün normal ölkələrdə tanınır. Müasir dövrdə beynəlxalq və milli-hüquqi tənzimetmənin mərkəzi obyekti hesab olunan insan hüquqları sivilizasiyanın əsas insani dəyərləri sırasına aid edilir. Beynəlxalq hüquqi baxımdan insan hüquqları istənilən müasir cəmiyyətdə şəxsin hüquqi vəziyyəti üçün xarakterik hüquqlardır.

Bu məsələnin qanunvericilikdə birbaşa tənzimlənilməsi yoxdur. Bəzi kateqoriya şəxslər var ki, onların həmin kapitaldakı ...
09/04/2023

Bu məsələnin qanunvericilikdə birbaşa tənzimlənilməsi yoxdur. Bəzi kateqoriya şəxslər var ki, onların həmin kapitaldakı vəsaiti əldə etmək hüququ var. Onlar aşağıdakılardır:
1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları:
*18 yaşına çatmamış;
*18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs;
*təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;
2. ata, ana, ər, arvad “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə;
3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.
Sadalanan şəxslərin ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ var. Yəni şəxs pensiya yaşına çatmadan ölərsə onun kapitalındakı vəsait bu pensiyaya yönəlir.
Hazırda pensiya yaşına çatmadan rəhmətə gedən şəxslərin sayı həddindən artıq çoxdur. Hamının ailəsində də yuxarıda sadaladığımız şəxslərin olması mümkünsüzdür. Bu səbəbdən həmin kapital vəfat etmiş şəxslərin vərəsələrinə məxsus olmalıdır. Qanunvericilikdə bu məsələnim birbaşa tənzimlənməsi olmasa da məhkəmə vasitəsilə bu vəsaiti əldə etmək mümkündür.

Kiməsə zamin durmusunuz və həmin şəxs 1 ildən çoxdur ki ödənişi etmir? O zaman nə edə bilərsiniz?Mülki Məcəllənin 477-ci...
04/04/2023

Kiməsə zamin durmusunuz və həmin şəxs 1 ildən çoxdur ki ödənişi etmir? O zaman nə edə bilərsiniz?
Mülki Məcəllənin 477-ci maddəsinə görə əgər müqavilənin müddətinin bitməsindən 1 il keçibsə və bu müddət ərzində bank zaminə qarşı heç bir tələb irəli sürməyibsə, yəni məhkəməyə verməyibsə zaminlik müqaviləsinə xitam verilir. 1 ildən sonra bank zamani məhkəməyə versə belə işə xitam verilməlidir.

Daha ətraflı məlumat üçün rəy bölməsində + və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz 😊.

📱+994 55 517 01 01
📱+994 70 517 01 01

31/03/2023

30/03/2023

Address

Bakı şəhəri Nizami Rayonu Qara Qarayev Pr. Əlif Hacıyev Küçəsi 46C
Baku

Telephone

+994555170101

Website

Alerts

Be the first to know and let us send you an email when Hüquq və Mediasiya Xidmətləri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category