BonaFide Law Firm

BonaFide Law Firm Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BonaFide Law Firm, Legal Service, Səməd Vurğun 83, Baku.

Bakıda franchise sərgisi!Çox yaxında, sentyabrın 26-da "Franch region" şirkətinin Bakı şəhəri, Excelsior Hotel & SPA Bak...
24/09/2024

Bakıda franchise sərgisi!

Çox yaxında, sentyabrın 26-da "Franch region" şirkətinin Bakı şəhəri, Excelsior Hotel & SPA Baku, Heydər əliyev prospekti, 2A ünvanında françayzinq sərgisi keçiriləcək.

Sərgi saat 09:30 da başlayır, giriş pulsuzdur.

BonaFide şirkəti olaraq sərgidə sizi görməkdən məmnun olarıq!

***********************************************************************

Franchise Exhibition in Baku!

Very soon, on September 26, the "Franch Region" company will hold a franchising exhibition in Baku at Excelsior Hotel & SPA Baku, 2A Heydar Aliyev Avenue.

The exhibition will start at 09:30, and entrance is free.

As BonaFide, we would be pleased to see you at the exhibition!

***********************************************************************

Выставка франшиз в Баку!

Совсем скоро, 26 сентября, в отеле Excelsior Hotel & SPA Баку, проспект Гейдара Алиева, 2А состоится выставка франшиз Franch Region.

Начало выставки в 09:30, вход свободный.

Компания BonaFide будет рада видеть Вас на выставке!

Hüquq Xidmətləri üzrə Sizin Etibarlı Tərəfdaşınız!“BONAFİDE” Hüquq Şirkəti olaraq iqtisadiyyatın bir çox sahələrində mür...
09/01/2024

Hüquq Xidmətləri üzrə Sizin Etibarlı Tərəfdaşınız!

“BONAFİDE” Hüquq Şirkəti olaraq iqtisadiyyatın bir çox sahələrində mürəkkəb hüquqi məsələlərin həlli yolunda yüksək ixtisaslı mütəxəssislərdən ibarət olan komandamız ilə aşağıdakı xidmətləri hər bir müştəri üçün fərdiləşdirilmiş qaydada göstərməkdən qürur duyuruq.

🏛 Məhkəmələrdə təmsilçilik
📜 Müqavilə hüququ
🏢 Korporativ hüquq
👥 Əmək və Miqrasiya hüququ
💼 Vergi hüququ
⚖ Cinayət hüququ
🏦 Bank hüququ
🛡 Əqli mülkiyyət hüququ
🌐 Enerji və təbii ehtiyatlar
💹 Qiymətli kağızlar
🔐 Məlumatların mühafizəsi
✈ Aviasiya hüququ
🏡 Daşınmaz əmlak

Bizim etibar üzərində qurulmuş və xidmətimizin keyfiyyəti sayəsində möhkəmlənmiş uzunmüddətli müştəri münasibətləri mədəniyyətimiz mövcuddur. Müştərilərimizin sırasında yerli və xarici kommersiya şirkətləri, o cümlədən aviasiya, yükdaşıma, telekommunikasiya, bank, tikinti, enerji və təbii ehtiyatlar, kənd təsərrüfatı və digər sahələrdə çalışan təşkilatlar vardır.
Həmçinin, “BONAFİDE” Hüquq Şirkəti tərəfindən müntəzəm olaraq dövlət qurumları, publik hüquqi şəxslər və xarici QHT-lər tərəfindən həyata keçirilən ölkə əhəmiyyətli bir sıra layihələr üzrə də yüksək keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi həyata keçirilir.
Sizin uğurunuz bizim prioritetimizdir!
Hüquqi xidmətə ehtiyacınız varsa bizimlə əlaqə saxlamağa çəkinməyin .

📍 AZ 1014,Azərbaycan, Bakı şəhəri, Səməd Vurğun küçəsi 83 (World Business Center), Ofis No 4/3
📞 (+994 12) 597 30 41
🌐 bonafide.az
📧 [email protected]

BONAFIDE Law Firm is an established Azerbaijani law firm with plenty of practice in handling complex legal matters in multiple areas of law. Our team of trained professionals takes pride in providing personalized legal services.

10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü!
10/12/2023

10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü!

20/10/2023

BONAFIDE Hüquq Şirkəti 2018-ci ildə təsis edilmişdir və qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq iqtisadiyy...
20/10/2023

BONAFIDE Hüquq Şirkəti 2018-ci ildə təsis edilmişdir və qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq iqtisadiyyatın bir çox sahələrində mürəkkəb hüquqi məsələlərin həll olunması təcrübəsinə malikdir. Yüksək ixtisaslı mütəxəssislərdən ibarət olan komandamız hər bir müştəri üçün fərdiləşdirilmiş xidmət göstərməkdən qürur duyur.

Bizim müştərilərimizin sırasında yerli və xarici kommersiya şirkətləri, o cümlədən aviasiya, yükdaşıma, telekommunikasiya, bank, tikinti, enerji və təbii ehtiyatlar, kənd təsərrüfatı və digər sahələrdə çalışan təşkilatlar vardır. Həmçinin BONAFIDE Hüquq Şirkəti tərəfindən müntəzəm olaraq dövlət qurumları, publik hüquqi şəxslər və xarici QHT-lər tərəfindən həyata keçirilən ölkə əhəmiyyətli bir sıra layihələr üzrə də yüksək keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi həyata keçirilir.

Bizim etibar üzərində qurulmuş və xidmətimizin keyfiyyəti sayəsində möhkəmlənmiş uzunmüddətli müştəri münasibətləri mədəniyyətimiz mövcuddur.

Arif Əyyubov şirkətin idarəedici partnyorudur. BONAFIDE şirkətinə qoşulmazdan əvvəl Arif Azərbaycanın bir sıra dövlət qu...
31/07/2023

Arif Əyyubov şirkətin idarəedici partnyorudur. BONAFIDE şirkətinə qoşulmazdan əvvəl Arif Azərbaycanın bir sıra dövlət qurumlarında müxtəlif böyük vəzifələrdə, o cümlədən Baş Prokurorluqda prokuror və Bakı Apellyasiya Məhkəməsində məhkəmə katibi vəzifələrində çalışmışdır.

Arif cinayət, vergi, əmək, pensiya, anti-korrupsiya, korporativ və kommersiya hüquqları üzrə ixtisaslaşmışdır. O, müntəzəm olaraq müştərilərə hüquqi şəxslərin təsis edilməsi, yenidən təşkili və idarə edilməsi, gömrük rəsmiləşdirməsi, AML (çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə), hüquqi şəxslərin cinayət məsuliyyəti və s. məsələlər üzrə məsləhətlər verir.

Arif Vəkillər Kollegiyasının üzvüdür və müştəriləri məhkəmə proseslərində, o cümlədən Ali Məhkəmə və Konstitusiya Məhkəməsində təmsil etmək hüququna malikdir.

O həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Apellyasiya Arbitraj Tribunalının üzvüdür.

Arif Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquq üzrə bakalavr və Bakı Dövlət Universitetində konstitusiya hüququ üzrə magistr təhsili almışdır. O, magistr təhsilini Avstriyanın Beynəlxalq Anti-Korrupsiya Akademiyasında başa vurmuşdur.

Dil biliyi

Azərbaycan
İngilis
Rus

[email protected]

Anar Məmmədov şirkətin partnyorudur. BONAFIDE şirkətinə qoşulmasından əvvəl Anar Baş Prokurorluq, Ədliyyə Nazirliyi və B...
31/07/2023

Anar Məmmədov şirkətin partnyorudur. BONAFIDE şirkətinə qoşulmasından əvvəl Anar Baş Prokurorluq, Ədliyyə Nazirliyi və Bakı Apellyasiya Məhkəməsi daxil olmaqla əsasən dövlət təşkilatlarında çalışmışdır.

Anar cinayət, beynəlxalq, inzibati, kommersiya və mülki hüquq üzrə ixtisaslaşmışdır. O, həmçinin Rusiya hüququ üzrə məsləhət verir.

Anar Bakı Dövlət Universitetinin hüquqşünaslıq üzrə bakalavr və cinayət hüququ üzrə magistratura pilləsini bitirmiş, həmçinin Avropanın qabaqcıl universitetləri tərəfindən hüquq üzrə təşkil edilmiş bir sıra kurslarda iştirak etmişdir.

Dil biliyi

Azərbaycan
İngilis
Rus

[email protected]

Mehman Rzayev şirkətin böyük hüquqşünasıdır. BONAFİDE-yə qoşulmazdan əvvəl Mehman özəl şirkətdə hüquqşünas vəzifəsində i...
31/07/2023

Mehman Rzayev şirkətin böyük hüquqşünasıdır. BONAFİDE-yə qoşulmazdan əvvəl Mehman özəl şirkətdə hüquqşünas vəzifəsində işləmişdir.

Mehman əmək, inzibati, müqavilə, korporativ və kommersiya hüququ üzrə ixtisaslaşmışdır. O, müxtəlif növ korporativ sənədlərin, kommersiya müqavilələri, ərizələr və digər hüquqi sənədlərin tərtib edilməsi və yoxlanılmasında kifayət qədər təcrübəlidir.

Mehman Vəkillər Kollegiyasının üzvüdür və müştəriləri məhkəmə proseslərində, o cümlədən Ali Məhkəmə və Konstitusiya Məhkəməsində təmsil etmək hüququna malikdir.

Mehman bakalavr təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakültəsində almışdır.

Dil biliyi

Azərbaycan
İngilis
Türk

[email protected]

Şükufə Muradsoy şirkətin böyük hüquqşünasıdır. BONAFIDE-yə qoşulmazdan əvvəl o, yerli hüquq firmasında və Dövlət Sosial ...
31/07/2023

Şükufə Muradsoy şirkətin böyük hüquqşünasıdır. BONAFIDE-yə qoşulmazdan əvvəl o, yerli hüquq firmasında və Dövlət Sosial Müdafiə Fondunda çalışmışdır. O, əmək, sosial təminat, inzibati, müqavilə, korporativ və kommersiya hüququ üzrə ixtisaslaşmışdır.

Şükufə müntəzəm olaraq kommersiya və korporativ hüququn müxtəlif aspektləri, o cümlədən hüquqi şəxslərin yaradılması, yenidən təşkili, əmək məsələləri, miqrasiya, daşınmaz əmlak, qiymətli kağızlar və s. üzrə müştərilərə məsləhətlər verir. O, müxtəlif növ korporativ sənədlərin, kommersiya müqavilələri, ərizələr və digər hüquqi sənədlərin hazırlanması və nəzərdən keçirilməsində kifayət qədər təcrübəlidir.

Şükufə bakalavr və magistr təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakültəsində almışdır.

Dil biliyi

Azərbaycan
İngilis

[email protected]

Nərmin Quliyeva şirkətin hüquqşünasıdır. BONAFIDE şirkətinə qoşulmazdan əvvəl Nərmin Resant Group və Simbrella şirkətlər...
31/07/2023

Nərmin Quliyeva şirkətin hüquqşünasıdır. BONAFIDE şirkətinə qoşulmazdan əvvəl Nərmin Resant Group və Simbrella şirkətlərində kiçik hüquqşünas vəzifəsində çalışmışdır.

Nərmin inzibati, müqavilə, korporativ və kommersiya hüququ üzrə ixtisaslaşmışdır. O, müntəzəm olaraq müştərilərə müxtəlif tənzimləmə məsələləri, korporativ uyğunluq, məşğulluq və korporativ idarəetmə məsələləri üzrə məsləhətlər verir. O, müxtəlif növ hüquqi sənədlərin, o cümlədən kommersiya müqavilələrinin, hüquqi memorandumların, daxili korporativ sənədlərin və s. layihələrin hazırlanması və nəzərdən keçirilməsində təcrübəlidir.

Nərmin Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr və İİT, Çikaqo-Kent Hüquq Kollecində Beynəlxalq və Transmilli hüquq üzrə magistr təhsili almışdır.

Dil biliyi

Azərbaycan
İngilis
Türk

[email protected]

Address

Səməd Vurğun 83
Baku
AZ1014

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125973041

Alerts

Be the first to know and let us send you an email when BonaFide Law Firm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to BonaFide Law Firm:

Share

Category