Vəkil Rəşad Əliyev

Vəkil Rəşad Əliyev Vəkil Rəşad Əliyev (Vaqifoğlu) Sizə peşəkar hüquq xidmətləri göstərir

Telefon: 055 832 85 00

19/08/2026

Başqası üçün bankdan öz adınıza kredit götürməyin!

Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, İstənilən texnoloji i...
09/08/2026

Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, İstənilən texnoloji inkişaf cəmiyyətdə həm mənfi, həm də müsbət dəyişikliklərə səbəb olur. İnfomasiyanın daha çevik əldə olunması, analitik məlumatların, lazımlı kontelntlərin hazırlanması və s. süni intellektdən istifadənin müsbət tərəfi olsa da, bu yolla insanların hüququnun pozulmasına, yeni növ hüquqazidd əməllərin baş verməsinə də sıx rast gəlinir. Xüsusilə də foto, video, səsdən istifadə edərək dezinformativ və saxta kontentlərin hazırlanması, bu yolla şəxslərin nüfuzunun, şərəf ləyaqətinin aşağı salınması, dələduzluq, kibertəhlükəsizliyə təhdid yaradan hüquqazidd hallar baş verə bilər.
Bu səbəbdən qanunvericiliyin təkmilləşdirilməsinə zərurət yaranır və cəmiyyətdəki münasibətlərin hüquqi tənzimlənməsi üçün yeni qanunlar qəbul edilir, yaxud da mövcud qanunvericilik aktlarına dəyişikliklər edilir.

Təsadüfi deyil ki, bir müddət öncə , "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Media haqqında" qanunlara dəyişikliklər edilib, süni intellektdən istifadə edərək qanunsuz materialların hazırlanıb yayılmasına görə qadağalar, qadağaların pozulmasına görə məsuliyyətin müəyyən edilməsi üçün Cinayət Məcəlləsinə və Cinayət-Prosessual Məcəllələrə yeni müddəalar əlavə edilib.

Prezident İlham Əliyev tərəfindən imzalanmış dəyişikliklər paketinə əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materiallar hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma Cinayət Məcəlləsinin 148-2-ci maddəsinə əsasən 3 min manatdan 7 min manatadək cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər, habelə 3 ilədək azadlığın məhdudlaşdırılması, eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədildikdə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə - 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Həmçinin Cinayət Məcəlləsinə əlavəe dilmiş 242-2-ci maddəyə əsasən şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yaymanın 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Qanuna görə süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə belə texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir. Beynəlxalq praktikada da bu yanaşma - süni intellekt sistemlərinə dair şəffaflıq öhdəlikləri prioritet məsələdir.

2024-cü il avqustun 1-də qüvvəyə minən Aİ-nin "Süni İntellekt Qanun"u süni intellekt sistemləri üçün risk səviyyəsinə uyğun fərqli qaydalar müəyyən edir. Qanuna əsasən, qəbulolunmaz risk daşıyan bəzi süni intellekt tətbiqləri qadağan edilir, yüksəkriskli sistemlərlə bağlı isə ciddi öhdəliklər tətbiq olunur. Süni intellektlə bağlı qaydaların mərhələli şəkildə qüvvəyə mindiyi bu Qanunda bu il avqustun 2-dən etibarən şəffaflıq öhdəliklərinin tətbiq edilməsinə başlanılacaq. Aİ-nin Komissiyası və üzv ölkələrin bazara nəzarət orqanları yoxlama və sanksiya tətbiq etmək səlahiyyətlərini faktiki olaraq həyata keçirə biləcəklər.

Yeni qaydaların məqsədi vətəndaşların süni intellektlə qarşılıqlı əlaqədə olduqlarını və qarşılaşdıqları məzmunun süni intellekt tərəfindən yaradılıb-yaradılmadığını anlaya bilmələrini təmin etməkdir. Bununla süni intellektin aldadıcı şəkildə istifadəsinin qarşısının alınması, informasiya ekosistemində şəffaflığın artırılması və rəqəmsal mühitə olan etimadın gücləndirilməsi hədəflənir.

06/08/2026

Bank kartına səhvən pul köçürdükdə nə etmək lazımdır?

Məhkəmə qərarını icra etməyənləri nə gözləyir? — Vəkil açıqladıMəhkəmə tərəfindən qəbul edilən və qanuni qüvvəyə minən q...
27/07/2026

Məhkəmə qərarını icra etməyənləri nə gözləyir? — Vəkil açıqladı

Məhkəmə tərəfindən qəbul edilən və qanuni qüvvəyə minən qərarların vaxtında və tam şəkildə icra olunması ədalət mühakiməsinin effektivliyini müəyyən edən əsas amillərdən hesab olunur. Lakin praktikada bəzi hallarda icra sənədlərinin yerinə yetirilməsinin uzanması, borcluların öhdəliklərdən yayınması və icra prosesində yaranan digər maneələr vətəndaşların hüquqlarının bərpasını gecikdirir.

Bəs məhkəmə qərarlarının icrası niyə ləngiyir, bu sahədə ən çox rast gəlinən problemlər hansılardır və mövcud qanunvericilik həmin halların aradan qaldırılması üçün hansı mexanizmləri nəzərdə tutur?

Məsələ barədə Demokrat.az-a açıqlama verən vəkil Rəşad Əliyev deyib ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir:
“Bu tələbləri yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 10 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir”.
O qeyd edib ki, qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən yüz manat, borclu hüquqi şəxsdən isə beş yüz manat miqdarında icra ödənişi alınır:

“Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən bu əmələ görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir”.
Vəkil qeyd edib ki, inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir:

“Eyni əməlin bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Ancaq qeyd edək ki, bu inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Həmçinin icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə məsuliyyət yaradır. Bu əmələ yol verənlər iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd edək ki, bu əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir”.

Vəkil Rəşad Əliyev Musavat.com-a qeyd edib ki, Azərbaycan qanunvericiliyinə əsasən, uşağın saxlanılması, qayğısına qalın...
21/07/2026

Vəkil Rəşad Əliyev Musavat.com-a qeyd edib ki, Azərbaycan qanunvericiliyinə əsasən, uşağın saxlanılması, qayğısına qalınması, tərbiyə edilməsi və onun normal inkişafı üçün zəruri şəraitin yaradılması valideynlərin birbaşa vəzifəsidir:

“Qanunvericilikdə valideynlərin öz övladlarından imtina etməsi və ya bu məsuliyyətdən birtərəfli qaydada yayınması ilə bağlı hər hansı hüquq və ya səlahiyyət nəzərdə tutulmayıb. Yəni valideyn istənilən halda uşağın qarşısında daşıdığı hüquqi öhdəlikləri yerinə yetirməyə borcludur”.
Vəkil həmçinin qeyd edib ki, uşaqlara qarşı edilən zorakılıq sübuta yetirilərsə, ana cinayət məsuliyyətinə cəlb edilə bilər: “Uşaqlara qarşı işgəncə və ya zorakılıq faktları ilə bağlı məsələlər hüquq-mühafizə orqanları tərəfindən mütləq qaydada məhkəmə-tibbi ekspertizası təyin olunur. Ekspertiza nəticəsində uşaqlara yetirilmiş xəsarətlərin xarakteri, ağırlıq dərəcəsi, onların sağlamlığına vurulan zərər, eləcə də hadisənin digər mühüm halları ətraflı araşdırılır. Bununla yanaşı, uşaqların yaşı, fiziki və psixoloji vəziyyəti, onların mənafeyi, eləcə də iş üzrə toplanmış digər sübutlar da hüquqi qiymətləndirmə zamanı nəzərə alınır. Məhz bu araşdırmaların və ekspertiza rəyinin nəticələrinə əsasən, əmələ hüquqi qiymət verilir və təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə ittiham irəli sürülür. Bu səbəbdən istintaq başa çatmadan və ekspertiza rəyi əldə olunmadan həmin şəxsin hansı maddə ilə ittiham ediləcəyini və ya onu hansı cəzanın gözlədiyini əvvəlcədən söyləmək mümkün deyil. Çünki hüquqi məsuliyyət birbaşa olaraq ekspertiza rəyi, xəsarətlərin ağırlıq dərəcəsi və istintaq zamanı müəyyən edilən digər faktlardan asılı olaraq müəyyənləşdirilir. Əgər aparılan istintaq nəticəsində həmin şəxslərin təqsiri məhkəmədə sübuta yetirilərsə, onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində həmin əmələ görə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunaraq müvafiq cəzaya məhkum edilə bilərlər”.

Demokrat.az-a məsələ ilə bağlı danışan Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev 18 yaşına çatmış Azərbaycan Respublikas...
21/07/2026

Demokrat.az-a məsələ ilə bağlı danışan Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının adını, atasının adını və soyadını dəyişdirilməsi ilə bağlı müraciət etmək hüququna malik olduğunu bildirib:
“Adın, atasının adının və soyadının dəyişdirilməsi üçün ərizə vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə (ZAQS), xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşı tərəfindən isə konsulluğa təqdim edilir. Ərizədə şəxsin soyadı, adı, atasının adı, adını, atasının adını və ya soyadını dəyişdirmək istəyi, daşımaq istədiyi ad, atasının adı və soyad, doğulduğu tarix və yer, milliyyəti, vətəndaşlığı, yaşayış və iş yeri, vəzifəsi, hərbi qeydiyyat yeri göstərilir. Həmçinin əvvəllər adını, atasının adını və ya soyadını dəyişdiribsə, bunun nə vaxt və harada həyata keçirildiyi barədə məlumat, ərizə verilənədək bağladığı nikahlar və onların pozulması, övladları, xarici ölkələrdən deportasiya olunubsa, bu barədə məlumat, eləcə də şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və verilmə tarixi qeyd edilməlidir. Ərizəyə müvafiq sənədlər də əlavə olunmalıdır. Bu sənədlərə şəxsin doğumu haqqında şəhadətnamə, nikahdadırsa nikah haqqında şəhadətnamə, nikahı pozulubsa nikahın pozulması haqqında şəhadətnamə, yetkinlik yaşına çatmayan uşaqları varsa onların doğumu haqqında şəhadətnamələr, şəxsiyyətini təsdiq edən sənədin və hərbi biletin notariat qaydasında təsdiq edilmiş surətləri, 3×4 sm ölçüdə iki ədəd fotoşəkil, həmçinin dövlət rüsumunun ödənilməsi barədə sənəd daxildir. Müvafiq qurum araşdırmalardan sonra 15 gün müddətində ərizə verən şəxsin adının, atasının adının və soyadının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir. Ad, atasının adı və ya soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq bu barədə 3 iş günü müddətində ərizə verən şəxsə məlumat verir. Şəxs qeydiyyat şöbəsinə və ya konsulluğa müraciət etdiyi gün dəyişiklik qeydə alınır və ona müvafiq şəhadətnamə təqdim edilir”.

Hüquqşünas aşağıdakı hallarda şəxsin adının, atasının adının və soyadının dəyişdirilməsinə yol verilmədiyini qeyd edib:

“Ərizə verən şəxs cinayət mühakimə icraatında şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, ərizə vermiş şəxsin götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda və müraciət etmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə.

Adın, atasının adının və soyadının dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq imtina haqqında qərar qəbul edir, bu barədə 5 iş günü müddətində ərizə verən şəxsə məlumat verir və onun müraciəti əsasında həmin qərarın bir nüsxəsini, təqdim etdiyi sənədlərlə birlikdə qaytarır. Adın, soyadın və atasının adının dəyişdirilməsindən imtina edildikdə vətəndaş bununla bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası bununla bağlı mübahisələrə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərarında imtinanın hansı hallarda əsaslı hesab oluna biləcəyini göstərib. Qərarda qeyd edilir ki, məhkəmələr və inzibati orqanlar ictimai maraqlar naminə məhdudiyyətlər tətbiq edərkən ictimai maraqlarla fərdin maraqları arasında ədalətli tarazlığın qorunmasına xüsusi diqqət yetirməlidirlər. Ad və ya soyadın dəyişdirilməsi tələbi zamanı şəxsin qarşılaşdığı real, ciddi və əsaslandırılmış məhrumiyyətlərin mövcudluğu vacibdir. Yalnız şəxsi zövqə, sadə emosional bağlılığa və ya adi sosial-mədəni səbəblərə istinad edilməsi fərdi hüquqların üstün tutulması üçün kifayət etmir. Şəxsi adını və ya soyadını dəyişdirməyə sövq edən real səbəblər mövcud olmalı və həmin səbəblər onun həyatında davamlı şəkildə ciddi məhrumiyyətlər yaratmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, adın, atasının adının və soyadının ilk dəfə verilməsi ilə müqayisədə, sonradan dəyişdirilməsi zamanı dövlət bu dəyişikliklərin həyata keçirilməsi və izlənilməsi üçün müəyyən resurslar sərf edir. Buna görə də belə müraciətlər üzrə daha real, ciddi və əsaslandırılmış səbəblərin mövcudluğu tələb oluna bilər".

Yurd FM-in efirində yayımlanan verilişin tam versiyası şərh bölümündə
18/07/2026

Yurd FM-in efirində yayımlanan verilişin tam versiyası şərh bölümündə

17/07/2026

Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
Mülki Məcəllənin 1166-cı maddəsi vəsiyyət anlayışını tənzimləyir. Bu normaya əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

Ancaq Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən. vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
Qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
Qanun üzrə vərəsəlik zamanı müəyyən edilən şəxslər bərabər pay hüquqlu vərəsələr sayılırlar və qanunvericilikdə müəyyən edilmiş növbəlilik tətbiq edilir:

Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.
Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər.
Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.
İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.
Dördüncü növbədə - xalalar və
bibilər, dayılar və əmilər.
Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları

11/07/2026

Qaynananın evindən kürəkənə pay düşmür 😉

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib ki, Əmək Məcəlləsinin 233-...
11/07/2026

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib ki, Əmək Məcəlləsinin 233-cü maddəsində həm soyuq, həm də isti hava şəraitində fasilələr və işin dayandırılması ilə bağlı konkret normalar əksini tapıb.

Vəkil qeyd edib ki, qanunvericiliyə əsasən işçilər üçün bu tənzimləmələr nəzərdə tutulur:

“Havanın temperaturu azı 41 dərəcə Selsidən çox olduqda, açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır. Bu zaman işçilərə sərinləşmək üçün imkan yaradılmaqla xüsusi fasilələr verilir.

İşlərin dayandırılması və sərinləşmək/isinmək üçün fasilələrin verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqı təşkilatının birgə qərarı ilə həyata keçirilir.

İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi tam dayandırmağın qeyri-mümkün olduğu yerlərdə, işin dayandırılması bir-birini əvəz edən növbələrin müəyyən olunması ilə əvəz edilir. Bu növbəlilik həmkarlar ittifaqının razılığı ilə işəgötürən tərəfindən tənzimlənir”.

İlin soyuq vaxtı və küləkli havada hansı qaydalar qüvvədədir?

Məcəllənin 2-ci əlavəsinə diqqət çəkən Rəşad Əliyev əlavə edib ki, məhdudiyyətlər təkcə yay mövsümü ilə bitmir:

“İlin soyuq vaxtında qapalı yerlərdə temperatur müsbət 14 dərəcə Selsidən aşağı olduqda işçilərə fasilələr verilir və ya iş dayandırılır. Havanın temperaturu mənfi 10 dərəcə və daha aşağı olduqda, eyni zamanda küləyin gücü 3 baldan artıq olarsa, açıq havada bütün növ işlər dayandırılır və ya qızınmaq üçün fasilələr elan edilir. Quruda küləyin gücü 6 bal və daha artıq olduqda kranlarla görülən bütün işlər dayandırılmalıdır. Tikinti və dəniz işlərində isə xidmətin xarakterindən asılı olaraq küləyin gücünə görə xüsusi dayandırılma normaları tətbiq edilir”...

Address

20 Saylı Vəkil Bürosu (Bakı, Xan Şuşinski 158)
Baku
AZ1106

Telephone

+994558328500

Website

Alerts

Be the first to know and let us send you an email when Vəkil Rəşad Əliyev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share