Vəkil Vüqar Cavadov

Vəkil Vüqar Cavadov Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Vəkil, Hüquq üzrə Təlimçi

Mən Cavadov Vüqar Şahmalı oğlu 2009-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişəm. 2011-ci il tarixdən 2020-ci il mart ayınadək yerli icra hakimiyyəti orqanlarında və məhkəmə orqanlarında hüquqşünas, hakim köməkçisi vəzifələrində işləmişəm. 10 ildən artıq hüquq sahəsində professional təcrübəm var. 2020-ci il iyun ayından Vəkil, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüyəm. İnzibati mübahisələrə dair işlər üzrə peşəkar təcrübəyə malikəm.

10/05/2026

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 mart 2026-cı il tarixli qərarına əsasən
- Müvafiq məsələyə baxılarkən hüquq tətbiqedən orqanlar tərəfindən vergi ödəyicisinin öz öhdəliklərinin icrasından yayınması ilə bağlı ilkin sübutlar araşdırılmalı, alternativ tədbirlərin tətbiqinin mümkünlüyü və tətbiq edilən məhdudiyyətin gözlənilən nəticəyə mütənasibliyi qiymətləndirilməli, belə tədbirin tətbiqi şəxsin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.4-cü maddəsinə əsasən - İnsanın özgəninkiləşdirilməyən hüquq və azadlıqları...
16/03/2026

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

2.4-cü maddəsinə əsasən - İnsanın özgəninkiləşdirilməyən hüquq və azadlıqlarının, digər qeyri-maddi nemətlərin gerçəkləşdirilməsi və müdafiəsi ilə bağlı münasibətlər, əgər bu münasibətlərin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.

2.5-ci maddəsinə əsasən - Əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə, rəqabət və inzibati münasibətlərə tətbiq edilmir.

2.6-cı maddəsinə əsasən - Qanundan aşağı qüvvəli normativ hüquqi aktlar mülki münasibətlərin tənzimlənməsi üçün yalnız o halda tətbiq edilir ki, onlar bu Məcəlləyə uyğun gəlsin və ona zidd olmasın.

Address

Heydər Əliyev Prospekti 115
Baku
AZ1029

Opening Hours

Monday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00

Telephone

+994504004949

Alerts

Be the first to know and let us send you an email when Vəkil Vüqar Cavadov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Vəkil Vüqar Cavadov:

Shortcuts

Share

Category