Hrlaw_az

Hrlaw_az Hr Law Azərbaycan Respublikasının əmək münasibətləri üzrə ixtisaslaşmış xidmətlər göstərən hüquq şirkətidir.

05/03/2022

HRLAW, müqavilə əsasında müəssisə, idarə və təşkilatlarda əmək qanunvericiliyi üzrə müvafiq normativ-hüquqi aktların düzgün tətbiq edilməsi və qanunvericiliyin tələblərinin pozulmasına yol verilməməsi sahəsində hüquqi xidmətlər göstərir, bu sahə üzrə ünvanlanan suallara qanunvericiliyə əsaslanaraq cavablarını təqdim edir.

Qeyd olunan xidmətlərə:
- Müxtəlif xarakterli əmək müqavilələrinin qanuna uyğun tərtibatı, əlavə və dəyişikliklərin edilməsi;
- İş rejiminin və onun icra mexanizminin qurulması, tələb olunan işçi sayının müəyyənləşdirilməsi;
- Əmək haqqı sisteminin qurulması və tətbiqi, kadr üzrə sənədlərin hazırlanması;
- Müxtəlif xarakterli əsasnamələrin, “Vahid Bəyannamə” –nin hazırlanması;
- Əmək qanunvericiliyi və əmək haqqı üzrə təlimlərin keçirilməsi və digər analoji xidmətlər daxildir.

Əmək hüququ üzrə suallarınız var?Hrlaw.az saytına suallarınızı yazın və suallarınızın cavabını peşəkarlardan öyrənin.
23/10/2021

Əmək hüququ üzrə suallarınız var?

Hrlaw.az saytına suallarınızı yazın və suallarınızın cavabını peşəkarlardan öyrənin.

“HRLAW” MMC  əcnəbi vətəndaşların Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olması üçün tələb olunan müvafiq...
23/10/2021

“HRLAW” MMC əcnəbi vətəndaşların Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olması üçün tələb olunan müvafiq icazələrin alınması üçün öz xidmətlərini təklif edir. Belə ki, müəssisəmiz əcnəbi vətəndaşların iş və yaşama icazələrinin alınması, itirilmiş və ya korlanmış icazə sənədlərinin alınması üçün müraciətlərin edilməsi üzrə xidmətlər göstərir.

https://hrlaw.az/xidmet/miqrasiya

“HRLAW” MMC əmək münasibətləri çərçivəsində müvafiq dövlət qurumlarına göndərilən hesabatların hazırlanması, müəssisə ad...
23/10/2021

“HRLAW” MMC əmək münasibətləri çərçivəsində müvafiq dövlət qurumlarına göndərilən hesabatların hazırlanması, müəssisə adından dövlət qurumları ilə münasibətlərin aparılması üzrə xidmətlərini təklif edir.

“HRLAW” MMC tərəfindən hüquqi şəxslər üçün əmək münasibətləri çərçivəsində görülən işlərin, verilən məsləhətlərin nəticəsində müvafiq dövlət qurumlarına hər hansı bir şikayət təqdim olunarsa müəssisəmiz bu şikayətlər üzrə “müdafiə” mövqeyi göstərir və inzibati cərimənin yaranmasının qarşısını almaq üçün öz dəstəyini göstərir.

https://hrlaw.az/xidmet/dovlet-qurumlari-ile-is

"HR & Payroll" əsasnamə əmək qanunvericiliyində nəzərdə tutulan normaların, daxili qaydalarla tənzimlənən nüansları özün...
23/10/2021

"HR & Payroll" əsasnamə əmək qanunvericiliyində nəzərdə tutulan normaların, daxili qaydalarla tənzimlənən nüansları özündə əks etdirən şirkət siyasətinin bir parçasıdır. Qeyd olunan əsasnamədə iş rejimi, əmək haqqı hesablanması prinsipləri, əməyin qüvvədə olan mükafat sistemi və sair əmək münasibə üzrə hallar əks olunur.

İşçi və işəgötürən arasındakı münasibətlərin daha şəffaf və dəqiq tənzimlənməsi üçün "HR & Payroll" əsasnamə əvəzolunmaz “məhsul” hesab olunur.

“HRLAW” şirkəti iş vaxtının cəmlənmiş uçotu iş rejiminin mahiyyəti, əmək haqqının hesablanması və s. hallarla bağlı, habelə, əmək və icra intizamının təmin edilməsi qaydaları ilə bağlı Əsasnamə hazırlanması üzrə xidmətlər göstərir.

https://hrlaw.az/xidmet/hr-payroll-esasname

Vahid bəyannamə iş vaxtının qeydiyyat cədvəli, əmək haqqı fondunun müəyyən tərkib hissələri, əmək haqqıdan tutulmaları,h...
23/10/2021

Vahid bəyannamə iş vaxtının qeydiyyat cədvəli, əmək haqqı fondunun müəyyən tərkib hissələri, əmək haqqıdan tutulmaları,habelə, tutulmalar üzrə müvafiq güzəştləri özündə əks etdirən hesabat növüdür. Rüblük əsasda verilən hesabatın təqdim edilməməsi və ya gecikdirilərək təqdimatı müvafiq inzibati cərimə üçün şərait yaradır.

“HRLAW” şirkəti qanunvericiliyə uyğun olaraq muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə rüblük hesabatın hazırlanması, habelə, Vahid Bəyannamənin hazırlanması ilə bağlı texniki dəstəyin göstərilməsi üzrə xidmətlər göstərir.

https://hrlaw.az/xidmet/vahid-beyanname

Əmək münasibətləri üzrə müəyyən olunan əməliyyatların hüququ qüvvəyə minməsi üçün kadr kargüzarlığı mühüm rol oynayır. B...
23/10/2021

Əmək münasibətləri üzrə müəyyən olunan əməliyyatların hüququ qüvvəyə minməsi üçün kadr kargüzarlığı mühüm rol oynayır. Belə ki, insan resursları üzrə proseslərinin hüquqi sənədlərlə rəsmiləşdirilməsi dövlət təftişi zamanı hüquqi rəy verilir. Həmçinin, əmək mübahisələri zamanı tərtib olunan kadr sənədləri məhkəmə üçün dəlil kimi istifadə oluna bilər.

“HRLAW” şirkəti tələb olunan müxtəlif xarakterli əmrlərin tərtibatı, Əmək, Mülki və Sosial münasibətləri tənzimləyən sənədlərin hazırlanması habelə , kadr kargüzarlığı üzrə digər hüquqi xidmətləri göstərir.

https://hrlaw.az/xidmet/kadr-isleri

Əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin ...
21/10/2021

Əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən verilən haqqdır.

Əmək haqqının hesablanması təqvim ili üzrə müəyyən olunan “istehsalat təqvimi”dən, işçinin işlədiyi iş yerindən (məs,ağır və zərərli iş şəraiti), tətbiq olunan iş rejimindən (məs, iş vaxtının cəmlənmiş uçotunun tətbiq olunduğu iş rejimləri), iş saatlarından (məs, gecə saatları) asılı olduğu üçün dərin nəzəri biliklər və praktiki vərdişlər tələb edir.

Əməyin ödənilməsi sistemi üzrə ödənilən mükafatların, habelə,işçinin orta əmək haqqı və işyerinin saxlandığı hallarda hesablanan əmək haqqı zamanı nəzərə alınan və alınmayan ödənclərin tətbiqi əmək haqqının diqqət tələb edən sahəyə çevirmişdir.

“HRLAW” aşağıda qeyd olunan əmək haqqı üzrə xidmətləri göstərir:

Əmək haqqı sisteminin müəyyən edilməsi və qurulması;
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması;
Ezamiyyət vaxtı üçün orta əmək haqqının hesablanması;
Ödənişli təhsil məzuniyyəti üçün orta əmək haqqının hesablanması;
Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları.
Əmək haqqından tutulmaların müəyyən edilməsi

https://hrlaw.az/xidmet/emekhaqqi

Şirkətin fəaliyyət istiqamətindən asılı olaraq iş yerlərində fərqli iş rejimləri müəyyən edilə bilər. Ofis şəraitində 5 ...
20/10/2021

Şirkətin fəaliyyət istiqamətindən asılı olaraq iş yerlərində fərqli iş rejimləri müəyyən edilə bilər. Ofis şəraitində 5 günlük 2 istirahət günü olan iş həftəsi və yaxud da 6 günlük 1 istirahət günü olan iş həftəsinin tətbiqi geniş vüsət halı almışdır. Bundan əlavə olaraq, işçilərə fərdi qaydada yanaşaraq qanunvericiliyin tələbinə əsasən, qısaldılmış iş həftəsi və ya natamam iş həftəsi müəyyən edilir.

Yuxarıda qeyd olunan iş rejimlərindən fərqli olan iş rejimləri əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən olunan əmək şəraiti ağır və zərərli sahələrdə, fasiləsiz iş rejiminin tətbiq olduğu və sair iş yerlərində tətbiq olunur.

“HRLAW” şirkəti iş rejiminin və onun icra mexanizminin qurulması, müvafiq işlərin yerinə yetirilməsi üçün tələb olunan işçi sayının müəyyənləşdirilməsi, habelə , əmək müqaviləsi üzrə digər hüquqi xidmətləri göstərir.

https://hrlaw.az/xidmet/is-rejimi

İşçi və işəgötürən əmək müqaviləsini fərdi qaydada bağlayaraq, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq v...
07/10/2021

İşçi və işəgötürən əmək müqaviləsini fərdi qaydada bağlayaraq, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini müəyyən edirlər. Əmək müqaviləsinin qanunvericilikdə qeyd olunan müvafiq şərtləri özündə əks etdirməsi icbari xarakter daşıyır. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi üçün yazılı olaraq bağlanması və müəyyən edilmiş müvafiq portalda qeydiyyata alınması tələb olunur. Əmək müqaviləsinin nümunəvi forması Azərbaycan Respublikasının Əmək Məcəlləsində öz əksini tapmışdır. Lakin, Əmək məcəlləsinin 5 günlük 2 istirahət günü olan iş həftəsi üzrə normaları əhatə etdiyini nəzərə alsaq, müəyyən olunan nümunə digər iş rejimlərində fərqli hazırlanması praktiki olaraq tələb olunur. Bundan əlavə olaraq, əmək müqavilələrində daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər.

“HRLAW” şirkəti müxtəlif xarakterli əmək müqavilələrinin qanuna uyğun tərtibatı, əməkmüqaviləsinə əlavə və dəyişikliklərin edilməsi, habelə, əmək müqaviləsi üzrə digər hüquqixidmətlərin göstərir.

Hrlaw aşağıdakı xidmətləri təklif edir: -Müxtəlif xarakterli əmək müqavilələrinin qanuna uyğun tərtibatı, əlavə və dəyiş...
27/09/2021

Hrlaw aşağıdakı xidmətləri təklif edir:

-Müxtəlif xarakterli əmək müqavilələrinin qanuna uyğun tərtibatı, əlavə və dəyişikliklərin edilməsi
-İş rejiminin və onun icra mexanizminin qurulması, tələb olunan işçi sayının müəyyənləşdirilməsi
-Əmək haqqı sisteminin qurulması və tətbiqi, kadr üzrə sənədlərin hazırlanması
-Müxtəlif xarakterli əsasnamələrin, “Vahid Bəyannamə” –nin hazırlanması

Address

Azerbaijan
Baku

Alerts

Be the first to know and let us send you an email when Hrlaw_az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share