HMB Hüquq Məsləhətləri Bürosu

HMB Hüquq Məsləhətləri Bürosu Hüquqlarınızı müdafiə edək!

03/12/2025
03/12/2025
Güc qanun deyil, Qanun gücdü.
28/01/2020

Güc qanun deyil, Qanun gücdü.

28/01/2020

Müəllif hüquqlarımızı necə qoruyaq?

Bu sahədə maariflənməyə və vaxtında lazımi addımları atmağa ehtiyac var.

Jurnalistlərin öz həmkarlarını müəllif hüquqlarının pozulmasında və plagiatda qınamaları son vaxtlar daha çox baş verir. Bu tip hadisələri onlayn medianın inkişafı ilə əlaqələndirənlərlə yanaşı, köhnə ənənə”nin davamı kimi qiymətləndirənlər də var. Müəllif kimi hüququ pozulanlar çox vaxt problemi danışıqlar yolu ilə həll etməyə nail olurlar ya yazını saytdan çıxartdırır, ya da özlərinin, əməkdaşı olduqları media orqanının adını yazdırmağa müvəffəq olurlar.
Danışıqlar fayda verməyəndə jurnalistlərin üz tutduğu instansiya ilk növbədə Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası olur. Təəssüf ki, media işçiləri analoji olayla üzləşdikdə hüquqlarının müdafiəsinə kömək edəcək, hətta məsələnin hüquqi tənzimlənməsinə nail ola biləcək qurumun – Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin bu istiqamətdə fəaliyyətindən o qədər də xəbərdar deyillər. Əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətini və bu sahənin inkişafını həyata keçirən, normativ-hüquqi tənzimlənməni təmin edən qurumla media nümayəndələri arasındakı münasibətlərdə boşluğun olması və maariflənmənin azlığı bu qəbil problemlərin yaranmasına yol açır.
Bəs media işçisi Müəllif Hüquqları Agentliyinin qapısını hansı hallarda döyməlidir Jurnalist yazdığı hər hansı informasiya, araşdırma, müsahibə, tərcümə, publisistik məqalə və s. yazılarının hər biri üçün müəlliflik hüququ tələb edə bilərmi Və yaxud jurnalistin müəllif hüquqlarının qorunması ilə bağlı iddiaları təsdiq olunduğu təqdirdə qurum onun hüquqlarını necə müdafiə edə bilir
KİV-lər qanunları pozurlar
Müəllif Hüqüqları Agentliyinin sədri Kamran İmanov Kaspi”yə açıqlamasında sosioloji tədqiqatların nəticələrini əsas tutaraq müəllif hüquqları ilə bağlı pozuntuların ən çox Kütləvi İnformasiya Vasitələri sahəsində baş verdiyini deyir «Ən çox KİV-lərin özləri qanunları pozurlar”. Azərbaycanın zəngin müəllif-hüquq qanunvericiliyi və idarəçiliyinin olduğunu bildirən qurum rəhbəri ölkədə Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, «Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə» qanunları ilə yanaşı, «Elektron ticarət haqqında» qanunda böyük bir hissənin müəlliflik hüquqları ilə bağlı olduğunu qeyd edir Müəlliflik hüquqları ilə bağlı hər il bir neçə vəsait çap olunur, konfranslar keçirilir. Televiziya kanallarında və radiolarda bu istiqamətdə verilişlər təqdim olunur, məlumatlar yayılır. Agentlik yanında fəaliyyət göstərən və müxtəlif kateqoriyalı istifadəçilərin və hüquq sahiblərinin ixtisasartırılması üzrə Smart-klass, müəllif hüquqi ədəbiyyatının pulsuz yayılmasını təmin edən sərgilər keçirilir. Əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması, məlumat-maarifləndirmə işi də daxil olmaqla bizim fəaliyyətimizdə mühüm yer tutur. «Əsərinizi qeydiyyatdan keçirin» - deyə müəlliflərə səslənirik. Müəlliflik hüququnun qorunması qaydaları var. Biz özümüz bu qaydalara riayət etməliyik”. Mətbuat Şurasında müəllif hüquqlarının pozulması ilə bağlı ayrıca şöbənin olmasını vacib hesab edən sədr «Dövlət orqanının qapıları hamının üzünə açıqdır, müəllif hüquqlarını qorumaq üçün müraciət edib istifadə etsinlər”, - deyə həm də jurnalistlərə səslənir.
Ad və istifadə olunan mənbə göstərilməlidir
Müəllif hüquqlarının pozulması hallarının etik çərçivədə və şəxsin vicdanının ümidinə buraxılmaqla həllinin tapılmasına ümid etmək agentlik rəhbərinin Müəlliflik hüququ hüququn bir qoludur və qanunvericiliklə tənzimlənməlidir” fikri ilə üst-üstə düşməməsi problemə çox vaxt hüquqi müstəvidə yanaşma tələb edir. Agentliyin hüquq şöbəsində də bu fikri təsdiqləyirlər. Şöbədə jurnalistin hər hansı məqaləsi ilə bağlı müəlliflik hüququna iddiasının əsaslı olub-olmaması məsələsinə aydınlıq gətirən agentliyin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Nadirə Bədəlbəyli informasiya materialları, fakt, olay və hadisənin öz-özlüyündə müəlliflik hüququnun obyekti olmadığını qeyd edir Müəlliflik hüququ obyekti kimi onun qəzet, jurnal məlumatında yaradıcı təsviri çıxış edir. Hər hansı fakt barədə müxtəlif KİV vasitələrində müstəqil məlumat verilməsi müəlliflik hüququ pozuntusu sayılmır. İlkin informasiya müəlliflik hüququ ilə qorunmur, törəmə informasiya isə qoruna bilər. Törəmə informasiya jurnalist tərəfindən işlənib fərdiləşdirilə bilər”. Bir jurnalistin məqaləsindən digər həmkarının hansı qaydada istifadə edə biləcəyinə gəlincə, məqsəd üçün lazım olan həcmdə sitat gətirməyə yol verilir. O cümlədən, hadisələrdən ibarət icmallar hazırlana bilər Tədris və elmi məqsədlərlə məqalələrin hissələrindən istifadə olunması mümkündür. Orijinalının müəllifi bunu qadağan etməyibsə, məqalənin bütövlükdə surətini çıxarmaq olar və s. Ancaq bu hallarda bir şərtə əməl edilməlidir istifadə olunan əsərin müəllifinin adı və istifadə olunan mənbə göstərilməlidir. İntervülər, diskussiyalar və s.-in xarakterik xüsusiyyəti ondadır ki, şərikli əsər sayılırlar və bu cür əsərlərə müəlliflik hüququ bütövlükdə şərik müəlliflərə məxsus olur. Müəlliflər arasındakı münasibətlər onlar arasındakı müqavilə ilə tənzimlənir. Əgər şərikli əsər bölünə bilirsə, onda müəlliflərdən hər biri digərindən asılı olmayaraq, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, öz hissəsindən sərbəst şəkildə istifadə edə bilər”. Tərcümələr, anatasiyalar və başqa törəmə əsərlərə gəlincə, tərcümə edilən əsərin orijinalının qorunub-qorunmamasından asılı olmayaraq, tərcümə müəlliflik hüququ ilə qorunur. Əsərin tərcüməsi və sonrakı istifadəsi üçün orijinalın müəllifinin razılığı tələb olunur.
Şöbə müdiri pozulmuş müəlliflik hüquqları ilə bağlı agentliyə daxil olmuş yazılı müraciətlərin müvafiq qaydada araşdırıldığını bildirir. Bu məqsədlə hüquq sahibindən əsərin (elmi işin) və plagiat halı ehtimal edilən əsərin nüsxələrinin agentliyə təqdim olunması istənilir. Agentliyin Əsərlərin qeydiyyatı və hüquq şöbəsində onların müqayisəli ekspertizası keçirilir və nəticə etibarı ilə plagiat elementlərinin aşkar olub-olmaması barədə rəy hazırlanır Həmin rəy hüquq sahibinə təqdim edilir. Eyni zamanda, plagiatçılıqda təqsirləndirilən tərəf agentliyə dəvət edilir, hüquq sahibinin müraciəti barədə məlumatlandırılır, ondan izahat alınır. Məsələyə hüquq sahibi tərəfinin iddiası əsasında mülki qanunvericiliyə uyğun məhkəmə qaydasında baxılan halda, agentliyin nümayəndəsi ekspert qismində məhkəmə iclaslarında çıxış edir”. N.Bədəlbəyli həmçinin müəlliflərin əsərlərini agentlikdə qeydiyyatdan keçirə biləcəyini bildirir. Qeydiyyat proseduru isə olduqca sadədir. Belə ki, qeydiyyat sənədləri müəllifin (hüquq sahibinin) özü və yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən birbaşa agentliyə təqdim olunur və ya poçtla göndərilir. Fiziki şəxslərin 5 manat ödəməsi müqabilində onların müəlliflik hüquqları qorunur. Əsərləri qeydiyyatdan keçir. Əsərlə əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirildikdə müəllifə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir. «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun müddəalarına əsasən, mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır Əgər informasiya ümumi yayılıbsa, onun müəlliflik hüququ yoxdur. Əgər jurnalist həmin informasiyanın üzərində araşdırma aparırsa, bu, artıq müəlliflik hüququ ilə qorunan əsər sayılır. Fakt haqqında məlumatın sözbəsöz, yaxud üstüörtülü şəkildə yenidən çap olunması, digər jurnalistə məxsus olan materialın təqdimatının təkrarlanması müəllif-hüquq pozuntusu sayılır. Digər jurnalist tərəfindən aşkar edilmiş, tapılmış faktlar və məlumatlar onun icazəsi olmadan ayrı bir jurnalist tərəfindən istifadə olunursa, bu, müəllif-hüquq pozuntusu sayılır. Bu halda iddiaçının əlyazması, plyonkası və s. sübutları mövcud olmalıdır”.
Müəllif müraciət etdikdə...
Müəlliflərin və digər hüquq sahiblərinin müraciətlərinə baxılmasında operativliyin artırılması məqsədilə qurumun nəzdində 960 saylı Qaynar xətt və ictimai əsaslarla fəaliyyət göstərən «Hüquq məsləhətxanası» fəaliyyət göstərir. Araşdırma ilə bağlı hər hansı pozuntu faktı aşkar olunduqda istənilən şəxs Qaynar xətt”ə telefon aça bilər”,- deyə agentliyin Ərizəçilərin qeydiyyatı və hüquq şöbəsinin Hüquq və qeydiyyat sektorunun müdiri İqbal Əsgərov bildirir Bununla yanaşı, agentliyin elektron poçtuna və facebook səhifəsinə də pozulmuş müəlliflik hüquqları ilə bağlı, müəllif-hüquq məsələləri ilə maraqlanan müraciətlər daxil olur və sorğular operativ şəkildə cavablandırılır”. Sektor müdirinin bildirdiyinə görə, «Hüquq məsləhətxanası» ilə əsərin qeydiyyatı və pozulmuş müəllif hüquqları ilə bağlı müəlliflərə hüquqi məsləhətlər verilir, onların pozulmuş hüquqları ilə bağlı iddia ərizələrinin hazırlanmasına təmənnasız köməklik göstərilir, o cümlədən ekspert rəyi hazırlanır. Agentliyin hüquqşünasları üçüncü şəxs qismində məhkəmələrdə iştirak edirlər Agentliyə edilmiş müraciətlər müəllif-hüquq qanunvericiliyinin tələbləri baxımından dərhal araşdırılır. Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görülür, qurumun səlahiyyətlərinə aid olmayan müraciətlər isə rəsmiləşdirilərək, baxılmaq üçün aidiyyəti orqanlara göndərilir”. Hüquqşünasın sözlərinə görə, plagiatda təqsirləndirilən şəxs agentliyə dəvət olunur və müəlliflik hüquqlarını pozması ona izah olunur. Çünki qanunda cərimələnmə, məhkəməyə müraciət, cəza tədbirləri və s. həmin şəxsə izah edilir Əgər həmin şəxs etdiyi qanun pozuntularını davam etdirirsə hüquqları pozulan şəxs bununla bağlı məhkəməyə müraciət edə bilər. Elələri var ki, «Mən səhvimi başa düşmüşəm» - deyir, izahat yazır və bununla da problem həll olunur”. İ. Əsgərov qanunvericiliklə qeydiyyatın könüllü olduğunu qeyd edir Müəlliflər əsərlərini qeydiyyatdan keçirməkdə azaddırlar. Sadəcə, qeydiyyatın üstünlüyü müəllifin əsərinin dövlət tərəfindən təsdiqlənməsidir. Çünki bununla müəllifin həm müəllif, həm də hüquq sahibi olması təsdiqlənir. Şəhadətnaməni məhkəməyə təqdim etdikdə müəllifin əsərin ona məxsus olduğunu sübut etməsinə ehtiyac qalmır. Həm də məqalə agentlikdə depozit kimi saxlanılır”. Jurnalistlər istənilən layihələrini, araşdırma və ya publisistik məqalələrini və s. agentlikdə qeydiyyatdan keçirməkdə sərbəstdirlər. Bu addım həm də media işçilərinin müəllif hüquqlarının bir növ sığortası ola bilər. Xüsusən internet medianın sərhədlərinin bir-birinə qarışdığı bir vaxtda müəllif hüquqları ilə bağlı maariflənməyə və vaxtında addım atmağa ehtiyac var.

Address

Baku
AZ1000

Telephone

+994503588898

Website

Alerts

Be the first to know and let us send you an email when HMB Hüquq Məsləhətləri Bürosu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share