Vəkil İsrafil Alili

Vəkil İsrafil Alili Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vəkil İsrafil Alili, Internet Lawyer, İstiqlaliyyət 1, Baku.

Məhkəmədə vəkillə təmsil olunmayan qarşı tərəf "Yoldaş Hakim, hüquqşünas deyiləm, amma qanunları çox gözəl bilirəm. Lazı...
26/02/2026

Məhkəmədə vəkillə təmsil olunmayan qarşı tərəf "Yoldaş Hakim, hüquqşünas deyiləm, amma qanunları çox gözəl bilirəm. Lazım olsa, 5 vəkil tutardım." deyəndə mənim baxışlarım:

İnsanların bir-birinə verdiyi ən gərəksiz tövsiyələrdən biri "Əşi, ürəyinə salma!" ifadəsidir. Məgər dünyada elə bir ins...
09/02/2026

İnsanların bir-birinə verdiyi ən gərəksiz tövsiyələrdən biri "Əşi, ürəyinə salma!" ifadəsidir. Məgər dünyada elə bir insan var ki, "ürəyinə salmamaq" bacarığı olsun? İnsan öz ürəyinə nəyisə hökm edə bilir ki?! Dünyanın ən "ürəyinə salan" peşələrindən biri də vəkillikdir. Görünür, Orxan da 1 il idi ki, daha çox şeyi ürəyinə salırdı, 1 il idi ki vəkil idi. Əziz vəkil, hakim, hüquqşünas həmkarlarım. Bilirəm, alınmayacaq, axmaq tövsiyədir, amma yenə də hər şeyi ürəyinizə salmayın...

P.S. Orxanla bir neçə il iş yoldaşı olmuşduq. Onu gülərüz, zarafatcıl, heç nəyi ürəyinə salmayan bir insan kimi tanıyırdım. Görünür, səhv tanımışam. Ruhu şad olsun.

🙏
06/02/2026

🙏

"PASHA Holding" tərəfindən təşkil edilmiş "LEGIS" beynəlxalq hüquq forumu
05/02/2026

"PASHA Holding" tərəfindən təşkil edilmiş "LEGIS" beynəlxalq hüquq forumu

Axı biz pərəstiş etdiyimiz insanların, həm də yaxşı insan olmasını arzulayırıq...Bugünlər İstanbulun həyatında əlamətdar...
18/01/2026

Axı biz pərəstiş etdiyimiz insanların, həm də yaxşı insan olmasını arzulayırıq...

Bugünlər İstanbulun həyatında əlamətdar günlərdir. Çünki Tarkan 7 il aradan sonra İstanbulda ilk dəfə konsert verir. İstanbulda insanların qayğıları sanki yaddan çıxıb, əsas mövzu Tarkandır.

Musiqi mənim həyatımda çox böyük rol oynayır.

2002-ci il idi. İlk dəfə təyyarəyə minmişdim. Birinci dəfə təyyarə təcrübəsi yəqin ki, insan həyatında ən maraqlı və unudulmaz həyəcanlardan biridir. Ələxüsus da bunu 11 yaşında yaşayanda.

İyul ayı idi. Babam işi ilə bağlı 2 il idi ki, İstanbula köçmüşdü. Onun yanına getmişdik. İstanbulda məni 2 şey heyrətləndirmişdi: 1-cisi İstanbulun özü idi. 2-cisi isə Tarkanın "Karma" albomundakı mahnılar. Tarkanı tanıyırdım, amma onun həmin albomunu Taksim meydanında alıb elə həmin məkandan aldığım Çin istehsalı "Cd player"də İstanbulu gəzərək "Karma"ya qulaq asırdım. 11 yaşında uşağı Tarkan tərki-dünya etmişdi. Əsas da həmin albomdakı "Yandım", "Gitdi gideli", "Ona sor", "Her Nerdeysin", "Hüp" mahnıları. Bir də orada bir "Verme" adli mahnı var idi ki, məni sanki bir neçə yaş böyütmüşdü... Həmin anlardan bəri mən Tarkan fanatı idim. Daha doğrusu onun mahnılarının, səsinin... Sonradan onun həm də necə insan olduğunu biləndi və anlayanda ona qarşı sevgim daha da artmışdı...

2024-cü il Park Bulvarda bir restoranda olan zaman gözlərimə inana bilmədim. Bir neçə metrliyimdə Tarkanın dostu, orkestr şefi, məşhur gitarist Can Şengün dayanmışdı. Ona yaxınlaşdım və əmin oldum ki, elə odur. Onu masama dəvət edib bir neçə dəqiqə söhbətləşdik. Viski içdik, hətta Azərbaycansayağı sağlıqlar dedim. Onun da xoşuna gəlmişdi, söhbətimiz tutmuşdu. Təvazökarlıq, sadəlik, mədənilik və intellektuallıq. Bir daha əmin olmuşdum ki, Tarkanın yaxın dostu belə insandırsa, deməli mən yanılmamışam.

Türkiyənin bugünkü sosial-siyasi vəziyyətində Türkiyəni, Türk dünyasını birləşdirən dəyərlərdən biri də Tarkandır. Yaxşı ki, Tarkan var, yaxşı ki, o belədir. Axı biz pərəstiş etdiyimiz insanların, həm də yaxşı insan olmasını arzulayırıq...


3 aydır mənə borcu olub ödəməyən müştərimin whatsapp storisində Dubaya gəzməyə getdiyini görəndəki baxışım:
14/01/2026

3 aydır mənə borcu olub ödəməyən müştərimin whatsapp storisində Dubaya gəzməyə getdiyini görəndəki baxışım:

246 manat alimenti güclə verib "bilirəm, alimenti uşağa xərcləməyəcək" deyən kişilərə baxışım:
12/01/2026

246 manat alimenti güclə verib "bilirəm, alimenti uşağa xərcləməyəcək" deyən kişilərə baxışım:

Kişilər kofe içməyə başlayandan zayları çıxıb.
10/01/2026

Kişilər kofe içməyə başlayandan zayları çıxıb.

Bugün atamın doğum günüdür. Atam həddindən çox yaxşı adamdır. Həddindən çox. Bəzən həddini aşdığına görə üzülürəm, sonra...
02/01/2026

Bugün atamın doğum günüdür. Atam həddindən çox yaxşı adamdır. Həddindən çox. Bəzən həddini aşdığına görə üzülürəm, sonra da sevinirəm ki, o, mənim atamdır. Həddini aşsa belə

Ölkəmizin çox gözəl turizm potensialı var.Məsələn, Budapeşt'ə gedərkən "mütləq orada olan "New York" cafeyə baş çəkməlis...
17/12/2025

Ölkəmizin çox gözəl turizm potensialı var.

Məsələn, Budapeşt'ə gedərkən "mütləq orada olan "New York" cafeyə baş çəkməlisən, dünyanın ən gözəl interyerə malik olan restoranıdır" tövsiyəsini bir neçə şəxsdən eşitdikdən sonra aylar əvvəl internet üzərindən rezerv edib getmişdim.

İçəri girən kimi dejavu yaşadım. Birinci dəfədir olmağıma baxmayaraq elə bil burada olmuşdum. Bir anlıq düşündüm ki, bəlkə də bundan əvvəlki həyatımda hansı cilddə olmuşamsa, o vaxt gəlmişəm. Çox fikirləşdikdən sonra "evrika" dedim. Bəli, 8 il əvvəl köhnə işimdə 1 dəfə salam verdiyim adam məni toyuna çağırmışdı və toy Xutor qəsəbəsində yerləşən "Yeganə" şadlıq sarayında keçirilirdi...

Yaxşı söz demək (natiqlik) və həmin sözləri kağıza daşıya bilmək (yazı qabiliyyəti) keyfiyyətləri bir adamda cəmləşəndə ...
15/12/2025

Yaxşı söz demək (natiqlik) və həmin sözləri kağıza daşıya bilmək (yazı qabiliyyəti) keyfiyyətləri bir adamda cəmləşəndə həmin insanın yaxşı vəkil olmağı labüd olur. Ona görə bizim peşəmiz sözlə bağlıdır, sözdən asılıdır.

"Söz" deyəndə ölkəmizdə ilk ağıla gələn insanlardan biri Ramiz Rövşəndir. O bir "söz" dahisidir. "Söz" ün dəyərinin aşağı düşməkdə olduğu bu dövranda o, "söz" ün dəyərini yuxarı qaldırmaq kimi ağır yükü daşıyandır. Heç zaman şəxsiyyətə pərəstiş etməmişəm. Amma Ramiz Rövşəni şəxsən tanıdığım, onun məni tanıdığı üçün şanslıyam. Bugün böyük insanın 79 yaşı olur. Onun sözləri həmişə yaşayacaq, özünə isə mümkün qədər çox və sağlam ömür arzu edirəm.

P.S. Şəkildə həyatımda yaşadığım ən çətin anlardan biridir. Ramiz Rövşənin yanında söz (sağlıq) demək, özü də Ramiz Rövşən haqqında.

Müşahidələrimə əsasən, Dubayda hər uğurlu kişinin arxasında 4 qadın dayanır. Məşhur və uğurlu iş adamı Şərurlu İsfəndiya...
14/12/2025

Müşahidələrimə əsasən, Dubayda hər uğurlu kişinin arxasında 4 qadın dayanır.

Məşhur və uğurlu iş adamı Şərurlu İsfəndiyar bu müşahidəmin nə qədər doğru olduğunu öz müsahibəsi ilə təsdiq etdi.

Address

İstiqlaliyyət 1
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Vəkil İsrafil Alili posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share