Vekil Eldana Mehdiyeva

Vekil Eldana Mehdiyeva Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü

📲 +994 51 310 34 17
📩 [email protected] sahələr üzrə hüquqi xidmət göstərmişdir.

Eldanə Mehdiyeva Hüquq üzrə bakalavr təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında almışdır. Ali məktəbə 687 balla daxil olduğu üçün Azərbaycan Respublikasının Prezidentinin 15 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə Prezident Təqaüdünə layiq görülmüşdür. Bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirdikdən sonra magistr təhsilini Bakı Dövlət Universite

tinin Dəniz və Enerji hüququ ixtisası üzrə ingilis bölməsində davam etdirmiş və yenə fərqlənmə diplomu ilə təhsilini bitirmişdir.

Əmək fəaliyyətini məhkəmə, bank, tikinti sektorlarında davam etdirmiş, müxtəlif hüquq şirkətlərində işləyərkən bir sıra böyük yerli və transmilli şirkətlərə müqavilə hüququ, korporativ hüquq, əmək hüququ, miqrasiya hüququ, kommersiya hüququ və s. Qlobal hüquq şirkətlərinin və aparıcı hüquqşünasların reytinqini tərtib edən nüfüzlu İFLR1000 Financial & Corporate dərgisi tərəfindən 2020-ci ildə "Rising star" (“Yüksələn ulduz”) nominasiyasına layiq görülmüşdür. Hüquq üzrə bir sıra fərdi layihələrin müəllifi və təşkilatçısı kimi qrant müsabiqələrinin qalibi olmuşdur. Media hüququ, insan hüquqları, kommersiya hüququ və hüququn müxtəlif sahələri üzrə bir sıra yerli və beynəlxalq tədbirlərin iştirakçısı olmuşdur. Ailəlidir. 2 Övladı var.

Bütün həmvətənlərimizin və soydaşlarımızın Qurban Bayramını təbrik edirəm!
27/05/2026

Bütün həmvətənlərimizin və soydaşlarımızın Qurban Bayramını təbrik edirəm!

Fiziki aclığa rəğmən ruhumuzu doyurduğumuz müqəddəs Ramazan ayı geridə qaldı. Hər birinizə bu ayın fəzilətindən yararlan...
09/04/2024

Fiziki aclığa rəğmən ruhumuzu doyurduğumuz müqəddəs Ramazan ayı geridə qaldı. Hər birinizə bu ayın fəzilətindən yararlanmağı və mənəvi kamilliyə çatmağı arzu edirəm. 🙏

Ramazan Bayramınız Mübarək!

2024-cü ilin xəyallarınızın gerçəkləşəcəyi, uğurların artacağı və xoşbəxtlik gətirəcəyi bir il olmasını arzu edirəm!    ...
01/01/2024

2024-cü ilin xəyallarınızın gerçəkləşəcəyi, uğurların artacağı və xoşbəxtlik gətirəcəyi bir il olmasını arzu edirəm!

Bütün Şanlı Azərbaycan Vəkillərini Peşə bayramımız münasibətilə təbrik edirəm!
28/12/2023

Bütün Şanlı Azərbaycan Vəkillərini Peşə bayramımız münasibətilə təbrik edirəm!

Həkim səhvi nə zaman məsuliyyət yaradır?Xüsusi risk qrupuna aid olan peşə sahibləri tərəfindən vurulmuş zərərə görə məsu...
16/11/2023

Həkim səhvi nə zaman məsuliyyət yaradır?

Xüsusi risk qrupuna aid olan peşə sahibləri tərəfindən vurulmuş zərərə görə məsuliyyət məsələsi ilə bağlı vurğulanmalıdır ki, qeyd edilən şəxslər yalnız təqsirli şəkildə vurulan zərərə görə məsuliyyət daşıyırlar.

Xüsusi risk qrupuna daxil olan peşə sahibi kimi həkimləri qeyd etmək olar. Həkim, tibb mərkəzi, xəstəxana və başqaları düzgün qoyulmayan diaqnoz, xətalı müalicə və müdaxilədən məsuliyyət daşıyırlar. Lakin edilən bütün prosedurlar tibb elminin ümumi qəbul olunan “tibbi standartlarına” uyğun xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində edildiyi halda vurulmuş zərərə görə məsuliyyət istisna edilir.

Yəni tibbi müdaxilə zamanı əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün olmayan zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlanan nəticədir.

Bu mənada həkimin tibbi baxımdan qəbul etdiyi normal risk çərçivəsində hərəkət edərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq ortaya çıxan arzu olunmayan nəticədən qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir.

Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edi...
29/06/2023

Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bayramınız Mübarək!

"    haqqında" AR Qanununda sadalanan çoxsaylı uşaq hüquqlarından bəziləri:"Bütün uşaqlar   hüquqlara malikdirlər. Uşaql...
01/06/2023

" haqqında" AR Qanununda sadalanan çoxsaylı uşaq hüquqlarından bəziləri:

"Bütün uşaqlar hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar - məruz qala bilməzlər.

Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən etmək hüququ vardır."

Bu Qanunun və onun əsaslandığı bütün beynəlxalq sənədlərin hər bir belə realizə edildiyi, uşaq hüquqlarının təmin edildiyi, müdafiə edildiyi bir cəmiyyət görmək, yetişdirmək ümidi ilə uşaqların təbrik edirəm.

Uşaqlara duyarlı, şüurlu, bu məsuliyyəti dərk edən dünyasına səmimi qəlbdən arzu edirəm..

Peşəkar hüquq xidmətləri axtarırsınız?⚖️Məhkəmə və inzibati orqanlarda hüquqların müdafiəsi və təmsilçilik üçün bizə mür...
15/05/2023

Peşəkar hüquq xidmətləri axtarırsınız?⚖️
Məhkəmə və inzibati orqanlarda hüquqların müdafiəsi və təmsilçilik üçün bizə müraciət edə və qəbula yazıla bilərsiniz.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olaraq, hüquqlarınızın müdafiəsinə hazırıq.

📲 +994 51 310 34 17
📩 [email protected]

Bu mübarək ayda etdiyiniz bütün duaların və saf niyyətlərin qəbul olunmasını diləyirəm!Ramazan Bayramınız Mübarək.
21/04/2023

Bu mübarək ayda etdiyiniz bütün duaların və saf niyyətlərin qəbul olunmasını diləyirəm!

Ramazan Bayramınız Mübarək.

Fərdi yaşayış evlərinin tikintisi üçün qanuni prosedur necə olmalıdır❓🏠Mülkiyyətində, icarəsində və ya istifadəsində ola...
03/03/2023

Fərdi yaşayış evlərinin tikintisi üçün qanuni prosedur necə olmalıdır❓🏠

Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir.

Bu o deməkdir ki, yuxarıdakı xüsusiyyətlərə malik fərdi yaşayış evlərinin tikintisinə icazənin alınması tələb olunmur.

Torpaq sahibi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq yerli icra hakimiyyəti orqanına məlumat verir və lazımi sənədlərin surətini (layihə və s.) həmin orqana təqdim edir.

Yerli icra hakimiyyəti orqanı tərəfindən 10 gün müddətində layihəyə dair irad mülkiyyətçiyə təqdim edilmədikdə, o, tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. İradlar olduğu təqdirdə, mülkiyyətçi həmin iradları aradan qaldıraraq yenidən müraciət edə bilər.

Müvafiq prosedurun rəsmiləşdirilməsi üçün indi müraciət edin!

Address

Nərimanov Rayonu, İ. Həsənoğlu Küçəsi 4
Baku
AZ1033

Telephone

+994513103417

Website

Alerts

Be the first to know and let us send you an email when Vekil Eldana Mehdiyeva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Vekil Eldana Mehdiyeva:

Share

Category