Hüquq Bürosu

Hüquq Bürosu Hüquqşünaslar və Qeyri-hüquqşünaslar üçün Hüquq Kursları tədris olunur
Mülki, Mülki-Prosessual
Cinayət,Cinayət-Prosessual
Mənzil, Ailə,Əmək Məcəllələri .

Kurslar azərbaycan və rus dillərində tədris edilir. Xidmətlərimiz:
1.Mənzil mübahisələri
2.Pensiya məsələləri və pensiya hüququna dair bütün mübahisələr :
3. Torpaq mübahisələri
4.Əmək mübahisələri
5. Ailə münasibətləri üzrə yaranan mübahisələr:
6. Vərəsəlik hüquq münasibətlərindən yaranan mübahisələr :
7.Dövlət ehtiyacları üçün alınan torpaq sahələrində vətəndaşlara xüsusi mülkiyyət hüququ əsa

sında məxsus olan evlərin söküntüsü zamanı yaranan mübahisələr üzrə işlərin aparılması
8. Borcun qaytarılması
9. Siğorta mübahisələri
10. Bank mübahisələri
11. Öhdəliklərin polulması üzrə yaranan mübahisələr və s.mülki mübahisələr
12. Cinayət işində təqsirləndirilən şəxsin , mülki iddiaçının və mülkicavabdehin hüquqlarının müdafiəsinin təşkili
13. İnzibati-İqtisadi məhkəmələrdə baxılan mübahisələr üzrə işlərin aparılması

29/10/2024

Bu bayram 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) qərarı ilə Osmanlı dövlətinin ləğv edilərək Türkiyə Cümhuriyyətinin elan olunması münasibəti ilə qeyd edilir.🇦🇿🇹🇷

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN  Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun Q Ə R A R I   Azərbaycan Respu...
23/10/2024

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I


Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin I hissəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 412.7-ci maddəsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair


15 oktyabr 2024-cü Bakı şəhəri

QƏRARA ALDI:

1. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsi mülki məhkəmə icraatının xüsusiyyətlərindən irəli gələrək məhz mülki icraat zamanı icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması halını müəyyən edir.
2. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin I və III hissələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq, cinayət mühakimə icraatı zamanı apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökm və ya digər qərarının mülki iddiaya aid hissəsindən kassasiya şikayətinin verildiyi halda onun icrasının dayandırılması məsələsinin tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.



Sədr Fərhad Abdullayev

"Hüquq Bürosu" MMC-nin təsisçi-direktoru, tanınmış vəkil Arzu Alıyeva 15 oktyabr 2024-cü il tarixində AZƏRTAC-ın əməkdaş...
21/10/2024

"Hüquq Bürosu" MMC-nin təsisçi-direktoru, tanınmış vəkil Arzu Alıyeva 15 oktyabr 2024-cü il tarixində AZƏRTAC-ın əməkdaşı tərəfindən verilən sualları cavablandırmışdır.
Hazırda ölkəmizdə pensiya məsələləri ilə əlaqədar problemlərin aktual olduğunu nəzərə alıb AZƏRTAC-ın əməkdaşı məhz bu istiqamətdə suallar vermiş və Arzu xanım bu suallara aydınlıq gətirmişdir.
A.Alıyeva “Hüquq Bürosu”nun nəzdində fəaliyyət göstərən hüquqşünaslar və qeyri-hüquqşünaslar üçün təşkil edilmiş kurslar barəsində də ətraflı məlumat vermişdir.
Daha çox məlumat üçün linkə keçid edə bilərsiniz.

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin hüquqi yardım almaq hüququ var. Bu hüququmuzu realizə etmək üçün isə hamımızın vəkillərə ehtiyacı var. Ölkəmizdə son illər vəkillik institutu kifayət qədər inkişaf edib. Vəkilin ədalətli məhkəmə qəra...

Əziz və dəyərli xanımlar,Sizi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, hər gününüzün bayram əhval-r...
08/03/2024

Əziz və dəyərli xanımlar,

Sizi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, hər gününüzün bayram əhval-ruhiyyəsində keçməsini diləyirik!🩵💐

13/02/2024
06/02/2024

"Hüquq Bürosu" MMC-nin direktoru Arzu xanım Alıyevaın 8 Fevral 2024-cü ildə Kanal S TV də yayımlanan"Eşitməyən Qalmasın" Verlişində pensiyalarla bağlı çıxışını izləməyi unutmayın✅

"Hüquq Bürosu" MMC-nin direktoru Arzu xanım Alıyeva Azərbaycanda Amerika Ticarət Palatası və ABŞ Ticarət Departamentinin...
06/02/2024

"Hüquq Bürosu" MMC-nin direktoru Arzu xanım Alıyeva Azərbaycanda Amerika Ticarət Palatası və ABŞ Ticarət Departamentinin təşkil etdiyi "Dövlət və özəl sektor üçün əqli mülkiyyət üzrə qabaqcıl təcrübə" adlı 30 Yanvar-1 Fevral 2024-cü il tarixdə keçirilən konfransda iştirak etmişdir.

29/01/2024

"Hüquq Bürosu" MMC-nin direktoru Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Arzu xanım Alıyevanın Kanal S TV də yayımlanan "Eşitməyən Qalmasın" verilişində kurslarımız barədə çıxışı.

AR Ailə Məcəlləsinin 113-cü maddəsinə əsasən: Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam...
14/01/2024

AR Ailə Məcəlləsinin 113-cü maddəsinə əsasən: Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir:

-uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə;

-aliment ödənilən uşaq övladlığa götürüldükdə;

-aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda;

-aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə;

-əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda.

Aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir.

09/09/2022

Ixrac potensialının və qarşılıqlı sifarişlərin artırılması məqsədilə bu gün Rumıniya və Azərbaycanın tekstil sahəsindən olan biznes strukturlarının işgüzar görüşü keçirilip. Ixrac potensialının və qarşılıqlı sifarişlərin artırılması məqsədilə bu gün Rumıniya və Azərbaycanın tekstil sahəsindən olan biznes strukturlarının işgüzar görüşü keçirilip. Hüquq Bürosu" MMC-nin direktoru, Hüquqşünas - Mediator Arzu xanım Alıyeva.Hüqüq Bürosu olaraq Rumıniya iş adamlarıynan iş quruldu.

📞+994 12 408 92 96
📱+994 55 694 23 12
Wp +994 50 355 75 83

Daha ətraflı https://huquq-burosu.az/ saytımıza baxış keçirə bilərsiniz .

📍 Yasamal r - nu , A.M. Şərifzadə küç . , 1 ( ARB TV ilə üzbəüz binanın 3 - cü mərtəbəsi ) .

# hüquq

Azərbaycanda Qadın Sahibkarlığının Inkişafi Assosiasiyası sahibkar qadınlarla növbəti görüşünü keçirib. Sentyabrın 2-də ...
06/09/2022

Azərbaycanda Qadın Sahibkarlığının Inkişafi Assosiasiyası sahibkar qadınlarla növbəti görüşünü keçirib. Sentyabrın 2-də düzənlənən tədbirdə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndesi Ufuk Turganer də sahibkar xanımlarla görüşə gəliblər. "Hüquq Bürosu" MMC-nin direktoru, Hüquqşünas - Mediator Arzu xanım Alıyeva da bu görüşdə iştirak etdi. AQSİA İdarə heyətinin sədri Səkinə Babayeva iştirakçıları salamlayaraq Assosiasiyanın qarşıda gözlənilən layihələri haqqında məlumat verib.

📞+994 12 408 92 96
📱+994 55 694 23 12
Wp +994 50 355 75 83

Daha ətraflı https://huquq-burosu.az/ saytımıza baxış keçirə bilərsiniz .

📍 Yasamal r - nu , A.M. Şərifzadə küç . , 1 ( ARB TV ilə üzbəüz binanın 3 - cü mərtəbəsi ) .

Kimlər Vərəsə sayılır?Mülki Məcəllənin 1134.2-ci maddəsində göstərilir ki, vərəsələr miras qoyanın öldüyü məqamda sağ ol...
07/01/2022

Kimlər Vərəsə sayılır?

Mülki Məcəllənin 1134.2-ci maddəsində göstərilir ki, vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsəliyə mirasın açıldığı vaxtadək təşkil edilmiş hüquqi şəxslər çağırılırlar.

📞+994 12 408 92 96
📱+994 55 694 23 12
Wp +994 50 355 75 83

Daha ətraflı
https://huquq-burosu.az/ saytımıza baxış keçirə bilərsiniz.

📌 Yasamal r-nu, A.M. Şərifzadə küç., 1(ARB TV ilə üzbəüz binanın 3-cü mərtəbəsi).

Address

Abbas Mirzə Şərifzadə Küçəsi, AZ Bakı
Baku

Opening Hours

Monday 10:00 - 17:00
Tuesday 10:00 - 17:00
Wednesday 10:00 - 17:00
Thursday 10:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994503557583

Alerts

Be the first to know and let us send you an email when Hüquq Bürosu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Hüquq Bürosu:

Share

Category