Naxçıvan Sahibkarlar Konfederasiyası

Naxçıvan Sahibkarlar Konfederasiyası Неправительственная организация (НПО)

18/10/2021

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov Gəncə şəhərində sahibkarlarla görüş keçirib. Görüş də, Naxçıvan Muxtar Respublikasının istehsal potensialından, həmçinin Gəncə şəhərində də fəaliyyət göstərən filialların diqqət də saxlanıldığından, istehsal olunan məhsulların üstünlüklərindən danışıb. Daha sonra Vətən müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilən terror hadisələrinin baş verdiyi ərazilərdə olaraq, şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq gül dəstələri düzüblər.

Naxçıvan Sahibkarlar Konfederasiyasında KOBİA nümayəndələri ilə görüş keçirilib.Naxçıvan Muxtar Respublikası Sahibkarlar...
02/04/2021

Naxçıvan Sahibkarlar Konfederasiyasında KOBİA nümayəndələri ilə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələrinin Naxçıvan Muxtar Respublikası sahibkarları ilə görüşü təşkil olunub.

Tədbirdə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, eləcə də Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının prezidenti Vüqar Abbasov və iş adamları iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov özəl sektorda uğurla həyata kecirilən layihələrdən danışıb. V.Abbasov bildirb ki, Muxtar Respublikanın sosial-iqtisadi inkiışafına daha yaxşı töhfə vermək ücün sahiblkarları bir qurum ətrafında birləşdirən Konfederasiya öz işini günün tələbləri və verilmiş tapşırıqlar əsasında qurur.

Konfransda KOBİA-nın sahibkarlara dəstək tədbirləri barədə çıxışlar edilib. Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə edilib.

KOBİA-nın sədri Orxan Məmmədov Naxcıvanda biznesin inkişafında rəhbərlik etdiyi agentliyin gələcək rolundan, perispektivlərdən danışıb. Görüşdə KOBİA-nın fəaliyyətini və sahibkarlara dəstək tədbirlərini əks etdirən video-çarx nümayiş etdirilib.

Sonra KOBİA-nın nümayəndələri Naxçıvan Muxtar Respublikasındakı bir necə istehsal müəsissəsində olublar.

Nazçıvanda 27 Fevral 2021-ci il tarixdə sahibkarlarla işgüzar Tədbir keçirilib.   Naxçıvan Muxtar Respublikası Sahibkarl...
01/04/2021

Nazçıvanda 27 Fevral 2021-ci il tarixdə sahibkarlarla işgüzar Tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov tədbirdə iştirak edərək bildirmişdir ki, 2006-cı ildən fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası sahibkarların uğurlu biznes fəaliyyətinə öz dəstəyini göstərir.

Konfederasiya hazırda 33 üzvü özündə birləşdirir. Bu sahibkarlar arasında sənaye və ərzaq məhsulları, mebel və tikinti materialları istehsalı, tibb və ticarət xidmətləri üzrə geniş profildə fəaliyyət göstərən iş adamları vardır.

Sahibkarlarımızın təşkil etdiyi ailə təsərrüfatları, arıçılar, quşçular və istixanaçılar birlikləri də, öz növbəsində, konfederasiya ilə sıx əlaqədədirlər.

Ötən il bank və digər kredit təşkilatları tərəfindən yeni istehsal sahələrinin yaradılması və ya genişləndirilməsi məqsədilə 16 milyon 860 min, fərdi sahibkarlığın inkişafı məqsədilə isə 20 milyon 816 min manat kredit verilmiş, 37 hüquqi, 2 min 404 fiziki şəxs qeydiyyata alınmışdır.

Artıq muxtar respublikada yaradılan istehsal müəssisələri daxili bazarı təmin etməklə yanaşı, xarici bazarlara məhsul ixrac etmək potensialına da malikdir.

Ali Məclis Sədrinin tapşırığına əsasən 2020-ci ildə muxtar respublikada pandemiyanın sahibkarlığa mənfi təsirini azaltmaq məqsədilə sahibkarlar üçün dəstək mexanizmləri işə salınmış və iqtisadi fəaliyyət sahələrinə müvafiq maliyyə yardımları göstərilmişdir.

Azərbaycan şirkətləri fevralın 21-dən 25-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Gulfood 2021" beyn...
05/03/2021

Azərbaycan şirkətləri fevralın 21-dən 25-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Gulfood 2021" beynəlxalq qida sərgisində iştirak ediblər.

Sərgidə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və investisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida sənayesi sahəsində fəaliyyət göstərən 15 şirkət öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində sərgiləyib.
Azərbaycan pavilyonunda ölkəmizdə istehsal edilən meyvə və tərəvəz, qənnadı məmulatları, təbii şirələr, mineral sular, bal, süd, çay və digər məhsullar nümayiş olunub.
Beynəlxalq qida sərgisində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Cahan” Kommersiya Şirkətlər İtttifaqı, “Ləzzət Qida Sənaye” və “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli cəmiyyətləri də təmsil olunublar. Hazırda yerli məhsullarımızın tanıdılması və xarici bazarlara çıxarılması istiqamətində görüşlər keçirilir.
Qeyd edək ki, Körfəz hövzəsində və Yaxın Şərqdə ən böyük biznes platformalardan hesab olunan "Gulfood" beynəlxalq qida sərgisində iştirak edən Azərbaycan nümayəndə heyətinə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, “Cahan” Kommersiya Şirkətlər İtttifaqı prezidenti Vüqar Abbasov rəhbərlik edir.

10 Noyabr-Qələbə Günü! Yaşasın Azərbaycan Ordusu!  ̇sAzerbaijan!
11/11/2020

10 Noyabr-Qələbə Günü!
Yaşasın Azərbaycan Ordusu!
̇sAzerbaijan!

Beynəlxalq Əmək Təşkilatının 100 illik yubiley tədbirində.
02/11/2020

Beynəlxalq Əmək Təşkilatının 100 illik yubiley tədbirində.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) V Qurultayı.
02/11/2020

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) V Qurultayı.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasov Amerika Birləşmiş Ştatla...
01/11/2020

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşmüşdür.

Yaponiyanın Okinava prefekturası parlamentinin sədri Kina Masaharunun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar ...
01/11/2020

Yaponiyanın Okinava prefekturası parlamentinin sədri Kina Masaharunun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur.

Muxtar Respublikada fəaliyyət göstərən müəssisələrin hərbi hissəllərə apardıqları sovqatlar haqqında məlumat.NSK üzvl...
23/10/2020

Muxtar Respublikada fəaliyyət göstərən müəssisələrin hərbi hissəllərə apardıqları sovqatlar haqqında məlumat.

NSK üzvlərindən 6 şirkət N saylı hərbi hissələrə sovqatlar aparmışdır. NSK-nın təftiş komissiyası üzvləri tərəfindən əsgərlərimizə mənəvi dəstək göstərilmişdir.

Muxtar Respublikada fəaliyyət göstərən müəssisələrin hərbi hissəllərə apardıqları sovqatlar haqqında məlumat.NSK üzvləri...
23/10/2020

Muxtar Respublikada fəaliyyət göstərən müəssisələrin hərbi hissəllərə apardıqları sovqatlar haqqında məlumat.

NSK üzvlərindən 6 şirkət N saylı hərbi hissələrə sovqatlar aparmışdır. NSK-nın təftiş komissiyası üzvləri tərəfindən əsgərlərimizə mənəvi dəstək göstərilmişdir.

Azərbaycandakı mövcud vəziyyətlə bağlı Türkiyə-Azərbaycan Ticarət və Sənaye Palatası üzvlərinin onlayn görüşü keçirilib....
15/10/2020

Azərbaycandakı mövcud vəziyyətlə bağlı Türkiyə-Azərbaycan Ticarət və Sənaye Palatası üzvlərinin onlayn görüşü keçirilib.

Görüşdə ilk olaraq palatanın həmsədri, Türkiyə Odalar və Borsalar Birliyi İdarə Heyətinin üzvü Öztürk Oran çıxış edib. Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də erməni hərbi birləşmələrinin Azərbaycana işğalçı hücumlarına başlamasını pisləyir və azərbaycanlı qardaşlarımızla bir yerdə olduğumuzu bildiririk.
Türkiyə Odalar və Borsalar Birliyi olaraq bu hadisələrə ilk gündən münasibətimizi bildirmiş və Türkiyə-Azərbaycan Ticarət və Sənaye Palatasının həmsədri olaraq Azərbaycanda baş verən bu hadisələri diqqətlə izləyirik.

Bildirilib ki, Azərbaycan torpaqlarını illərdir işğal altında saxlayan ermənilərin hazırda beynəlxalq hüququn norma və prinsiplərinə heç bir məhəl qoymadan mülki yaşayış məntəqələrini hədəfə almasını şiddətlə qınayırıq. Azərbaycan bu gün öz ərazi bütövlüyünü qoruyur. Dağlıq Qarabağ və ətraf ərazilər 30 ilə yaxındır ki, işğal altındadır.
Biz münaqişənin nizamlanmasına məsul olan beynəlxalq qurumları Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün qəbul edilmiş BMTqərarlarının icra edilməsinə çağırırıq. Vurğulanıb ki, Türkiyə və Azərbaycan təkcə dost və müttəfiq deyil, həm də qardaş ölkələrdir. Bir-millət, iki dövlət prinsipinə uyğun olaraq can Azərbaycanla sonuna qədər birlikdəyik. Bu vəsilə ilə Azərbaycanda şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik.
Türkiyə-Azərbaycan Ticarət və Sənaye Palatasının həmsədri, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə Azərbaycan ordusu cəbhədə düşmənə layiqli cavab verir və biz qısa müddətdə işğal olunmuş torpaqlarımızı geri alacağıq. Bu gün azərbaycanlı sahibkarlar da ordumuzun yanındadır və hər kəs ordumuza əlindən gəldiyi qədər dəstək göstərir. Türkiyəli iş adamlarının Azərbaycana dəstək məqsədilə bu toplantıya qatılması isə bizi çox qürurlandırır və buna görə sizə təşəkkür edirəm. Bunu da bildirmək istəyirəm ki, işğal altında olan torpaqlarımı

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan Sahibkarlar Konfederasiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category