28/07/2023
Güzəştli şərtlərlə mənzillərin əldə edilməsi məsələsi ilə bağlı sizə sözümüz var idi. Hazırda yazacağım informasiyanı yaddaşda saxlayın. Suallarınızı bu postun altında verə bilərsiniz.
❗️Deməli Ölkə başçısının 22.06.2016-cı il tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən mənzilləri güzəştli şərtlərlə əldə etmək hüququ olan şəxslərdir:
❗️Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
- şəhidin, Vətən Müharibəsi Qəhrəmanın, Milli Qəhrəmanın övladları;
- məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
- ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
- ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;
- fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
- idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);
ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs;
📌elmlər doktoru elmi dərəcəsi olan şəxs;
📌 ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
📌ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
📌ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;
📌ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;
Ardı ⬇️