Əli İbrahimov

Əli İbrahimov Hüquqşünas Əli Fizuli oğlu İbrahimovun rəsmi səhifəsi
*ali_ibrahimov.official* WhatSapp: +447494645034

6 aprel Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi   Məlikovun, Azərbaycan Silahlı Qüvvələrinin ə...
06/04/2026

6 aprel Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Məlikovun, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Dünyamalıyevin, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Əkbərovun, İkinci Qarabağ müharibəsinin şəhidi Əlizadənin, Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ kiçik çavuşu, Vətən müharibəsi şəhidi Rəsulovun, Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, Vətən müharibəsi şəhidi Zeynalovun, Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, Vətən müharibəsi şəhidi Sultanovun, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Məmmədovun doğum günüdür.
Allah bütün şəhidlətimizə rəhmət etsin inşallah.

6 aprel – Beynəlxalq Cizgi Filmləri GünüdürDünya Cizgi Filmi günü 2002-ci ildə Beynəlxalq Animasiya Filmləri Dərnəyi tər...
06/04/2026

6 aprel – Beynəlxalq Cizgi Filmləri Günüdür

Dünya Cizgi Filmi günü 2002-ci ildə Beynəlxalq Animasiya Filmləri Dərnəyi tərəfindən təsis edildi. 1906-cı ilin aprelin 6-da Con Stuart Blekton və Albert Smit Amerikanın kinoteatr birliyi ilə Vitage təsisçiləri ilk cizgi filmləri “Gülməli üzlərin gülməli mərhələləri” adlı film çəkmişdir. Bunlar animasiya tarixində ilk cizgi filmləri idi.

Dünya Cizgi Film Gününü qeyd etmək fikri yalnız 2002-ci ildə yaranmışdır və həmin gündən dünyanın bir çox ölkələrində qeyd olunur. Beynəlxalq Cizgi Filmləri Günü öncəsi dünyanın hər yerindən animasiya kinosu peşəkarları və həvəskarları öz filmlərinin proqramlarını bir-birləri ilə bölüşür və bu hadisəni bütün il gözləyən tamaşaçılar üçün əsərlərinin ilk nümayişini göstərirlər. Cizgi filmlərinin belə seansları artıq dünyanın 104 ölkəsində keçirilir.

Bu gün İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günü kimi qeyd edilir.İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günü idman ...
06/04/2026

Bu gün İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günü kimi qeyd edilir.

İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günü idman təqvimində yeni tarixdir. 2013-cü il avqustun 23-də BMT-nin Baş Məclisi aprelin 6-nı Beynəlxalq İdman Günü kimi qeyd etməyi yekdilliklə qərara alıb. Onun rəsmi adı İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günüdür. Qətnamə layihəsinin sponsorları Belarus, Gürcüstan, Qazaxıstan, Rumıniya, Rusiya, Serbiya və Makedoniyadır. Qətnamədə deyilir ki, onun BMT sistemi çərçivəsində həyata keçirilməsi ilə bağlı bütün xərclər dünya birliyi üzvlərinin könüllü ödəmələri hesabına olacaq.

6 Aprel Ümumdünya “Stolüstü Tennis Günü”dür.Bütün tennis peşəkar və həvəskarlarını təbrik edirəm.
06/04/2026

6 Aprel Ümumdünya “Stolüstü Tennis Günü”dür.

Bütün tennis peşəkar və həvəskarlarını təbrik edirəm.

6 aprel Adəm peyğəmbər - ilk insan, 960 yaşında vəfat edib.Adəm (ivr. אָדָם‏‎‎ insan, yun. Ἀδάμ, ərəb. آدم‎‎‎) — Tövratd...
06/04/2026

6 aprel Adəm peyğəmbər - ilk insan, 960 yaşında vəfat edib.

Adəm (ivr. אָדָם‏‎‎ insan, yun. Ἀδάμ, ərəb. آدم‎‎‎) — Tövratda və Quranda Tanrının yaratdığı ilk insan və insan nəslinin ulu babası. Həvvanın əri, Habilin, Qabilin və Şeysin atası. Tanrıya itaət etməyərək xeyirlə şəri bilmə ağacının meyvəsini dadandan sonra cənnətdən qovulmuşdu.

Yəhudiliyə görə, Adəm və Həvva bütün bəşəri obrazı əks etdirərək, tam həcmdə insani münasibətləri göstərilər, onların hekayəsi bəşəriyyətin tarixi örnəyi kimi baxıla bilər.

Xristian dininə görə, Adəm insanın Tanrı ilə münasibətdəki rəmzidir. O, mütləq salehlik və şəxsi ölümsüzlük sahibi idi, amma o, yoldan çıxdığı üçün, bunların hamısını əldən verdi. Onun bu qüsuru öz gələcək nəsilinə, yəni insanlara təsir etdi. İlkin günah yalnız "ikinci Adəm" olan İsa tərəfindən yuyula bilindi. Adəmin Bibliyada olan hekayəsi Xristian dininin arvadın kişiyə tabeliyi (Yaradılış. 3:16) və İlk günah haqqında ehkam kimi müddəaların əsasını qoydu.

İslamda, Bəhailikdə peyğəmbər kimi anılır.

Adəmin Bibliyada olan hekayəsi dünya mədəniyyətinə və incəsənətinə Ədən bağı, Xeyirlə şəri bilmə ağacı, Həyat ağacı və başqa böyük sayda simvollar verdi.

6 aprel "Vətən uğrunda" medalı ilə təltif olunmuş polis polkovniki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (D...
06/04/2026

6 aprel "Vətən uğrunda" medalı ilə təltif olunmuş polis polkovniki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini vəzifəsində işləmiş Şükür Mehdiyevin doğum günüdür.
Allah gözəl insana rəhmət etsin inşallah.

Şükür Mehdiyev 1959-ci il martın 6-sında Goranboy rayonunun Fəxralı kəndində Nəcvəddin və Şövkət Mehdiyevlərin ailəsində anadan olub. Faxralı kənd orta məktəbini bitirib (1966-1977) və hərbi xidmətə çağrılıb (1977-1979). Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası üzrə qiyabi bitirib (1991-1996). Milis nəfəri kimi Naftalan RDİŞ nəzdində Mühafizə Bölməsində işə başlayıb (1985-1987), 1987-ci ildə N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbinə qəbul olub və 1989-cu ildə həmin məktəbi bitirib, təyinatla bir ay müddətində Zəngilan RDİŞ YYÇ işləri üzrə inspektoru işlədikdən sonra, Qasım İsmayılov (indiki Goranboy) RDİŞ YYÇ işləri üzrə inspektoru (1989-1990), RDİŞ-də milis sahə inspektoru (1990-1992), Goranboy RDİŞ-də cinayət axtarış üzrə əməliyyat müvəkkili (1992-1993), Yevlax ŞPŞ-nin Cinayət axtarış bölməsində əməliyyat müvəkkili (1993-1994), Yevlax ŞPŞ-nin Cinayət axtarış bəlməsi rəisi (1994-1996), Gəncə ŞPİ-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsinin rəisi (1996-1999), Gəncə şəhər Kəpəz RPŞ-nin rəisi (1999-2001), Goranboy RPŞ-nin xidmət üzrə rəis müavini (2001-2003), Şəmkir RPŞ-nin əməliyyat işi üzrə rəis müavini (2003-2005), Qazax RPŞ-nin rəisi (2005-2010) vəzifələrində inamla və qətiyyətlə çalışıb. 2010-cu ilin yanvar ayından 16 aprel 2015-ci il tarixinədək Şəmkir RPŞ-nin rəisi vəzifəsində işləmişdir. 2015-ci ilin 4 may tarixindən ömrünün sonunadək (9 fevral, 2019) Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini vəzifəsində işləmişdir. O, polis polkovniki idi.

İşlədiyi illər ərzində insanların hüquqlarının pozulmasının qarşısını müvəffəqiyyətlə aldığına görə 30 dəfədən artiq dövlət tərəfindən mükafatlandırılmışdır. 2004-cü ildə "Əla Xidmətlərinə Görə" döş nişanı ilə, 1 iyul 2013-cü ildə "Vətən uğrunda" medalı ilə təltif olunub.

Polis Polkovniki Şükür Nəcvəddin oğlu Mehdiyev 2019-ci il fevral ayının 9-da Gəncə Beynəlxalq Xəstəxanasında vəfat etmişdir. Doğulduğu Goranboy rayonunun Fəxralı kəndində Goranboy rayonu İcra Hakimiyyətinin Başçısı və b. dövlət məmurlarının iştirakı ilə böyük izdihamla dəfn edilmişdir.

6 aprel MTN-in xüsusi təyinatlı dəstəsinin hərbçisi, Gəncə şəhərində silahlı qruplaşmayla MTN-in "Qartal" xüsusi təyinat...
06/04/2026

6 aprel MTN-in xüsusi təyinatlı dəstəsinin hərbçisi, Gəncə şəhərində silahlı qruplaşmayla MTN-in "Qartal" xüsusi təyinatlı dəstəsinin əməkdaşları arasında baş vermiş silahlı insident zamanı şəhid olmuş, polkovnik-leytenant Elşad Quliyevin anım günüdür.
Allah bütün şəhidlərimizə rəhmət etsin inşallah.

Elşad Vəli oğlu Quliyev 19 dekabr 1972-ci ildə Zəngilan rayonunda həkim ailəsində anadan olmuşdur.

1979—1989-cu illərdə Zəngilan şəhər 1 saylı orta məktəbdə orta təhsil almışdır. 1990-cı ildə Azərbaycan Texniki Universitetinə qəbul olub. 1995-ci ildə Universiteti bitirmişdir. Bundan sonra MTN-nin həqiqi hərbi xidmət sıralarına qəbul edilir. 1998—2010-cu illərdə baş zabit, bölmə və şöbə rəisi vəzifələrində çalışmışdır.

İşlədiyi illər ərzində Elşad Quliyev Milli Təhlükəsizlik Nazirinin əmri ilə "Azərbaycan Respublikası Milli Təhlükəsizlik orqanlarının 90 illiyi (1919—2009)" və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur.

Atası Vəli Quliyev həkim-cərrah, anası Kəsirə Quliyeva isə həkim-ginekoloqdur.

Həyat yoldaşı Sevinc xanım, oğlanları Əmmar və Nəim.

Qarabağ müharibəsi veteranıdır. 1995-ci ildən Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində çalışmışdır.

6 aprel 2012-ci ildə Gəncə şəhəri Nizami rayonu Mahrasa bağı adlanan ərazidə silahlı qruplaşmayla MTN-in "Qartal" xüsusi təyinatlı dəstəsinin əməkdaşları arasında baş vermiş silahlı insident zamanı həlak olmuşdur.

Mükafatları: 16.03.2005 — Azərbaycan "İgidliyə görə" medalı.
28.03.2009 — Azərbaycan "Vətən uğrunda" medalı.
09.04.2012 — Azərbaycan "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra)

Gəncə şəhəri Mahrasa bağı ərazisində, bir qrup şəxslə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında silahlı insidenti...
06/04/2026

Gəncə şəhəri Mahrasa bağı ərazisində, bir qrup şəxslə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında silahlı insidentin baş verməsindən 14 il keçir.

Hadisə aprelin 5-dən 6-na keçən gecədən başlayıb. Radikal dini qruplaşmanın üzvü olan bir şəxs FHN işçilərinin üstünə halqası çəkilmiş qumbara atıb və partlayış nəticəsində yaralananlar olub. Bundan sonra digər hüquq-mühafizə orqanları da işə qarışıblar. Təbriz küçəsində evə qapanan silahlı şəxsə də kömək gəlib və onlar MTN və polis işçilərinə müqavimət göstəriblər.
Müqavimət bütün gecə boyu davam edib, aprel ayının 6-da isə atışma daha da şiddətlənib. Həmin şəxslər Gəncədə “Hücrə evi” adlı mərkəz yaradıblarmış.
Allah Dövlətimizi daxili və xarici düşmənlərdən qorusun inşallah.

05/04/2026

Ulu Öndər 🇦🇿

05/04/2026

İnsanı doğulduğu torpaqdan, ailəsinin nəfəsindən ayırmağa çalışanlar bilməlidir ki, bu artıq sadəcə haqsızlıq deyil, bu, açıq-aşkar zülmdür. Belə niyyətlərin arxasında duranlar nə vicdan tanıyır, nə də ədalət. Qoy Allah onların cəzasını şiddətli etsin, elə bir cəza ki, etdikləri hər haqsızlığın ağırlığını öz üzərlərində hiss etsinlər. Çünki ailəni dağıtmağa, bir tikə çörəyə uzanan əllər, gec-tez öz taleyini də dağıdar inşallah.
Əli İbrahimov 🇦🇿

Bu gün qardaş Türk Dövləti Qazaxıstan Respublikasında Miqrasiya Xidməti Günü kimi qeyd olunur. Bu əlamətdar gün ölkədə m...
05/04/2026

Bu gün qardaş Türk Dövləti Qazaxıstan Respublikasında Miqrasiya Xidməti Günü kimi qeyd olunur.
Bu əlamətdar gün ölkədə miqrasiya proseslərinin tənzimlənməsi, əhalinin qeydiyyatı, vətəndaşlıq məsələlərinin həlli və sərhəd nəzarətinin təşkili sahəsində çalışan əməkdaşların zəhmətinə verilən dəyərin ifadəsidir.
Miqrasiya xidməti əməkdaşları dövlətin təhlükəsizliyinin qorunmasında, qanunun aliliyinin təmin edilməsində və insanların hüquq və azadlıqlarının müdafiəsində mühüm rol oynayırlar. Onların məsuliyyətli fəaliyyəti cəmiyyətin sabitliyi və inkişafı üçün əvəzsizdir.
Bu peşə sahiblərini təbrik edir, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayırıq!

"Türk Dünyası Bizim Tək Ailəmizdir"Cənab Prezident İlham Əliyev
05/04/2026

"Türk Dünyası Bizim Tək Ailəmizdir"
Cənab Prezident İlham Əliyev

Address

Baku
WHATSAPP:+447494645034

Telephone

+994502091538

Website

Alerts

Be the first to know and let us send you an email when Əli İbrahimov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Əli İbrahimov:

Share

Category