04/03/2020
Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
2. övladlığa götürənlər və övladlığa götürülənlər;
3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
3-1. tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər;
4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.