Elmi Xəbərlər

Elmi Xəbərlər Elmi Xəbərlər

27/03/2026

Görəsən bu xəbəri nə vaxt duyacağıq)))
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Elm Günü münasibətilə Akademiyanın əməkdaşlarına 50 AZN məbləğində mükafatın verilməsi ilə bağlı əmr imzalayıb.

26/03/2026

27 mart Azərbaycanda Elm Günüdür...

Doğrudur, azərbaycanlılar arasında dünya elminə mühüm töhfələr verən əsl alimlər az olub. Amma, buna baxmayaraq, halal və ya haram- hər hansı bir yolla alim adını alan hər bir soydaşımı Elm Günü münasibətilə təbrik edirəm...

Bayramınız mübarək!

Bu ifadə "Milli humanitar elmlər" ilk dəfədir istifadə olunur. Bu nə deməkdir? Bilən varsa lütfən izah etsin."Milli huma...
04/03/2026

Bu ifadə "Milli humanitar elmlər" ilk dəfədir istifadə olunur. Bu nə deməkdir? Bilən varsa lütfən izah etsin.

"Milli humanitar elmlərin uğurları və hədəfləri"

2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası İctimai Elmlər Bölməsinə daxil olan institutlar səmərəli fəaliyyət göstərmiş və bir çox uğurlara imza atmışdır. İlin mühüm elmi hadisəsi 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubi...

20/12/2025
11/10/2025

Tanıyaq!
Fələstinli, Qaçqınçılıq, Amerika təhsili, Tədqiqatlar və Nobel mükafatı!

🤝Yeni Nobel mükafatına kimya sahəsində tanınmış FƏLƏSTİNLİ alim Omar Yaqi layiq görüldü.

💥Omar M. Yaqi — kimya sahəsində tanınmış alimdir. O, retikulyar kimyanın (molekulyar şəbəkə kimyası) banilərindən biri sayılır.

🙏Omar M. Yaqi 1965-ci il fevralın 9-da İordaniyanın Amman şəhərində anadan olub.

☪️😞O fələstin əsilli, çoxuşaqlı bir qaçqın ailəsində, kasıb və çətin şəraitdə böyüyüb.

👍Omar M. Yaqinin atası elmə və təhsilə önəm verən biri idi və oğlunun ali təhsil alması üçün onu 15 yaşında ikən ABŞ-a göndərməyə təşviq edib.

🇺🇸Omar M. Yaqi ali təhsilini iki mərhələdə tamamlayıb: 1985-ci ildə Nyu-York ştatı Albany şəhərindəki SUNY Albany universitetini bitirərək kimya üzrə bakalavr diplomu alıb, 1990-cı ildə isə İllinoys Universitetinin Urban-Şampeyn kampusunda kimya üzrə fəlsəfə doktoru (Ph.D.) dərəcəsini müdafiə edib.
Omar M. Yaqi 1992–1998-ci illərdə Arizona Dövlət Universitetində kimya kafedrasında assistent-professor, 1999–2006-cı illərdə Miçiqan Universitetində professor, 2007–2012-ci illərdə isə Los-Anceles Kaliforniya Universitetində (UCLA) kimya professoru kimi fəaliyyət göstərib.

Omar M. Yaqi 2012-ci ildən etibarən Kaliforniya Universiteti, Berkeley-də kimya professoru olaraq çalışır və orada James və Neeltje Tretter adına kafedranın rəhbəridir.

🖋️Yaqi Berkeley Qlobal Elm İnstitutunun təsisçi direktoru və Kavli Enerji Nanoelmləri İnstitutunun həmsədri kimi vəzifələrdə də çalışıb.
Omar M. Yaqi metal–orqanik çərçivələr (MOÇ, ing. M*F) adlanan yeni nəsil məsaməli materialların inkişaf etdirilməsi sahəsindəki qabaqcıl elmi işlərinə görə Nobel mükafatına layiq görülüb.

Bu materiallar hidrogen, metan və karbon qazı kimi qazların səmərəli saxlanması və filtrasiya edilməsi üçün unikal məsaməli struktura malikdir.

🌏Omar M. Yaqi bu nailiyyətlərinə görə yaponiyalı Susumu Kitagava və avstraliyalı Riçard Robson ilə birlikdə 2025-ci ilin kimya üzrə Nobel mükafatına layiq görülən üç laureatdan biri olub.
Paylaşdı: E.Gasimov

05/08/2025
05/08/2025
Qəzzada aclıq davam edir
05/08/2025

Qəzzada aclıq davam edir

25/02/2025

Bakı Asiya Universiteti fəaliyyətini dayandırdıqdan 10 il sonra - bu gün ləğv olunduğunu elan edib.

26/01/2025

AMEA-da o qədər ləğv edilməli təsisatlar var ki. Amma onları yox, iş görən, fəaliyyəti göz qabağında olan Qafqazşünaslıq İnstitutunu bağlayıblar.

Rəyasət Heyətinin iclasında AMEA-nın cəmi 18 nəfər elmi işçidən ibarət olan Qafqazşünaslıq İnstitutunun saxlanılması məqsədəmüvafiq hesab edilməyib və fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edilib. İnstitutun Qafqaz tarixi ilə əlaqədar şöbələrinin əməkdaşları Tarix və Etnologiya İnstitutunda, siyasi elmlərə aid olan əməkdaşları isə Fəlsəfə və Sosiologiya İnstitutunda yaradılan bu sahələrə aid genişləndirilmiş yeni şöbələrdə elmi tədqiqat işlərini daha əhatəli şəkildə davam etdirəcəklər.
©İradə Sarıyeva

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Elmi Xəbərlər posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Elmi Xəbərlər:

Share

Category