Themis Hüquq Xidmətləri MMC

Themis Hüquq Xidmətləri  MMC A lawyer is a person who practices law, as a barrister, judge, attorney, counsel (counselor at law) or solicitor

Valideynlik hüquqlarından məhrumetmə Valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edi...
11/10/2019

Valideynlik hüquqlarından məhrumetmə

Valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:

· öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;

· alimenti qəsdən ödəmədikdə;

· heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdəfıəsi müəssisəsindən ve digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;

· valideynlik hüquqlarından sui– istifadə etdikdə;

· uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;

xroniki alkoqol və narkomaniya xəstəsidirsə;

uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.

04/10/2019

Ədliyyə Nazirliyinin Kollegiyası “Yerli icra və probasiya qurumlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edib.

Femida.az-ın məlumatına görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) icra və probasiya şöbələri, probasiya şöbələri, icra idarələri və şöbələri (qurum) Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan müvafiq cəzaların icrasını və aidiyyəti məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edən, habelə probasiya nəzarətini həyata keçirən yerli struktur qurumlarıdır.

Dəyişikliyə əsasən, yerli icra və probasiya qurumlarının vəzifələri artırılıb. Bu qurumların yeni vəzifələri aşağıdakılardır:

- icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək;

- icra sənədlərinin aidiyyəti üzrə göndərilməsi barədə tələbkara məlumat vermək;

- əmlakın borclu tərəfindən gizlədildiyini güman etməyə əsas olduqda məhkəmənin qərarı əsasında axtarış (saxlama yerlərini açmaq və baxmaq) aparmaq;

- qanunla müəyyən edilmiş hallarda və müddətlərdə borclunun əmlakının mühafizəsini təmin etmək.

Yerli icra və probasiya qurumlarına borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması zamanı, habelə borclu tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına mane olduqda Daxili İşlər Nazirliyinin, rayon (şəhər) icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququ da verilib.

27/09/2017

İsmarıc qutumuza ünvanlanan suallardan biri də hüquqi və fiziki şəxs anlayışıdır
Qeyd: Sizi düşündürən suallarınızı ismarıc bölməmizə, əlaqə nömrələrimizə və başqa əlaqə vasitələrimizə ünvanlaya bilərsiz.
----------------------------------------------------------------------------------...

Readmissiya nədir?
Readmissiya – dövlət tərəfindən digər ölkələrin ərazisinə qeyri-qanuni daxil olan və orada qeyri-qanuni olan şəxslərin (öz vətəndaşları, onun ərazisi vasitəsilə təyinat ölkəsinə daxil olan üçüncü ölkə vətəndaşları və ya onun ərazisində daimi qeydiyyatda olan vətəndaşlığı olmayan şəxslər) geri qəbul edilməsidir.
Readmissiya sazişi – hər hansı bir dövlətin ərazisində qanunsuz olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılması proseduralarını müəyyənləşdirən razılaşmadır.
Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası
haqqında” Saziş buna nümunədir.

27/09/2017

A lawyer is a person who practices law, as a barrister, judge, attorney, counsel (counselor at law) or solicitor

27/09/2017

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12, I kitab, maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, №12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, №3, maddələr 337, 341; Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 615-VQD nömrəli, 25 aprel tarixli 642-VQD və 650-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci maddənin birinci bəndinə “orqanları” sözündən sonra “və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar” sözləri, ikinci bəndinə “hüquqi” sözündən sonra “(müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istisna olmaqla)” sözləri əlavə edilsin;

1.2. 1.2-ci maddədə “icra hakimiyyəti orqanları” sözləri “dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar” sözləri ilə əvəz edilsin;

1.3. 2.0.17-ci maddədə “küçə reklamının yerləşdirilməsinə birdəfəlik” sözləri “açıq məkanda reklam yerləşdirilməsinə” sözləri ilə əvəz edilsin;

1.4. 6-cı maddənin adında “orqanların” sözü “subyektlərin” sözü ilə əvəz edilsin;

1.5. 6.2-ci maddəyə “orqanının” sözündən sonra “və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun” sözləri əlavə edilsin;

1.6. 31.3-cü maddə ləğv edilsin;

1.7. aşağıdakı məzmunda 33-1-ci və 33-2-ci maddələr əlavə edilsin:

“Maddə 33-1. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsi

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

1

2

Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi

5 manatdan - 100 manatadək


Maddə 33-2. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və ödənilməsinin xüsusiyyətləri

33-2.1. Açıq məkanda sosial reklamın yerləşdirilməsinə icazə verilməsinə görə dövlət rüsumu ödənilmir.

33-2.2. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının (icazənin müddəti, reklam daşıyıcısının növü və quraşdırıldığı zonası nəzərə alınmaqla) bir kvadratmetr üçün müəyyən etdiyi dövlət rüsumu ödənilir.”.

Maddə 2. Bu Qanun 2017-ci il avqustun 1-dən qüvvəyə minib.

27/09/2017

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 496-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114; 2003, № 6, maddə 277; 2004, № 8, maddə 598, № 11, maddə 901, № 12, maddə 973; 2007, № 1, maddə 3, № 6, maddə 562, № 11, maddə 1053; 2008, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 952; 2010, № 2, maddə 75, № 7 maddə 591; 2011, № 6, maddə 482, № 7, maddə 618; 2012, № 11, maddə 1052; 2013, № 6, maddə 613, № 7, maddə 787, № 12, maddə 1494; 2015, № 12, maddə 1434; 2016, № 12, maddə 2050; 2017, № 2, maddə 156) 13-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 13.1.1-ci maddəyə “məhkəmələrin qərarları” sözlərindən əvvəl “bu Qanunun 13.1.4-1-ci və 13.1.5-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla,” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 13.1.4-1-ci maddə əlavə edilsin:

“13.1.4-1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri – dərhal;”.

3. 13.1.5-ci maddəyə “orderi” sözündən sonra “və məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri” sözləri əlavə edilsin.

27/09/2017

Parlamentin Hüquqi siyasəti və dövlət quruculuğu komitəsinin iclasında prezident tərəfindən təqdim olunan “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Bununla bağlı olaraq Cinayət Məcəlləsinə də müvafiq əlavə və dəyişikliklər müzakirə olunub.

Yeni qanun layihəsini təqdim edən komitə sədri Əli Hüseynli deyib ki, layihədə “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı” və “Zəhərli maddələrin siyahısı”nın təsdiq edilməsi təklif olunur.

Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısında 81 maddə, zəhərli maddələrin siyahısında isə ilan zəhəri də daxil olmaqla, 22 maddənin adı var.

Qeyd hissəsində vurğulanıb ki, siyahıda sadalanan maddələrin daxil olduğu bütün dərman formaları (qarışıq və məhlullar) hansı firma (ticari) adına malik olmasından asılı olmayaraq, güclü təsir edən maddələrə aiddir.

Zəhərli maddələrin siyahısı ilə bağlı qeyddə isə deyilir ki, bu siyahıda göstərilən maddələr elmi-tədqiqat laboratoriyalarında və tibb müəssisələrində kimyəvi reaktiv kimi, həmçinin elmi və tibbi məqsədlər üçün istifadə oluna bilər.

Bununla bağlı Cinayət Məcəlləsinin 240.3.2-ci və 240-cı maddələrinə əlavə və dəyişiklik edilir.

240.3.2-ci maddəyə edilən əlavə və dəyişikliyə əsasən güclü təsir edən maddələrə münasibətdə satış məqsədilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satmaya görə 4 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.

240-cı maddənin “Qeyd” hissəsində edilən dəyişikliyə görə isə “külli miqdarda” sözündən əvvəl “güclü təsir edən maddələr” sözü əlavə edilir.

27/09/2017

Azərbaycanda oğurluğa görə cəza sərtləşdirilir. Bununla bağlı layihə Milli Məclisə daxil olub. Belə ki, Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsinə yeni bənd – 177.4 əlavə edilir.

Yeniliyə əsasən, özgənin əmlakını gizli olaraq talamaq əməlinə görə və eyni əməllər, mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə 12 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzalandırılır.

Hazırki qanunvericiliyə görə oğurluğa görə ən ağır cəza 12 ildir.

Bundan başqa, 177.1 maddəsinin sanksiyasında da dəyişiklik edilir, cərimə ləğv olunur, “2 ilədək müddətə azadlığın məhdudlaşdırılması” cümləsi əlavə edilir. Belə ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq əməlinə görə 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Hazırki qanunvericilikdə isə sanksiya belədir: “1000 manatdan 2 min manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

177.2 maddəsinin də sanksiyasında dəyişiklik edilir. Hazırki qanunvericiliyə görə, eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə, zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə 4 min manatdan 7 min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişikliyə görə isə, sanksiya belədir: “1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”. Beləliklə, bu əməlin cəzası yüngülləşdirilir.

177.3 maddəsinin sanksiyası da yüngülləşdirilir.

Bu əməllər mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalanıdırılacaq.

Maddənin qeyd hissəsi də dəyişdirilir. Belə ki, “Xeyli miqdar” dedikdə 5 min manatdan yuxarı, lakin 50 min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə 50 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğ, “xüsusi külli miqdar” dedikdə 500 min manatdan yuxarı olan məbləğ başa düşülür.

Hazırki qanunvericiliyə görə isə belədir: “Xeyli miqdar” dedikdə, üç min manatdan yuxarı, lakin on min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə on min manatdan artıq olan mәblәğ başa düşülür.

27/09/2017

Ömürlük məhkumlarla bağlı dəyişiklik olacaq
Azərbaycan Cinayət Məcəlləsinin 76-cı maddəsinə (Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə) dəyişiklik edilir.

Bununla əlaqədar Məcəlləyə yeni 4-1 bəndinin əlavə edilməsi təklif olunur.

Yeni bəndə əsasən, ömürlük azadlıqdan məhrum etmə növündə cəza şəkən şəxsin bu məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı onun cəza çəkdiyi dövrün son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl edilməsi halları nəzərə alınır.

Hazırki qanunvericiliyə əsasən, bununla bağlı yalnız 57.3-cü maddə (Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər) nəzərə alınır.

Məcəlləyə dəyişiklik ictimai dinləmələr keçirildikdən sonra Milli Məclisin iclasına tövsiyyə ediləcək.

27/09/2017

İsmarıc qutumuza ünvanlanan suallardan biri də hüquqi və fiziki şəxs anlayışıdır
Qeyd: Sizi düşündürən suallarınızı ismarıc bölməmizə, əlaqə nömrələrimizə və başqa əlaqə vasitələrimizə ünvanlaya bilərsiz.

----------------------------------------------------------------------------------

Hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar.
Fiziki şəxs anlayışı ilə mülki hüququn insan kateqoriyasına,insan cinsindən olan subyekti əhatə olunur. Hüquqi şəxslər isə bundan fərqli olaraq mülki hüququn psixoloji, bioloji və ictimai varlıq hesab edilməyən subyektlərindəndir. Elə subyektlərdən ki, onlar fiziki şəxslərin malik olduqları nitqdən, iradədən, düşüncədən və şüurdan məhrumdur. Hüquqi şəxslər fiziki şəxslərin birləşməsinə əsaslanan və spesifik qaydada yaradılan xüsusi qurumudur.
Hüquqi şəxs anlayışı iki mənada işlədilir:
mülki hüquq institutu mənasında
konstruksiya mənasında
Hüquq institutu mənasında hüquqqi şəxs dedikdə, hüquqi şəxslərin hüquq subyektliliyini, bu subyektliyin həyata keçirilməsi üsullarını və qaydasını, hüquqi şəxslərin yaradılmasını, yenidən təşkil olunmasını və ləğv olunmasını, habelə onların ayrı-ayrı təşkilati-hüquqi formalarının xüsusiyyətlərini müəyyənləşdirən mülki hüquq normalarının məcmusu başa düşülür. Bu, Azərbaycan Respublikasının mülki huququnun əsas və başlıca institutlarından biri hesab olunur. Hüquqi şəxs institutuna daxil olan hüquq normaları əsasən Mülki Məcəllənin 4-cü fəslində (43-119-cu maddələrində) əks olunmuşdur. Həmin maddələrdə hüquqi şəxslərin anlayışı və növləri, onun mülki huquq subyektliliyi (hüquq qabiliyyəti,fəaliyyət qabiliyyəti və delikt qabiliyyəti), hüquqi şəxsin yaradılması, ləğv edilməsi və yenidən təşkil edilməsi haqqında, habelə digər məsələlər barədə müddəalar ifadə olunmuşdur.
Hüquqi şəxslər barədə normalar digər normativ aktlarda da əks olunmuşdur. Söhbət hər şeydən əvvəl, Azərbaycan Respublikasının qanunlarından gedir. "Dini etiqad azadlığı haqqında"(1992), "Əmtəə birjası haqqında"(1994), "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında"(2003) və digər qanunlarda hüquqi şəxslərə aid edilən kifayət qədər mülki hüquq normaları ifadə olunmuşdur. Hüquqi şəxslərə bilavasitə aid olan normalara qanun qüvvəli aktlara da rast gelmek olar.Məsələn, prezidentin 19 may 1998-ci il tarixli fərmanı ilə təstiq edilmiş Əsasnamə hüquqi şəxslərin bir növü olan səhmdar cəmiyyətlərinə aiddir.
Konstruksiya mənasında hüquqi şəxs fiziki şəxslərin mülki dövriyyədə kollektiv surətdə iştirakını təmin edən hüquqi forma başa düşülür. Elə bir hüquqi forma ki, o, fiziki şəxslərə birləşərək öz təsərüfat fəaliyyətini kollektiv surətdə təşkil etməyə imkan verir. Bu baxımdan hüquqi şəxslər fiziki şəxslərin kollektiv qurumlarıdır. Bu qurumlar fiziki şəxslərin həm şəxsi səylərinin, həm də onların əmlakının,maddi vəsaitlərinin və kapitallarının birləşməsini ifadə edir.
Mülki hüququn bu subyektinin nəyə görə "hüquqi şəxs" adlanması sual doğurur.Bu onunla izah olunur ki,onlar təbiət tərəfindən yaradılmır. Yalnız fiziki şəxsləri təbiət yaradır. Hüquqi şəxslər isə qeyri-təbii qurumlar olub, hüquq qaydası, hüquq normaları və hüquqi göstərişlər əsasında xüsusi qaydada əmələ gəlir, yenidən təşkil olunur və ləğv olununur. Onlar hüquq əsasında yaranan konstruksiyadır. Hüquqi şəxslərin qeyri-təbii,suni qurumlar olması bəzi xarici ölkələrin qanunvericiliyində birbaşa göstərilmişdir.

26/08/2017

Sizə aşağıda qeyd olunan hüquqi xidmətlər təklif edirik:
1.Maraqların məhkəmədə qorunması ( iddiaçı və ya cavabdeh qismində. hüquqi və fiziki şəxslər)
2.İddia ərizələrinin (etirazların), (apellyasiya və kassasiya şikayətlərinin) hazırlanması və işlərin məhkəmədə aparılması,
3.Vərəsəlik məsələlərinin səlahiyyətli orqanlar və məhkəmədə həlli.
4.Nigahin pozulması, aliment tələbi, alimentin azaldılması, artırılması üzrə məhkəmə proseslərində işhtirak təmsilçilik ve hüquqların qorunması.
5. Uşaqla ünsiyyət mübahisələrinin həlli.
6.Müqavilə öhdəlikləri üzrə məhkəmədə maraqların qorunması.
7.Kommersiya mubahisələri.
8.Sifarişçinin maraqlarına maksimum uyğun gələn mülki-hüquqi müqavilələrin bütün növlərinin tərtib edilməsi;
9. Şirkətlərdə kadr-uçot işlərinin aparılması qaydası haqqında hüquqi məsləhətlərin verilməsi həmçinin əmək intizamı, təhlükəsizlik qaydaları və s. haqqında sənədlərin tərtib edilməsi. Hüquqların məhkəmədə müdafiə edilməsi üzrə yardımların göstərilməsi:
10.Korporativ mubahisələr.
11.Sığorta hüquq münasibətlərinin həyata keçirilməsində iştirak
12.Əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi eləcə də ər-arvad arasında birgə nigah dövründə əldə olunan əmlakın bölgüsü.
13.Əmlak tələbinə və bölgüsünə dair digər mubahisələr üzrə məhkəmədə hüquqların müdafiə olunması.
14.Vergi, Miqrasiya ve s.dovlet orqanları ilə mubahisələrin məhkəmə qaydasında aparılması.
15.Podrat müqavilələri üzrə mubahisələrin aparılması.
16.Müəllif hüquqlarının qorunması.
17. Maddi, mənəvi zərərə görə kompensasiyanın alınması,
18. Borc tələbi üzrə mübahisələrin məhkəməyə qədər və məhkəmə qaydasında həlli.
19.Əmək hüquqlarının qorunması
20. Mənzilə köçürülmə, mənzildə yaşayış hüququnun tanınması həmçinin yaşayış hüququna xitam verilməsi işləri üzrə məhkəmələrdə hüquqların müdafiəsi
21. Hüquq əhəmiyyətli faktların müəyyən olunması.
22. Digər hüquqi məsələlər barədə birinci instansiya və apellyasiya məhkəmələrində təmsilçilik və hüquqların müdafiəsi.

26/08/2017

Məhkəmə – Cinayət işlərinə və mülki mübahisələrə baxan ədliyyə orqanı. Ədalət mühakiməsini həyata kеçirən, haqqın, ədalətin təntənə çalmasına xidmət еdən, dövlətin Ali hakimiyyət orqanı.

Azərbaycan Respublikasının Məhkəmə Sistemi Azərbaycan Respublikası ALİ məhkəməsində, Apellyasiya məhkəmələrindən, umumi məhkəmələrdən və digər ixtisaslaşmış məhkəmələrdən ibarətdir. Azərbaycanda ucpilləli Məhkəmə sistemi fəaliyyət gostərir:

1)Birinci İnstansiya Məhkəmələri
2)Apellyasiya İnstansiyası Məhkəmələri
3)Kassasiya İnstansiyası Məhkəməsi.

Birinci İnstansiya Məhkəmələri
Birinci İnstansiya məhkəmələri İlkin məhkəmə orqanlarıdır. Birinci İnstansiya məhkəmələrinə Rayon (Şəhər) məhkəmələri, hərbi məhkəmələr, yerli iqtisad məhkəmələri və ağır cinayətlərə dair işlər üzrə məhkəmələr daxildirlər.

Rayon (şəhər) məhkəmələri Azərbaycan Respublikası qanunvericiliyi ilə onlara həvalə edilmiş Mülki və cinayət işlərinə, o cümlədən inzibati xətarala dair işlərə baxır. Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər mübahislərdən irəli gələn işlərə baxırlar.

Address

Yavər Əliyev Küçəsi 6/3
Bakıxanov
1040

Alerts

Be the first to know and let us send you an email when Themis Hüquq Xidmətləri MMC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Themis Hüquq Xidmətləri MMC:

Share