HIMEM Consulting

HIMEM Consulting Himem Consulting

Himem Consulting göstərdiyi hər bir xidmətdə mükəmməlliyi və müştəri məmnuniyyətini prioritet hesab edir, ağlabatan xidmət haqqı əsasında praktiki həll yolları təqdim etməklə, innovativ düşüncə və etik dəyərlər çərçivəsində fəaliyyət göstərir

📋 Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müqavilə üzrə sınaq müddəti ilə bağlı dəyişikliklər edilmişdir. Həmin dəyi...
27/11/2023

📋 Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müqavilə üzrə sınaq müddəti ilə bağlı dəyişikliklər edilmişdir. Həmin dəyişikliyə əsasən, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıldıqda, altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir.
📋Əvvəlki redaksiyada isə, sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilmişdi.
📌Həmçinin qeyd edək ki, Əmək Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulmuş sınaq müddəti müəyyən edilməyən hallar dəyişilməz olaraq qalır. Sözügedən maddəyə əsasən:
▪️ yaşı 18-dən az olan şəxslərlə;
▪️ müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla;
▪️ hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;
▪️ təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;
▪️ ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;
▪️ iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;
tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda əmək müqaviləsi bağlanılarkən sınaq müddəti müəyyən edilmir.

❓ ƏMƏK MÜNASİBƏTLƏRİ, YOXSA MÜLKİ MÜNASİBƏTLƏR?📜Konstitusiya Məhkəməsi Plenumu 20 oktyabr 2023-cü il tarixində Azərbayca...
24/11/2023

❓ ƏMƏK MÜNASİBƏTLƏRİ, YOXSA MÜLKİ MÜNASİBƏTLƏR?
📜Konstitusiya Məhkəməsi Plenumu 20 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərar qəbul etmişdir.
📜Bakı şəhəri Binəqədi rayon prokurorluğu əmək müqaviləsi bağlamadan fiziki şəxslərin kuryer kimi müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edərək baxılması üçün məhkəməyə göndərmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 fevral 2023-cü il tarixli qərarı ilə hüquqi şəxs sözügedən inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir.
📜Hüquqi şəxs isə öz mövqeyini onunla əsaslandırmışdır ki, onun poçt rabitəsi xidmətlərini göstərmək üçün digər şəxslərlə müqavilə bağlamaq hüququ olmuş, mülki hüquq subyekti kimi iradə sərbəstliyi və müqavilə azadlığı hüququndan istifadə etməklə əməkdaşlıq etmək istədikləri daşıma-kuryer şirkətləri və şəxslərlə sub-xidmət müqaviləsi bağlanmış, həmin müqavilə əsasında xidmət göstərilmiş və razılaşdırılmış xidmət haqqı və digər ödənişlər edilmişdir ki, belə olan halda əməldə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibinin olması istisna edilməlidir.
📌Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin tərəflər arasında yaranmış münasibətlərin məhz əmək münasibətləri olaraq qiymətləndirilməsinin və əmək müqaviləsinin bağlanılmasının məcburiliyini müəyyən edən 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələri ilə bağlı qeyd edir ki, bu norma ilə qanunverici şəxsin azad seçimi olaraq, heç bir təsir olmadan müstəqil şəkildə artıq daxil olduğu faktiki əmək münasibətlərinin hüquqi müstəviyə gətirilməsi, rəsmiləşdirilməsi məqsədini güdür.
📌Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki-hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür.

Müştərimiz və partnyorumuz olan Caspian International Hospital tərəfindən HIMEM Consultingə "Dəyərli əməkdaşlığa görə" t...
28/10/2023

Müştərimiz və partnyorumuz olan Caspian International Hospital tərəfindən HIMEM Consultingə "Dəyərli əməkdaşlığa görə" təşəkkürnamə təqdim edilib. Əməkdaşlığımızın daima uğurlu və dəyərli olmasını arzulayır və təşəkkür edirik.

Ən son tibbi cihaz və avadanlıqlarla təchiz olunmuş Caspian International Hospital peşəkar personalı ilə tibbi bütün sahələrində yüksək səviyyədə xidmət göstərən özəl tibb müəssisəsidir. 2013-cü ildən fəaliyyət göstərən klinika Bakı şəhərinin Badamdar qəsəbəsində yerləşir. Tibb sahəsində beynəlxalq standartları tətbiq edən klinika həm ölkəmizin bütün bölgələrindən olan insanlara, həm də Azərbaycanda yaşayan xarici vətəndaşlara xidmət göstərir.
12000 kv. m. ümumi sahəsi, 89 çarpayılı stasionar, 8 əməliyyatxana, 4 doğuş zalı, 14 terapevtik və cərrahi reanimasiya çarpayısı, 59 neonatoloji intensiv terapiya çarpayısı olan klinika müasir tibb texnologiyalarına malik cihaz və ləvazimatlarla xəstələrin xidmətindədir.

📌 Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə c...
15/07/2023

📌 Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzasını çəkdiyi dövrdə davranışını nəzərə alaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər.
⚫️ Cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəza müddətinin ən azı üçdə bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər.
⚫️ Cəzanın çəkilməmiş hissəsinin əvəz edilməsi zamanı məhkəmə Cinayət Məcəlləsinin 42-ci maddəsində nəzərdə tutulmuş istənilən daha yüngül cəza növünü, hər cəza növü üçün Cinayət Məcəlləsi ilə müəyyən edilmiş həddə seçə bilər.

📌 Mediasiya sessiyası nədir və nə zaman tətbiq olunur?⚫️ "Mediasiya haqqında" qanuna əsasən, mediasiya mediatorun (media...
13/07/2023

📌 Mediasiya sessiyası nədir və nə zaman tətbiq olunur?
⚫️ "Mediasiya haqqında" qanuna əsasən, mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir.
⚫️ Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Bu mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır.
⚫️ Mediasiya sessiyasının başlanması üçün bir tərəf, digər tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərməlidir.
Sözgedən təklif digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır.

📌Yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm ...
11/07/2023

📌Yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir.
⚫️Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilir.
⚫️Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əmək haqqı saxlanılır.
⚫️Qadının istəyi ilə uşağın yedizdirilməsi üçün fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının (növbəsinin) əvvəlində, yaxud axırında istifadə edilə bilər.
⚫️Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılır.

📌 Valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:- öz valideynlik vəzifə...
10/07/2023

📌 Valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:
- öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
- alimenti qəsdən ödəmədikdə;
- heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə;
- valideynlik hüquqlarından sui-istifadə etdikdə;
- uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə; [34]
- xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
- uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə;
- uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə
Əlaqə:
📞 +994 55 440 25 33
📞 +994 70 377 84 94
📧 [email protected]
📍 AZARO plaza, 4-cü mərtəbə

Ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan va...
09/07/2023

Ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.
Uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan validenlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin.
10 yaşına çatmış uşağın öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasına dair məsələyə baxılarkən Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşağın fikri mütləq nəzərə alınmalıdır.
Bu zaman “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 12-ci maddəsinin tələblərindən irəli gələrək, özünü dərketmə qabiliyyəti olan, öz fikrini ifadə etməyi bacaran uşağın fikrinə diqqət yetirilməlidir. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.
Avropa İnsan Hüquqları Məhkəməsinin “Bianchi İsveçrəyə qarşı” qərarında Stefano Bianchi öz arvadından boşandıqda məhkəmə uşağın anada qalmasına qərar vermişdi. Ana övladının atası ilə ünsiyyətinə mane olacaq hərəkətlər etmiş, beləliklə uşağın atasının övladı ilə görüş hüququndan məhrum etmişdir. Avropa Məhkəməsi işə baxarkən Avropa Konvensiyanın 8-ci maddəsi ilə ana və atanın öz uşaqları ilə görüşmək hüququnun təmin olunması üçün dövlət orqanlarının bu öhdəliyi təmin etməyi onların üzərinə qoyur.

📌Azərbaycan Respublikası CPM-in 155.1-ci maddəsinə əsasən qətimkan tədbirləri müvafiq təhqiqatçı, müstəntiq, ibtidai ara...
07/07/2023

📌Azərbaycan Respublikası CPM-in 155.1-ci maddəsinə əsasən qətimkan tədbirləri müvafiq təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən aşağıdakı hərəkətlərin edilməsi ehtimalına kifayət qədər əsas versin: gizlənmək; ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq; əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq; cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq.
📌Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Plenum qərarının 13-cü bəndində göstərilir: Məhkəmələrə tövsiyə edilsin ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktı»ın 9-cu maddəsinin 3-cü bəndinə istinad edərək həbs qətimkan tədbirinin tətbiqinin ümumi təcrübəyə çevrilməsinə imkan verməsinlər. Şəxsin məhkəməyə gəlməsinə təminatların mövcud olduğu təqdirdə onun azadlıqda qalmasına üstünlük verilməlidir.
📌Həbs qətimkan tədbirinə müstəsna tədbir kimi baxılmalı və başqa qətimkan tədbirinin tətbiqinin qeyri-mümkün olduğu, son dərəcə zəruri hallarda tətbiq olunmalıdır.
📌Nəzərə almaq lazımdır ki, şəxsin cinayəti törətməsinə əsaslı şübhə onun həbsə alınması üçün zəruri şərtdir. Bununla belə bu cür şübhə şəxsin həbsdə saxlanılmasının davam etdirilməsi üçün yetərli deyildir.
📌Şəxsin həbsdə saxlanılmasına bəraət qazındırılması üçün əsaslı şübhə ilə yanaşı, digər əsaslar da mövcud olmalıdır. Bu cür əsaslara cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq kimi əsasları aid etmək olar. Bununla belə, həmin əsaslar real olmalı, yəni mötəbər məlumatlarla təsdiq olunmalıdırlar. Həbs qətimkan tədbiri müddətinin uzadılması zamanı məhkəmələr bunun üçün mövcud olan əsasları və onları təsdiq edən sübutları qərarlarında göstərməlidirlər.
📌Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasinin Konstitusiya Qanununun (24 dekabr 2002-ci il, № 404-IIKQ) 3.4-ci maddəsinə görə İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

📌Əmək müqaviləsinə yanlış əsasla və təminatlara dair tələblər gözlənilmədən xitam verilməsi nə deməkdir, hansı nəticələr...
05/07/2023

📌Əmək müqaviləsinə yanlış əsasla və təminatlara dair tələblər gözlənilmədən xitam verilməsi nə deməkdir, hansı nəticələrə səbəb olur? - Case Study
⚫️Hüquqlarını müdafiə etdiyimiz şəxs məktəbdə laborant vəzifəsində işləyir. İşlədiyi vəzifə üzrə ştatın ləğv edilməsi barədə Ərazi Maliyyə Hesablaşma Mərkəzinin məktubları əsas götürülməklə şəxsin əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən xitam verilmişdir.
⚫️İşəgötürən iddiaçı ilə əmək müqaviləsinə əslində ştat ixtisarına görə xitam versə də, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə həmin əsası nəzərdə tutan maddəyə (Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə) deyil, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə istinad etmişdir.
Qeyd edək ki, tərəflərin iradəsindən asılı olmayan hallar sırasında ştatın ixtisar edilməsi əsası yoxdur.
⚫️Məhkəmə praktikasında işçi ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin müvafiq maddəsinin düzgün tətbiq olunmaması Əmək Məcəlləsinin 84-cü maddəsinin (Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu) tələbinin pozulması kimi qiymətləndirilir.
⚫️Bundan başqa, Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatlarına dair tələblər də pozulmuş, işçiyə 2 ay qabaqcadan məlumat verilməmiş, iş axtarması üçün müvafiq şərait yaradılmamışdır.
✅Beləliklə kassasiya instansiyası həmin şəxsin şikayətini əsaslı hesab edərək əlehinə verilmiş apellyasiya qətnaməsini ləğv etmişdir.

📌Əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.📌Əmək Məcəlləsinin ...
03/07/2023

📌Əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
📌Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
📌Əgər işçi işdən qanunsuz əsaslara görə çıxarılmışdırsa və yaxud belə bir iddiası varsa, işdən çıxarıldığı gündən etibarən yuxarıda qeyd edilmiş müddət əsas götürülməklə məhkəməyə müraciət edə bilər.
Əlaqə:
📞 +994 55 440 25 33
📞 +994 70 377 84 94
📧 [email protected]

❓ Aldığım əşyada qüsurlar var. Əşyadakı qüsurlardan satıcının cavabdeh olduğunu necə əsaslandıra bilərəm?📌 Əgər alıcı əş...
01/07/2023

❓ Aldığım əşyada qüsurlar var. Əşyadakı qüsurlardan satıcının cavabdeh olduğunu necə əsaslandıra bilərəm?
📌 Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.
📌 Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.
📎 Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar Mülki Məcəllənin 589-cu maddəsində müəyyənləşdirilmiş müddətdə aşkar edilsin.
Əlaqə:
📞 +994 55 440 25 33
📞 +994 70 377 84 94
📧 [email protected]

Address

Bakı şəhəri, N. Nərimanov Rayonu, Təbriz Küçəsi 122, AZARO Plaza 4-cü Mərtəbə
Agdam
AZ1000

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 10:00 - 18:00
Sunday 10:00 - 18:00

Telephone

+994554402533

Alerts

Be the first to know and let us send you an email when HIMEM Consulting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to HIMEM Consulting:

Share

Category