13/12/2022
Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılır və cinayət məsuliyyətinə cəlb edilirlər. Anlaşılan dildə desək:
❗️ Cinayətin icraçısı - cinayəti bilavasitə törətmiş şəxs;
❗️ Birgə icraçı - daimi icraçının yanında duran şəxs (cin.törədilməsində bilavasitə iştirak etmişdir);
❗️ Təşkilatçı - hər şeyi təşkil edən,lakin cinayətin törədilməsində özü bilavasitə(birbaşa) iştirak etməyən şəxs.
❗️ Təhrikçi - cinayət törətməyə həvəsləndirən, meyil yaradan şəxs.
❗️ Köməkçi - cinayət törətməyə özü getməyən, ancaq məsləhətlər, alətlər və məlumatları ilə kömək edən şəxs.
❗️ Əlbir olmayan bir qrup şəxs - qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı.
❗️Əlbir olan bir qrup şəxs - qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı.
❗️ Mütəşəkkil dəstə - bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş sabit cinayətkar qrup cinayətkar birliyi - ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədi ilə sabit mütəşəkkil qrup.
📞+994 50 488 68 68
📩[email protected]
🌐https://www.avraamberman.com/
📍8 noyabr Prospekti 15, Azure Business Center, Baku.