18/04/2023
🤫KONFİDENSİALLIQ peşəmizin ən özəl prinsiplərindən biridir🖋️
📕 Belə ki, AR “ Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinə əsasən tutulan, həbs edilən və ya məhkum edilən şəxslərə hüquqi yardımın göstərilməsi üçün vəkil ilə təklikdə görüşlər və məsləhətləşmələr üçün lazımi şərait yaradılmalı, konfidensiallıq təmin olunmalıdır. Həmçinin, AR CPM-nin 92.9.2 maddəsinə əsasən müdafiəçi söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiə etdiyi şəxslə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq hüququ vardır
📖 Özəl dediyimdə, tutulan şəxsə münasibətdə vəkildən başqa heç kimsə onunla təklikdə görüşə bilməz. Vəkil isə ilkin olaraq heç bir dindirmə başlamadan şübhəli şəxslə görüşüb müdafiə taktikasına uyğun istintaqı yönəldə bilər.
🕵🏻♀️ Konfindensiallıq deyəndə mütləq ağlımıza peşə sirri və ya vəkillik sirri gəlməlidir. Belə ki, Vəkil həm müdafiə etdiyi şəxsdən aldığı məlumatları, həm də ona peşəkar xidmət göstərərkən ona təqdim edilmiş məlumatları eyni dərəcədə məxfi saxlamağa borcludur. Məxfiliyin etik qaydası başqalarının da eyni məlumata malik olmasından asılı olmayaraq tətbiq edilməlidir.
📚A.F.Koni məhşur çıxışında: "Müdafiəçi ilə gözlənilən qorxulu ittihamdan narahatlıq və iztirab içində kömək ümidi ilə ona üz tutan şəxs arasında sıx bir etibar və səmimiyyət bağı yaranır. Ruhun sirləri müdafiəçiyə açılır, onlar öz təqsirsizliklərini izah etməyə və ya utanclarını, şəxsi həyat və ailə həyatının bu cür təfərrüatlarını izah etməyə çalışırlar, bunlara görə də Femida kar olmalıdır”.
🔰Konfindensiallığın son aspektinə aydınlıq gətirmək istərdim. Adını “Vəkil İmmuniteti qoymuşam”☺️
🚫“Vəkillər və vəkillik f.h” Qanunda və CPM-nin müvafiq maddələrinə əsasən vəkili peşə borcunu həyata keçirməklə əlaqədar ona məlum olan hallar barədə dindirmək qadağandır. Peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar vəkillər tərəfindən toplanılan sənədlər və digər sübutlar, vəkillik icraatları (dosye) istintaq və məhkəmə orqanları tərəfindən tələb edilə və götürülə bilməz.
♻️ Beləliklə, Vəkillər tərəfindən bu hüquqdan istifadə etməsi və iş prinspində rəhbər tutması vəkillik institutunun nüfüzünu ucaldır.