22/05/2026
M.Ə. Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində dahi söz ustadlarımızın yubileylərinə və zəngin irsinə həsr olunmuş tədbirlər keçirilib.
Məktəbimizin 3A və 4D sinif şagirdlərinin iştirakı ilə dahi şairlərimiz M.Ə. Sabirin 164 illik və Səməd Vurğunun 120 illik yubileyləri xüsusi coşğu ilə qeyd olunub. Keçirilən dərslərdə və tədbirdə Səməd Vurğunun həyat və yaradıcılığı geniş işıqlandırılıb, şagirdlərimiz şairin hər birimizin qəlbində taxt quran məşhur "Azərbaycan" şeirini böyük qürurla səsləndiriblər.
Eyni zamanda, şairlərin ölməz əsərlərindən parçalar oxunub, şagirdlərin hazırladıqları slaydlar nümayiş etdirilib, həmçinin əsərlər əsasında çəkilmiş tamaşa və filmlərdən maraqlı fraqmentlər izlənilib.
Gənc nəslə milli ədəbiyyatımızı sevdirən və bu gözəl işlərin ərsəyə gəlməsində əməyi olan müəllimlərimizə və fəal şagirdlərimizə təşəkkür edirik!