Gəncə 1 saylı Mediasiya Təşkilatı

Gəncə 1 saylı Mediasiya Təşkilatı Mükəmməl həllərin ilk ünvanı

23/04/2026

Prezident İlham Əliyev tərəfindən bu ilin fevralın 23-də imzalanmış Sərəncama əsasən, Azərbaycan Respublikasının adından Birləşmiş Millətlər Təşkilatının “Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında” Konvensiyasını imzalamaq sə...

23/04/2026

📌 Mediasiya Şurası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulub

Mediasiya Şurası, Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli Fərmanının 5.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılmış Elektron Hökumət İnformasiya Sistemi infrastrukturunda fəaliyyət göstərən Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi sisteminə qoşulub.

Agentlik tərəfindən rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılmasının təmin edilməsi sahəsində Mediasiya Şurasına yaradılan imkanlar, ölkəmizdə yeni formalaşan mediasiya institutunun fəaliyyətində səmərəliliyin, şəffaflığın, çevikliyin və optimallaşdırmanın artırılmasına mühüm töhfə verir. Bu addım vətəndaş məmnunluğunun təmin olunmasına, dövlət qurumları ilə kargüzarlıq işinin daha yüksək səviyyədə təşkilinə, həmçinin sənədlərin etibarlılığının qorunmasına da xidmət edir.

Beləliklə, Elektron Sənəd Dövriyyəsi sisteminə qoşulmaqla Mediasiya Şurası sənəd dövriyyəsi işlərinin daha müasir və innovativ əsaslarla idarə olunmasını təmin etmiş olur.

20/04/2026

Mediasiya Şurası fəaliyyətə başladığı gündən yaratdığı ənənəyə sadiq qalaraq, 2026-cı ilin 1-ci rübünə dair hesabatını təqdim edib. Sənədlə buradan tanış ola bilərsiniz.

18/04/2026
03/04/2026

📌 Bakı şəhəri üzrə yeni mediasiya təşkilatı fəaliyyətə başlayıb

ℹ️ Bakı 27 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Bakı 27 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir.

7 aprel 2026-cı il tarixindən etibarən Bakı şəhəri üzrə vətəndaşlar Bakı 27 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.

🖇 Bakı 27 saylı mediasiya təşkilatının məlumatları:

Direktor: Cabbarova Aygün Fəxrəddin qızı

📍 Ünvan: Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 5
📧 Email: [email protected]
📞 Telefon: +994 (77) 374 00 14

Address

AZ2000, Gəncə şəhəri, Heydər Əliyev Adına Meydan, İcra Hakimiyyəti İnzibati Bina (lll Mərtəbə)
G***a
AZ2000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994512778725

Alerts

Be the first to know and let us send you an email when Gəncə 1 saylı Mediasiya Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Gəncə 1 saylı Mediasiya Təşkilatı:

Share

Category